Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7846/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Fərhad qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Fərhad oğluna qarşı aliment məbləğinin azaldılması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfındən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı Fərhad qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək smayıllı Rayon Məhkəməsinin 2(037)-1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək birgə nikahdan olan xx xxxx 2006-cı il təvəllüdlü X1 Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsində alimentin onun xeyrinə tutulması, bu məbləğ 2020-ci il «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimentin sabit pul məbləğində 170 manata çatdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1004/2017 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat aliment məbləğinin 50 manat məbləğinə endirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək tərəflərin birgə nikahlarından olan xx xxxx 2006-cı il təvəllüdlü X1 Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı Fərhad qızına verilməsi; miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması ; qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdehapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, aliment məbləğinin həcminni 50 manata azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilmədiyindən istinad edilən prosessual hüquq norma baxımından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı Fərhad qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Fərhad oğluna qarşı aliment məbləğinin azaldılması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7846/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7846/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver