Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7828/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli e-2(005)- 1290/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 27% ödəmək şərti ilə 1.400 (bir min dörd yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 3.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 (üç) gün müddətində icra edilməlidir.Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 12 aprel 2018-ci il tarixə 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində borcun, həmçinin ərizəyə görə ödənilmiş 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumunun borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində borcun, həmçinin ərizəyə görə ödənilmiş 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə 25 aprel 2018-ci il tarixli, 2(005)- 2712/2018 nömrəli əmr çıxarılmışdır. Borclu Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(005)-2712/2018 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 2(005)- 2712/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(005)-2712/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş üzrə iddia icraatına keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2(005)- 1290/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1290/2021 saylı iş üzrə 17.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi əsassızdır, qanunsuzdur, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır, ona görə də ləğv olunmalıdır. Məhkəmə işə baxarkən mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli olduğu halda bunu etməmiş, qanunsuz olaraq iddia ərizəsini icraata qəbul edib təmin etmişdir. Belə ki, 06.03.2017-ci il tarixli, 526-06.03.2017-SM26 nömrəli müqavilə üzrə 25.04.2018 tarixində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2712/2018 saylı məhkəmə əmri verilmiş, həmin əmrə əsasən, 1809.12 manat borc və 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə bağlı məhkəmə əmri olmasına baxmayaraq, qanunsuz olaraq işə baxmışdır ki, bu da cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə qətnaməsində qeyd edir ki, “borclu Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(005)-2712/2018 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair ərizə vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli. 2(005)-2712/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(005)-2712/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş üzrə iddia icraatına keçmişdir.” Məhkəmə əmr icraatını iddia icraatına keçərkən də qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qanunvericilik əmr icraatından iddia icraatına keçilməsi ilə bağlı konkret tələblər müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq icra edilmiş məhkəmə əmrini yenidən iddia icraatına keçirmişdir. Məhkəmə qanunsuz olaraq əmr icraatından iddia icraatına keçərkən pozuntuya yol verməklə yanaşı işə baxarkən də pozuntuya yol vermişdir. Belə ki, məhkəmə borc məbləğini müəyyən edərkən hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş 15.02.2021-ci il tarixli maliyyə arayışına əsaslanmışdır. Halbuki, məhkəmə borcun məbləğini dəqiq müəyyən etmək üçün maliyyə-mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə ekspertin səlahiyyətlərini özü həyata keçirərək məbləği müəyyən etmişdir. Hakimin səlahiyyətləri qanunla müəyyən edilmiş çərçivədədir və hər hansı borc məbləğinin həqiqi məbləğini müəyyən etmək onun səlahiyyətində deyil. Məhkəmə bu faktı müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspertiza təyin etməli idi. Çünki bu xüsusi bilik tələb edir və hakim bununla bağlı xüsusi biliyə malik olan şəxs deyil. Hakimin səlahiyyətləri qanun çərçivəsində işlərə obyektiv baxmaqla məhdudlaşdırılır. Bu növ səlahiyyətlər, yəni xüsusi bilik tələb edən məsələlərə dair rəy vermək səlahiyyəti qanunvericiliklə mütəxəssisə və ekspertə verilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 27% ödəmək şərti ilə 1.400 (bir min dörd yüz) manat məbləğində kredit verilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinə olan 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh1 götürdüyü kredit məbləğinə dair 24 (iyirmi dörd) ay müddətinə hər ay 76,20 (yetmiş altı manat iyirmi qəpik) manat (sonuncu ay-74,09 (yetmiş dörd manat doqquz qəpik) manat) məbləğində pul vəsaiti ödəməyi öz üzərinə götürmüşdür; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 06 mart 2017-ci il tarixli 526- 06.03.2017-SM26 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borclu Cavabdeh1 tərəfindən iddiaçı bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək zamin Cavabdeh2 ona zamin durmuşdur; İş materiallarında olan 06 mart 2017-ci il tarixli məxaric orderinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə 1.330 (bir min üç yüz otuz) manat məbləğində kredit vəsaiti Cavabdeh1 verilmişdir; İş materiallarında olan 15 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə 15 fevral 2021-ci il tarixə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı qismində borcu vardır; İş materiallarında olan ASAN 5 tərəfindən 14 iyul 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 72 ünvanında qeydiyyatdadır; İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən 28 iyun 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1995- ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır; İş materiallarında olan 12 aprel 2018-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərə əsasən, iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması” ilə bağlı hissəsi təmin edilməli, müvafiq gecikdirilmiş faiz məbləği cavabdeh şəxslərdən iddiaçı bankın xeyrinə müştərək qaydada ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh şəxslər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmələrindən əlavə, təyin edilmiş məhkəmə iclaslarında da iştirak etməmişlər. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 mart 2017-ci il tarixli 526-06.03.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya əlavə olaraq apellyasiya şikayətinin “Məhkəmə qanunsuz olaraq əmr icraatından iddia icraatına keçərkən pozuntuya yol verməklə yanaşı işə baxarkən də pozuntuya yol vermişdir. Belə ki, məhkəmə borc məbləğini müəyyən edərkən hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş 15.02.2021-ci il tarixli maliyyə arayışına əsaslanmışdır. Halbuki, məhkəmə borcun məbləğini dəqiq müəyyən etmək üçün maliyyə-mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə ekspertin səlahiyyətlərini özü həyata keçirərək məbləği müəyyən etmişdir. Hakimin səlahiyyətləri qanunla müəyyən edilmiş çərçivədədir və hər hansı borc məbləğinin həqiqi məbləğini müəyyən etmək onun səlahiyyətində deyil” dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh borc üzrə hansı ödənişlərin və ya məbləğlərin nəzərə alınmadığını şikayətində əsaslandırmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2(005)- 1290/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7828/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7828/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver