Məhkəmə qərarları › İş №2(103)-7865/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7865/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7865/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC X9 Təşkilatının cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X9 Təşkilatı cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı xx.xx.1999-cu il tarixli 620 saylı kredit müqaviləsi üzrə borca görə 236257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X9 Təşkilatına keçmişdir.Həmin Sərəncamın icrası ilə bağlı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin Star- 3 X1rşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X9 Təşkilatına təhvil verilmişdir. Akta əsasən Star-3 İKF-nin təhvil-təslim olunan tarixəxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-yə cəmi 236257,96 manat (əsas borc 236257,96 manat; faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehləxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC arasında bağlanmış xx.xx.1999-cu il tarixli 620 nömrəli kredit müqaviləsinə əsasən yaranmış, xx.xx.2019-cu il tarixə cavabdeh Star-3 İKF-nin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 236257,96 manat məbləğində təşkil edir. Cavabdeh Star-3 İKF və Cavabdeh2 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Star-3 İstehsal-Kommersiya Firmasına ayrılan kreditin qaytarılması ilə bağlı Cavabdeh2 ilə hər hansı bir təminat müqaviləsi bağlanmasa da, iddiaçı hesab edir ki, Cavabdeh2 Star-3 İstehsal-Kommersiya Firmasının direktoru olması, Firmanın hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Kredit müqaviləsi üzrə sonuncu ödənişin nə vaxt aparılması barədə hər hansı bir sübutu o, məhkəməyə təqdim edə bilmir. Cavabdehin mübahisəyə iddia müddətinin təbiqi ilə bağlı ərizəsi ilə razılaşmır, hesab edir ki, tələb hüququ üzrə sənədlər xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktına əsasən iddiaçıya 2018-ci ildə verildiyindən müddət ötürülməmişdir. Ona görə də cavabdehlər Star-3 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 236.257,96 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC X9 Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 1087/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı QSC X9 Təşkilatı tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin ötürüldüyü qənaətinə gəlsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Star-3 X1rşı problemli borcu üzrə tələb hüququ S-149 saylı təhvil-təslim aktı əsasında xx xxxxx 2018-ci il tarixdə İddiaçı QSC-yə keçdiyindən iddiaçı hesab edir ki, iddia müddəti həmin tarixdən hesablanmalıdır və bu baxımdan iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanınvaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana ilk ödəniş tarixindən etibarən 1 il müddətinə, yəni xx.xx.2000-ci il tarixədək qaytarmaq şərti ilə illik 17% olmaqla, 3.182.000.000 AZM məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə xx.xx.2000ci il tarixli əlavə müqavilədən müəyyən olunur ki, tərəflər 2.074.101.800 AZM məbləğində vaxtı keçmiş əsas borcun ödəmə vaxtının 12 ay uzadılaraq son ödəniş tarixinin xx.xx.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən müəyyən olunur ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, veksellərin alışı üzrə borc qalığı, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə İddiaçı QSC BOKT arasında tərtib olunan xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktından müəyyən olunur ki, rəhbəri Cavabdeh2 olan Star-3 X4 ilə bağlanan xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə təminatı təsdiq edən sənədlər yoxdur, kreditin istifadəsi 2009-cu ildən əvəlki müddətə təsadüf etdiyi üçün bankın təqdim etdiyi kredit və cari hesablardan çıxarışlarda məbləğin istifadəsi əks olunmamışdır. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə bağlı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktları əsasında Star-3 X2 İddiaçı QSC-yə 236257,96 manat borcu yaranmışdır. İddiaçı QSC BOKT-un Star-3 X3 ünvanladığı xx.xx.2019- cu il və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, BOKT borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC BOKT-un Star-3 X2 direktoru Cavabdeh2 ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, BOKT borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə əsasən bank borcalana ilk ödəniş tarixindən etibarən 1 il müddətinə, yəni xx.xx.2000-ci il tarixədək qaytarmaq şərti ilə, illik 17% olmaqla 3.182.000.000 AZM məbləğində təminatsız kredit verməyi öhdəsinə götürmüş, daha sonra tərəflər xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə bağladıqları xx.xx.2000-ci il tarixli əlavəyə əsasən 2.074.101.800 AZM məbləğində vaxtı keçmiş əsas borcun qaytarılması 12 ay uzadılaraq son ödəniş tarixinin xx.xx.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. Daha sonra xx.xx.1999cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə tələb xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən iddiaçıya güzəşt edilmiş, bu müqavilə üzrə tərəflərin tərtib etdikləri xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktında rəhbəri Cavabdeh2 olan Star-3 X4 ilə bağlanan xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə təminatı təsdiq edən sənədlərin olmadığı, kreditin istifadəsi 2009-cu ildən əvəlki müddətə təsadüf etdiyi üçün bankın təqdim etdiyi kredit və cari hesablardan çıxarışlarda məbləğin istifadəsinin əks olunmadığı qeyd olunmuş, məhkəmə iclasında iddiaçının nümayəndəsi öhdəliklərin nə vaxtdan icra olunmaması barədə sübutunun olmadığını bildirmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən cavabdeh Star-3 X2 xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə iddia müddətinin tətbiq edilməsinə etiraz edərək, onların Star-3 X1rşı problemli borcu üzrə tələb hüququnun Azərbaycan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə iddiaçı arasında bağlanmış S-149 saylı təhvil-təslim aktı əsasında xx xxxxx 2018-ci il tarixdə yarandığını, buna görə də hazırkı iddia ilə bağlı iddia müddətinin axımının xx xxxxx 2018-ci il tarixdən hesablanmalı olmasını bildirsə də, kollegiya bununla razılaşmır və bununla bağlı qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları və Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarındakı hüquqi mövqeyə əsasən tələb hüququnun başqa şəxsə keçməsi borclunun öhdəliklərinə münasibətdə iddia müddətinin yenidən hesablanmasına səbəb olmur. Əks halda, bu cür yanaşma mülki hüquq münasibətlərində qeyrimüəyyənliyə, qeyri-sabitliyə gətirib çıxarardı. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, Cavabdeh2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC qarşısında hər hansı bir öhdəliyi olmadığından, İddiaçı QSC X9 Təşkilatının cavabdeh Star-3 X1rşı iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən, Cavabdeh2 qarşı tələbi isə eyni zamanda əsassız olması səbəbindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı QSC X9 Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1087/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar