Məhkəmə qərarları › İş №2(103)-7856/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7856/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7856/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndə və vəkilləri X1 və X3, İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2-nin nümayəndəsi X2, “xxxx” MMC-nin direktoru, eyni zamanda “X11 Bankı”nın nümayəndəsi olan Gözəlov Nizami Nadir oğlunun və onların vəkili X4 iştirakı ilə İlk iddia üzrə üzrə İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2-nin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından “X11 Bankı və “xxxx” MMC tərəfindən birgə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İlk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 7.547.750 manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manat tutulmuş, ilkin iddianın qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2-nin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Sonradan “X11 Bankı” və “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdirlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə “X11 Bankı” və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixdə qərardad qəbul edərək “X11 Bankı” və “xxxx” MMC-nin şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin “X11 Bankı” və “xxxx” MMC-nin hüquq və vəzifələrinə toxunub-toxunmadığı məsələsinin müəyyən edilməsi üçün mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin “X11 Bankı” və “xxxx” MMC-nin hüquq və vəzifələrinə toxunduğu üçün onlar tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş və Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia üzrə İddiaçı tanriverdi oğlu Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və “X11 Bankı” və “xxxx” MMC-nin ərizələrinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, “X11 Bankı” və “xxxx” MMC-nin maraqlı şəxs qismində cəlb edilməyə dair ərizələrinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan “X11 Bankı” və “xxxx” MMC şikayət verərək onun ləğv edilməsini, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını, “X11 Bankı” və “xxxx” MMC-nin maraqlı şəxslər qismində cəlb edilmələrinə dair ərizələrinin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Bankı" Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixdə kredit müqaviləsi bağlamış və həmin kreditin təminatı olaraq MMC öz xüsusi mülkiyyətində olan, hazırki işüzrə mübahisə predmeti olan daşınmaz əmlak - torpaq sahəsini ipoteka ile yüklü etmişdir.Hazırki iş üzrə qəbul edilmiş qətnamənin icrası ilə bağlı icra məmuru tərəfindən Bankın xeyrinə yüklü edilmiş ipoteka predmeti olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.Qətnamənin icrasını təmin etmək məqsədilə həmin üzerinə həbs qoyulmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsi Bankın maraqlarına ziddir və bu zaman Bankın hüquqları pozulmuş olur. Bank MMC ile bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ile 2 saylı İnzibati-İqtisadi Məhkəməyə müraciət etmiş və onun iddiası icraata qəbul edilmişdir. Qeyd olunanlardan görünür ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə həm Bankın, hem de "xxxx" MMC-nin maraqlarına toxunur. Lakin işin bu halları nəzərə alınmadan birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxslərin müvafiq qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Digər tərəfdən İddiaçı əslində cavabdehə borc pul verməmiş, belə ki, həmin pullar cavabdehin bank hesabına, yaxud da xəzinəsinə mədaxil olunmamışdır. Belə olan halda həmin cavabdehin üzərinə pulun qaytarılması kimi vəzifə qoyula bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə araşdırmasının obyektini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin “X11 Bankı” və “xxxx” MMCnin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinin tədqiqi təşkil edir. Apellyasiya baxışı zamanı "X11 Bankı"nın nümayəndəsi, "xxxx" MMC-nin direktoru Gözəlov Nizami Nadir oğlu, "X11 Bankı"nın ve "xxxx" MMC-nin vəkili X7 şikayəti müdafiə ederek izahatlarında bildirmişlər ki, Cavabdeh2-nin "X11 Bankı"na kredit borcu olduğundan hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak da Bankda ipoteka ile yüklü edilmişdir. Qətnamənin icrası ilə bağlı aparılan icra hərəkətləri onların mənafeyine toxunur. Bu baxımdan birinci instansiya məhkəməsi qətnamənin apellyasiya şikayəti vermiş şəxslərin maraqlarına toxunduğunu nəzərə alıb onların apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərməli idi. Bununla bağlı nümayəndə Nizami Gözəlov ve vekil Fuad Karimov şikayətin təmin edilerek, "X11 Bankı"nın ve "xxxx" MMC-nin maraqlı şəxslər qismində işə cəlb edilmələrini və birinci instansiya məhkəməsinin qarardadının ləğv edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh və "xxxxxxxx” MMC-nin direktoru Cavabdeh1, "xxxxxxxxx” MMC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək, qətnamənin həqiqətən də "X11 Bankı"nın və "xxxx" MMC-nin maraqlarına toxunduğunu, bununla bağlı həmin şəxslərin iş üzrə maraqlı şəxslər kimi tanınmalarını məhkəmədən xahiş etdilər. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, tərəflərin və “X11 Bankı” və “xxxx” MMC-nin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ilk iddia üzrə İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadadından verdiyi şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə, həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsipinə əsaslanan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktini mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “X11 Bankı”nın hazırki iş üzrə Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixdə bağladığı 880/M/AZE/11 nömrəli Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, Bank cavabdehe 37.000.000 (otuz yeddi million) AVRO məbləğinde ayırmışdır. Kredit müqaviləsinin 5.1-ci maddəsine əsasən, cavabdeh kredit götürülmüş vəsaiti hər 6 (altı) aydan bir, cəmi 4 (dörd) ödəniş ilə Banka geri qaytarmalı idi. xx.xx.2013-cü il tarixdə həmin müqaviləyə edilmiş 2 saylı əlavəyə əsasən həmin tarixə qədər layihə üzre 28676013.63 avro vəsait xərclənmişdir ve yuxarıda qeyd olunan məqamlar nəzərə alınaraq, 880/M/AZE/11 sayli güzəştli kredit müqaviləsinin məbləği 37000000.00 (otuz yeddi milyon) avrodan 50000000.00 (əlli milyon) avroya artırılmışdır. Eyni zamanda həmin əlavənin 4-cü maddesine (Geri ödenilecek mebleğin düzəlişi) maddesinə əsasən 880/M/AZE/11 saylı xx.xx.2009-cu il tarixli güzeştli kredit müqaviləsinə, eləcə də bu müqaviləyə edilən xx xxxxxx 2010cu il tarixli Elave N21 ve xx.xx.2013-cü ilde İş Əlave № 2-nin müddəalarına uyğun olaraq əsas borc ve ona hesablanmış faizlər, eləcə de diger aidiyyətli xərclər (məsələn idarəçilik və öhdəliklərin icrasından irəli gelen xərclər) icra müddəti bitdikdən sonra ardıcıllıqla hissə-hissə səkkiz üç aylıq mərhələdə birinci cavabdeh olan Cavabdeh2 (güzeştli kredit müqaviləsi üzre layihenin sifarişçisi) tərəfindən geri qaytarılmalı idi. Bank ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2600/98/8/604 saylı xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən birinci cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixə olan əsas borcu 48,734,005.73 (qırx sekkiz milyon yeddi yüz otuz dörd min beş) AVRO, faizlər üzrə 31,769,268.39 (otuz bir milyon yeddi yüz altmış doqquz min iki yüz altmış səkkiz) AVRO, cərimə 207,986.05 (iki yüz yeddi min doqquz yüz səksən altı) AVRO, ümumilikdə 80,711,260.19 (səksən milyon yeddi yüz on bir min iki yüz altmış) AVRO təşkil edir. Həmin Üzləşmə aktında qeyd olunub ki, birinci cavabdehin borcun qaytarılması ilə bağlı öhdəliyinin icrasının xx.xx.2019-cu il tarixdən etibarən gecikdirdiyi hər gün üçün 14,890.95 (on dörd min səkkiz yüz doxsan) AVRO hesablanır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasında İpoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir (bundan sonra Birinci İpoteka müqaviləsi acaq). Birinci İpoteka müqaviləsinə əsasən təminatli öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Birinci cavabdeh öz xüsusi mülkiyyətində olan ve hazırki məhkəmə mübahisəsi üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 0.07752 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cl tarixdə MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) həmin ünvanda yerləşən ümumi sahəsi 266.3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini ( Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) və Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən ümumi sahəsi 264.8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındaki 0.2143 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinden xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) Bankın ipotekasına qoymuşdur. Kredit müqaviləsi üzrə Birinci cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2017-ci il tarixdə tərəflər arasında ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-1382 reyestr nomrəsi ile əsdiqləmişdir. İkinci İpoteka müqaviləsinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Birinci cavabdeh öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən 0.4358 ha torpaq sahəsinde yerləşən ümumi sahəsi 58116.3 kv.m. olan 24 mərtəbəli, 2 girişli yaşayış binasını (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) Bankın ipotekasına qoymuşdur. Birinci ve ikinci ipoteka Müqavilərinə əsasən birinci cavabdeh tərəfindən iddiaçının ipotekasına qoyulmuş daşınmaz əmlaklar bundan sonra ümumilikdə ipotekaya qoyulmuş əmlak adlanacaq. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarışı ilə ipotekaya qoyulmuş daşınmaz əmlak ve onun Bankın xeyrinə yüklü olması barədə çıxarış verilmişdir. x xxxxxxxx 2013-cü il tarixdə tərəflər kredit müqaviləsinə 2 sayli əlavəni təsdiqləmişdilər. Həmin əlavəyə əsasən kredit müqaviləsinin 10-cu maddesində "Fransa qanunlarını tənzimləyici qanun kimi seçərək ve X6 Mərkəzinə TRAC) əsaslanaraq və Sifarişçi tərəfindən Fransa səlahiyyetli məhkəmələrinə təqdimatla" ifadəsi "Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən" ifadəsi ile evez edilsin. Eyni zamanda, həmin əlavəyə əsasən kredit müqaviləsinin 16-ci maddesində "Sifarişçiyə qarşı Arbitraj tribunalı və ya Fransa məhkəməsi tərəfindən" ifadəsi "Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən ifadəsi ile əvəz edilsin." Beleliklə, tərəflərin iradesinə əsasən onların arasındakı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən baxılmalıdır. Bankın Birinci cavabdehin təsisçisi (İkinci cavabdeh) Cavabdeh1 ilə bağladığı və xx.xx.2010-cu il tarixdə 3M/3-405 reyestr nömrəsi ilə Abşeron rayonu 1 sayli Notariat Kontorunda qeydiyyatda alınmış ipoteka müqaviləsinə əsasən Birinci cavabdehin nizamnamə kapitalındakı payların 100%-i (bir yüz faizini) kredit müqaviləsi üzrə birinci cavabdehin (xxxxxxxx MMC-nin) öhdəliklərinin təminatı kimi Bankın ipotekasına qoymuşdur. x xxxx 2015-ci il tarixdə 3M-339 reyestr nömrəsi ilə Sumqayit ASAN notariat kontorunda qeydiyyatda alınmış alqı-satqı müqaviləsinə əsasən birinci cavabdeh olan http://el.se.ni/Cavabdeh2-nin qeydiyyatda alınmış nizamnamə kapitalındakı payların yüz faizi digər maraqlı şəxs “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrinden **********535000 nömrəli xx.xx.2016-cı il tarixli çıxarışına əsasen “xxxxxxxx” MMC-nin nizamnamə kapitalındakı payların üzərində mülkiyyət hüququ "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Birinci cavabdeh ipoteka ile təmin olunmuş öhdəliyini icra etməmişdir və Bankdan aldığı 48,734,005.73 (qırx səkkiz milyon yeddi yüz otuz dörd min beş) AVRO məbləğində kredit vəsaitini geri qaytarmamış və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2600198/8/604 saylı bildirişlə Birinci cavabdehi məlumatlandırmışdır. Bildirişin alınması barədə Birinci Cavabdeh2-nin 2019-22 saylı xx.xx.2019-cu il tarixli məktubu iddiaçıya təqdim edilmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2600198/8/777 saylı xx.xx.2019-cu il tarixli bildirişin qeydə alınması ilə əlaqədar DƏDRX Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı Bank birinci cavabdehə qarşı iddia ərizəsi ile 2 saylı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmə (hakim Rüstem Kərimli) tərəfindən 2-2(82)-990/2019 nömrəsi ilə icraata qəbul olunmuşdur. Bu faktı təsdiq edən e-mehkeme portalından daxil olan elektron bildirişi hazırki şikayətə əlavə edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən açıq-aşkar görünür ki, hazırki mülki iş üzrə tələbləri həm Bankın, həm də "xxxx" MMC-nin maraqlarına toxunur, onlar üçün dəlillər yaradır. Bu səbəbdən məhkəmə kollegiyası maraqlı şəxslər "X10 Bankı"nın və "xxxx” MMC-nin AR MPM-nin 357.2-ci maddəsinə əsasən apellyasiya şikayət vermək hüququnun (işdə iştirak etməyən cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olması qənaətinə gəlir. Bu baxımdan məhkəmə şikayət vermək istəyən ve işdə iştirak etməyə cəlb edilməyən şəxsin mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı va məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyasl qeyd edir ki, "X10 Bankı” və "xxxx" MMC mülki iş üzrə tərəf və 3-cü şəxs kimi işə cəlb edilməsə də, həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduğu üçün onların maraqli şəxs kimi həmin qətnaməni mübahisələndirmək ve ondan şikayət vermək hüquqları vardır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi "X10 Bankı"nı və "xxxx" MMC-ni maraqlı şəxs kimi tanımamaqla və onların apellyasiya şikayətini geri qaytarmaqla düzgün hüquqi nəticəyə gelməmişdir. Buna görə də şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ilk iddia üzrə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadadından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: “X11 Bankı” və “xxxx” MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İlk iddia üzrə üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar