Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7838/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il təvəllüdlü X3 və 2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4703/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 noyabr 2015-ci il təvəllüdlü X3 və 03 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron imzalanmaqla verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən və şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş təkrar apellyasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə qətnamə elektron məhkəmə sisteminə yerləşdirilərkən elektron məhkəmə sistemində hazırki işə məhkəmə tərəfindən əlavə edilmədiyi üçün qətnamənin elektron kabinetinə yerləşdirilməsindən xəbərdar olması mümkün deyildi. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini xx.xx.2022-ci i l tarixdə elektron kabinetinin "Ərizələr və şikayətlər" bölməsindən daxil olaraq məhkəməyə təqdim etmiş, yalnız bu tarixdən sonra məhkəmə işinə vəkil kimi əlavə edilmişdir. Bu tarixə qədər gələn bildirimləri və elektron sistemə yerləşdirilən qətnamədən məlumatlı olması mümkün deyildi. Bu qeyd edilənləri məhkəmə iclasında elektron kabinetinə daxil olmaqla məhkəməyə əyani sübut etmək mümkündür. Belə ki, elektron kabinetdə aldığı ilk bildirim xx.xx.2022-ci il tarixli qərardadın çıxarılması barədədir. Buna qədər hazırki iş üzrə ona hər hansı bildirim daxil olmamışdır. Nəzərə alınmalıdır ki, elektron məhkəmə sistemində vəkil tərəfindən müdaxilə edilib daxil olmuş hansısa bildirimin silinməsi qeyri-mümkündür Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)- 4703/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunması, onun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4703/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır Cavabdeh İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4703/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə “Vəkil”na məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə iddiaçıya göndərilmiş, xx.xx.2022-ci il tarixdə onun tərəfindən alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Ə.Vəkil tərəfindən elektron qaydada imzalanmaqla verilmiş ilkin apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, şikayət prosessual qanunla nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə verildiyindən və şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadı ilə geri qaytarılmışdır, həmin qərardad xx.xx.2022-ci il tarixdə “Vəkil”na məxsus elektron kabinetdə yerləşdirilmişdir, qətnamədən verilmiş təkrar apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə elektron qaydada məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, ərizəçi prosessual müddətin ötürülməsi barədə məhkəməyə müraciət etməsinə baxmayaraq, ərizədə prosessual müddətin ötürülməsinin üzrlü səbəblərini kifayət qədər əsaslandırmamış, həmçinin prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə hallara dair mötəbər sübutları ərizəyə əlavə etməmişdir. Eləcə də iddiaçının nümayəndəsi və vəkili hazırki mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə iddiaçının “vəkil”i olaraq daxil edilmiş, o, prosessual müddət daxilində (informasiya Sisteminin 7 gün 24 saat fəaliyyətinin təmin oluması da nəzərə alınmaqla) “Vahid məhkəmə portalı” vasitəsilə məhkəmə aktları ilə tanış olmaq, habelə elektron kabineti vasitəsilə isə sənədləri əldə etmək, onları çap etmək və digər əməliyyatları (ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu) həyata keçirmək imkanına malik olmuşdur. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadından verilmiş şikayət formal xarakter daşımaqla, əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(011)-4703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-7838/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7838/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver