Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7824/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı Minəxanım Muradova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, alimentin miqdarı artırılaraq 2 uşağın hər biri üçün hər ay 250 manat, cəmi 500 manat aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2 uşağın – 30.12.2016cı il təvəllüdlü X1 və 01.06.2018-ci il təvəllüdülü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəlki (11.12.2019-cu il tarixli) məhkəmə qətnaməsinə əsasən cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilən alimentin miqdarı (hər uşaq üçün 150 manat) artırılaraq hər uşaq üçün 160 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, iddia tam təmin olunsun. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən edilmiş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırıb. Artırılmış alimentin miqdarının hər uşaq üçün 160 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Belə ki, cavabdeh "xxxx" MMC-də kabel lehimləyicisi işləyir, iddiaçıdan ayrılıqdan sonra başqa qadınla nikah bağlayıb, arvadı hamilədir, atası isə xəstədir. Cavabdeh nikahın bağlanması, arvadının hamilə olması, atasının isə xəstə olması barədə sübutları məhkəməyə təqdim edib. Hazırda cavabdehin ailə və maddi vəziyyəti hər uşaq üçün hər ay 250 manat miqdarında ailiment ödəməyə imkan vermir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7824/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7824/2021
13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver