Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7850/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment həcminin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4282/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment həcminin artırılması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı iddia üzrə mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanında yaşayır. Onun iş üzrə Bakı şəhərində keçirilən məhkəmə prosesinə gəlmək imkanı məhduddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4282/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 09 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş məlumatdan da görünür ki, Cavabdeh qeydə alındığı ünvan - ünvan 3r Kollegiya hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin vəsatətini təmin etməməkdə qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4282/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7850/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver