Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7821/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və Cavabdeh işirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4451/2022 saylı işi üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "ABC-Telecom” MMC –nin 16 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********49438 olan "X4 8” markalı telefon üçün 329 manat ödənilməmiş hissə, 32 manat cərimə, 18 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********02202 olan "X3 A” markalı tablet üçün 37 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, ümumilikdə 401 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4451/2022 saylı işi üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilə üzrə əsas borc 37 manat, cərimə 3 manat olmaqla, cəmi 40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 3 manatı Cavabdeh iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 119.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,417.1, 417.2, 419.2, 442, 445.2, 448.1, 462.1, 582.2, 582.3, 583.1, 589.3, 562.1, 600.1, 600.4, 601.1, -ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən qiyməti 468 manat olan "X3 A” markalı tablet cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Hazırda həmin müqavilə üzrə iddiaçı cavabdehdən 37 manat məbləğində borc, 3 manat məbləğində cərimə, cəmi 40 manat məbləğində borcun ödənilməsini tələb edir, cavabdeh də borcunun olduğunu etiraf edir.Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, həmin müqavilə üzrə yaranmış 37 manat məbləğində borc, 3 manat məbləğində cərimə, cəmi 40 manat məbləğində borcunu iddiaçıya ödəməlidir.Tərəflər arasında 16 may 2020-ci il tarixli, 20283674 saylı müqavilə imzalanmış, qiyməti 515,8 manat olan "X4 8” markalı telefon cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən həmin telefonun 2 illik "qızıl zəmanət”inə görə əlavə olaraq 73,2 manat məbləğində vəsait ödənilmişdir. 20 oktyabr 2020-ci il tarixdə cavabdeh telefonu iddiaçının servis mərkəzinə təqdim edərək bildidmişdir ki, telefondan səs gəldiyi üçün yerə atmış, telefon partlayıb yanmışdır. İddiaçı tərəfindən cavabdehə 155 manat məbləğində kompensasiya ödənişi edildiyi təqdirdə telefonunun təmir ediləcəyi bildirilmişdir. iddiaçı tərəfindən cavabdehə təqdim edilən "qızıl zəmanət”in şərtləri mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının tələblərinə əsasən müqavilənin standart şərtləri hesab olunur. Belə ki, "qızıl zəmanət”in şərtləri əvvəlcədən ifadə edilmiş, iddiaçı tərəfindən dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları iddiaçı digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Tərəflər həmin şərtləri müfəssəl müəyyənləşdirməmişlər. Həmçinin, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. İddiaçı "qızıl zəmanət şərtləri”nə əsasən yaranma səbəbindən asılı olmayaraq, qüsurların (o cümlədən ekranın sınması, mexaniki zədələr, maye keçməsi) təmirinə zəmanət verdiyi və məhsulun təmirinin ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçiriləcəyi barədə üzərinə öhdəlik götürsə də, "digər şərtlər” də məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və sim-konnektoruna zəmanət verilmədiyini göstərmişdir. Göründüyü kimi, "digər şərtlər”də göstərilənlər "qızıl zəmanət şərtləri”ndə göstərilənlərlə uyğunluq təşkil etmir və belə olan halda məhkəmə Mülki Məcəllənin 419.2- ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, bu qeyri-müəyyənlik iddiaçının ziyanına (əleyhinə) təfsir edilməli və "qızıl zəmanət şərtləri” əsas götürülməlidir. Beləliklə, iddiaçı cavabdehə satılmış telefonda yaranma səbəbindən asılı olmayaraq əmələ gəlmiş qüsurların təmirinin ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçiriləcəyi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Cavabdeh tərəfindən iddaçıya müqavilə üzrə ödənişlər telefon servisə təqdim edilən vaxtadək həyata keçirilmiş və yalnız telefonun təmirindən zəmanət şərtlərinə uyğun olaraq imtina olunduqdan sonra ödənişləri etməkdən imtina etmişdir. Yəni, cavabdeh Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etmişdir.İddia tələbi cavabdehdən 16 may 2020-ci il tarixli müqaviləyə əsasən "X4 8” markalı telefon üçün 329 manat ödənilməmiş hissə və 32 manat cərimə tutulması hissəsində təmin edilməməlidir.
2. İşin mübahisə edilməyən halları və iddiaçının sübutları ondan ibarətrdir ki: "ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2020-ci il tarixli, 20283674 saylı müqavilədən və ödəniş cədvəlinə əsasən, qiyməti 515,8 manat olan İMEİ Kodu **********49438 olan "X4 8” markalı telefon, 73,2 manat dəyərində yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir; - 16 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktı ilə, Cavabdeh 20283674 saylı müqavilədə qeyd olunan malı tam qüsursuz halda "ABC-Telecom” MMC-dən təhvil almışdır ; - "ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilədən və ödəniş cədvəlinə əsasən, qiyməti 468 manat olan İMEİ Kodu **********02202 olan "X3 A” markalı tablet sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir ; - 18 sentyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktı ilə, Cavabdeh 21181446 saylı müqavilədə qeyd olunan malı tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır ; - 19 may 2022-ci il tarixli və 20 avqust 2020-ci il tarixli “texniki vəziyyət barədə akt”ı ilə, 16 may 2020-ci il tarixdə Cavabdeh satılmış “X4 8” markalı telefon 20 oktyabr 2020-ci il tarixdə servisə qəbul olunmuşdur. Müştəri tərəfindən təqdim olunan qüsur: cihaz tam yararsız vəziyyətdədir, cihazdan səs gəlib, müştəri cihazı yerə atıb, cihaz partlayıb yanıb. Aparılan işlər barədə məlumat: cihaza baxış keçirildi, ana plata, korpus, karkas, arxa qapaq, batareya, lcd, alt plata, orta lent yararsız vəziyyətdədir. Müştəriyə korpus, karkas, batareyaya görə 155 manat kompensasiya məbləği və ya qızıl zəmanət şərtləri bildirildi, narazıdır, kompensasiya məbləğini ödəməkdən imtina etdi; - 28 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir ; - “X4 8” markalı telefon üçün verilən 2 illik “qızıl zəmanət şərtləri”nə əsasən bu zəmanət yaranma səbəbindən asılı olmayaraq, qüsurların (o cümlədən ekranın sınması, mexaniki zədələr, maye keçməsi) təmirinə verilir. Məhsulun təmiri ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçirilir. Mobil telefonun təmiri zamanı alıcıya müvəqqəti istifadə üçün digər mobil telefon təqdim edilir. Bu zəmanət oğurluq hasisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamiş edilir. Məhsul oğurlandığı halda alıcıya aşağıdakı cədvələ uyğun olaraq Kontakt Home mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir. Bu zəmanət alıcıya istənilən səbəbdən məhsulu (vəziyyətindən asılı olmayaraq) qaytarmaq hüququ verir. Bunun müqabilində bu məhsulun məbləği ödənilmək şərti ilə alıcıya aşağıdakı cədvələ uyğun olaraq Kontakt Home mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir: satış tarixindən 1 ay müddətində müraciət olunduqda bu talonda gösətilmiş məbləğin 70%, 2-6 ay - 50%, 7-12 ay - 30%, 13-24 ay - 20%. “Digər şərtlər”: məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Qeyd olunan müddət ərzində təmir yekunlaşmadıqda məhsul dəyişdiriləcək (noutbuklar istisnadır). Məhsulun zədələnmiş hissələrinin hər biri yalnız 1 dəfə yuxarıda göstərilmiş şərtlərlə dəyişdirilə bilər. Məhusla kənar şəxs və ya istehlakçı, habelə servis tərəfindən edilmiş müdaxilə nəticəsində onda hər hansı qüsur meydana gələrsə, bu zəmanət şərtləri qüvvədən düşmüş hesab edilir və bununla əlaqədar məhsulu geri qaytarıb endirimdən faydalanmaq hüququ itirilir. Məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və sim- konnektoruna zəmanət verilmir. Zəmanət satış tarixindən qüvvəyə minir. Məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, bu zəmanət şərtləri qüvvədən düşmüş hesba edilir; - 20 oktyabr 2020-ci il tarixli, 142452 nömrəli “sifariş”dən görünür ki, qızıl zəmanətli “X4 8” markalı telefon Cavabdeh tərəfindən servisə təhvil verilmişdir (iş.səh.5, 8,10, 12, 14, 20, 54, 56 ) . Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-cii l tarixli 2(001 )-4451/2022 saylı iş üzrə qətnaməsini tam ləğv edərək, Cavabdeh 401 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.5, 445.1, 606.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Tərəflər arasında bağlanılmış Müqavilənin 2.5-ci bəndinə əsasən, Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər Mal ABC-Telecom MMC-nin əmlakı hesab olunur və müştəri tərəfidən satıla, bağışlana, və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə Mal-a mülkiyyət hüququ Müştəri-yə keçir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Cavabdehə keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (telefon) təhvil verilməmiş, cavabdehin həmin malın təmiri barədə müraciəti təmin olunmamış, İMEİ kodu **********49438 olan “X4 8” markalı telefon zəmanət müddəti və şərtləri daxilində cavabdehdən qəbul edilərək təmir olunmuş vəziyyətdə cavabdehə qaytarılmamışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 20283674 nömrəli və xx.xx.2020-ci il tarixli 21181446 nömrəli Müqavilənin 3.1-ci bəndinə əsasən: Müştəri bu müqavilənin şərtini (şərtlərini) pozduğu halda, Malı ABC-nin tələbi ilə geri qaytarmalıdır.Belə ki, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə Müqavilə üzrə öhdəliklərin icrasına əməl etməsi üçün məlumat verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən: ABC 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış Malın, həmçinin 3.15-ci bənddəki hala aid olan Malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib Müştərinin ABC-yə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə əsasən: Müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş Malı geri ala bilər. Müqavilənin 3.8-ci bəndinə əsasən: Əşyaya verilən təminat şərtləri mal ilə birlikdə “Müştəriyə verilən zəmanət talonunda göstərilir.Müqavilənin 3.9-cu bəndinə əsasən: Əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Zəmanət talonunun şərtlərinə əsasən: Məhsulun korpusuna, batareyasına, adapterinə aksesuarlarına və sim-konneltoruna zəmanət verilmir. Göründüyü kimi, cavabdehə Məhkəməyə qədər xəbərdalıq məktubu vasitəsi ilə Müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra olunması barədə məlumat verilsə də, o, üzərinə düşən öhdəlikləri icra etməmişdir.Belə olan halda, müqavilə üzrə, iddiaçı tələbində cavabdehlə bağlanılmış müqavilənin bütün dövrü üçün ödənişini tələb etməkdə haqlıdır.Digər tərəfdən, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 5-ci bəndinə əsasən, Müştəri Ödəniş cədvəli-nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, ABC-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 50 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.Belə ki, Cavabdeh 16 may 2020-ci il və 18 sentyabr 2020-ci il tarixli İMEİ Kodu **********49438 olan “X4 8” markalı telefon və İMEİ Kodu **********02202 olan “X3 A” əldə etmiş, hal-hazırda ödənişi 689 gündür ki, gecikir.Lakin, İddiaçı güzəşt olaraq, qeyd olunan bəndi cavabdehə qarşı tətbiq etməmişdir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, xx.xx.2020-ci ildə cavabdeh tərəfindən telefon alındığını, eyni zamanda qızıl zəmanətin də əldə edildiyini, 5 ay istifadə etdiyini, cavabdehin 5 aydan sonra telefondan səs gəldiyini bu səbəblə telefonu qorxaraq yerə atdığını, bu halı birinci instansiya məhkəməsində də etiraf etdiyini, qızıl zəmanətin şərtlərinə əsasən, məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və sim- konnektoruna zəmanət verilmədiyinin qeyd edildiyini, texniki vəziyyət barədə aktda telefonun tam yararsız vəziyyət olmasının qeyd edildiyini, cavabdehə 155 manat ödəməsi şərti ilə yeni telefon verilməsini bildiriklərini, lakin cavabdehin bununla razılaşmadığını, qızıl zəmantin şərtləri ilə cavabdehin tanış olduğunu və cavabdehin özü tərəfindən imzalandığını bildirmişdir.
5. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, telefon üçün 5 yox 6 ay ödəniş etdiyini, 6-cı ayda telefonun oğlunun əlində olduğu zaman tüstüləndiyini, bu səbəblə qorxaraq telefonu yerə atmasını bildirdiyini, telefondan səs gəlməsi halının onun tərəfindən yox iddiaçı tərəfindən qeyd edildiyini, oların qeyd etdiyi məbləği kreditə əlavə etmələrini bu yolla ödəyə biləcəyini bildirdiyini, lakin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının qəbul etmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məcəllənin 446.1-ci maddəsinə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.Məcəllənin 446.7-ci maddəsinə əsasən, borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. Məcəllənin 458-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir 8.Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.Məcəllənin 589-cu maddəsinə əsasən,əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.Alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.Müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri əsas məmulatın qarantiya müddətinin bitib-bitmədiyindən asılı olmayaraq komplektləşdirici məmulatın qüsurlarını onun qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.Məcəllənin 600-cü maddəsinə əsasən,əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
9. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 163-166, 324, 385-390, 404, 420, 421.3, 425, 560, 567-589, 600-601; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372-ci maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. 10.Diqqətə çatdırılmalıdır ki, iddiaçının dəlillərinin əsası “X4 8” markalı telefonun verilmiş zəmanətin təsirinə düşməməsi olsa da, buna dair qüsur aktı kimi imzalandığı sənədin cavabdehə təqdim edilməsi və ya imzalatdırılması təmin edilməmişdir. xx.xx.2020-ci ildə servisə qəbul edilmiş əmlak barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Bununla da, zəmanətdə və müqavilədə göstərilən tələblərin tərəflər arasında yaranmış öhdəlik münasibətlərinə şübhəsiz uyğunluğu, habelə mülki məsuliyyətin borclunun hərəkətləri nəticəsində yaranması əsasları sübuta yetirilməmişdiur. Belə olan halda, borclunun müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsində baş vermiş pozuntuda cavabdehlik daşımadığını və öhdəlik üzrə qismən yerinə yetirdiyinin geri tələb etmədiyi nəzərə alınaraq, məhkəmə borclunun mülki məsuliyyətinin azladılması baxımından da düzgün nəticəyə gəlmişdir.
11. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4451/2022 saylı işi üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.