Məhkəmə qərarları › İş №2(103)-7835/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7835/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7835/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X5 və X3 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh1 və X2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 , 03 avqust 2012-ci il tarixli 59K\12 nömrəli kredit müqaviləsinə əsasən 15 may 2017-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 17,320.07 manat, faiz borcu üzrə 14,862.02 manat, cərimə borcu üzrə 9,173.85 manat, cəmi 41,355.94 manat, 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 əsas borc üzrə 25,625.14 manat, fazi borcu üzrə 17,983.75 manat, cərimə borcu üzrə 15,919.65 manat, cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, X1 və Cavabdeh3 (33000 manat məbləğində bağlanmış hissəvi müqaviləyə əsasən) əsas borc üzrə 55,200.10 manat, faiz borcu üzrə 49,565.28 manat, cərimə borcu üzrə 35,289.03 manat, cəmi 140,054.41 manat, 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və X1 əsas borc üzrə 9,105.56 manat, faiz borcu üzrə 9, 600.47 manat, cərimə borcu üzrə 4,388.71 manat, cəmi 23,094.74 manat borcun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan 2012-ci il buraxılışlı **-CP-*** dövlət nömrə nişanlı şassi LZZ5EXSD7CN676182 , ağ rəngli “HOWO” 2012-ci il buraxılışlı 99- CG-322 dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”, 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CB-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN659566, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilləri açıq hərracdan satılması və satışdan ələ olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1, X7 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin rədd edilməsini, cavabdeh olan zaminlər X7 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8\2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1, X7 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbləri əsasında Cavabdeh3 münasibətdə baxılmamış saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən 30 iyul 2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar