Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-787/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-111/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 illik 17 faiz hesablanmaqla 120 ay müddətinə 110000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxxxx 2015-ci il tarixli, BAKU1-6000-12103 saylı kredit müqaviləsinin (kreditin müddətinin uzadılmasına dair xx.xx.2017-ci il tarixli Saziş də daxil olmaqla) ləğv edilməsi, iddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 103324,74 ABŞ dolları əsas borcun, 36536,11 ABŞ dolları faiz borcunun və 49974 ABŞ dolları dəbbə borcunun, cəmi 189834,85 ABŞ dolları məbləğində kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1 və Cavabdeh2 alınması, tutmanın Cavabdeh1 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 1415 nömrəli reyestr kitabının 129502 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 120.1 kv.m ümumi, 71.9 kv.m yaşayış və 48.2 kv.m yardımçı sahəsi olan 3 otaqlı 20 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 180000 manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsi, cavabdehlərin həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında sonuncuya illik 17 faiz hesablanmaqla 120 ay müddətinə 110000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxxxx 2015-ci il tarixli BAKU1- 6000-12103 saylı kredit müqaviləsi (kreditin müddətinin uzadılmasına dair xx.xx.2017-ci il tarixli Saziş də daxil olmaqla) imzalanmış, bu müqvildən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə, hazırda Cavabdeh1 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 1415 nömrəli reyestr kitabının 129502 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 120.1 kv.m ümumi, 71.9 kv.m yaşayış və 48.2 kv.m yardımçı sahəsi olan 3 otaqlı 20 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi, daha sonra isə xx xxxx 2016-cı il tarixində kredit müqaviləsinin müddətinin uzadılması və mülkiyyətçilərin dəyişdirilməsinə dair Saziş bağlanmış, Cavabdeh2 kredit alanla birgə məsuliyyətini müəyyən edən xx xxxx 2016-cı il tarixli BAKU1-6000-12103+BAKU30043 saylı Zaminlik müqaviləsi və Cavabdeh1 ilə ünvan 1 mağaza Eurolux parket ünvanında yerləşən və ona məxsus olan, tərkibi parketdən ibarət olan 65000 manat dəyərində dövriyyə vəsaitlərinin Girovu müqaviləsi imzalanmışdır. Tərəflər arasında kreditin qaytarılması müddətinin uzadılmasına dair xx xxxx 2016-cı il tarixli Sazişlə kreditin əsas və faiz borcunun ödənilməmiş aylarının sayı 120 ay, son ödəniş tarixinin isə xx.xx.2026-cı il tarix olması və kreditin aylıq 1850 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. Lakin kredit üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyinə görə İpoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-111/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) iddia qismən təmin olunmuş, iddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli BAKU1-6000-12103 saylı kredit müqaviləsi və həmin müqaviləyə dəyişikliklər və əlavələr edilməsi haqqında xx xxxx 2016-cı il tarixli Sazişin ləğv edilməsi, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 102901,58 ABŞ dolları əsas borc, 36536,11 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları dəbbə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 139447,69 (yüz otuz doqquz min dörd yüz qırx yeddi dollar altmış doqquz sent) ABŞ dolları borcun və məhkəmə xərclərinə görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanında yerləşən 120.1 kv.m ümumi sahəsi olan 3 otaqlı 20 saylı mənzilinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 139447,69 (yüz otuz doqquz min dörd yüz qırx yeddi dollar altmış doqquz sent) ABŞ dolları borcun və ödənilmiş məhkəmə xərclərinə görə cəmi 60 (altmış) manat məbləğində borcun iddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 120.1 kv.m ümumi sahəsi olan 3 otaqlı 20 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan sonra cavabdehlərin mənzili bir ay ərzində boşaltmaları. iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kreditin ABŞ dolları ilə rəsmiləşdirilməsinə baxmayaraq ona manatla verilməsi, sonradan devalivasiya nəticəsində maddi vəziyyətinin pisləşməsi, əsas və faiz borclarının şişirdilməsi, yenidən ekspertizanın keçirilməli olması, həmçinin qətnamənin «cavabdehlərin ipoteka predmeti olan əmlakı bir ay ərzində boşaltması» hissəsində də əsassız olması, hərracdan sonra mənzilin kimin tərəfindən əldə ediləcəyinin məlum olmaması, bu hüququn məhz yeni mülkiyyətçiyə aid olması kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili)apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə uyğun izahat vermiş,həmçinin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə hər hansı etirazının olmamasını,qətnamədən əsasən kredit borcunun məbləği və cavabdehlərin 1ay ərzində ipoteka qoyulmuş mənzildən çıxarılmaları hissəsində narazı qalaraq apellyasiya şikayəti verilməsini,qətnamədən qalan hissədə şikayətlərinin olmamasını göstərmiş,məhkəmə kollegiyasından qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş,əlavə olaraq apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə hər hansı etirazının olmamasını göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki,iddia ərizəsi qismən təmin olunmuş,iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir.Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək,hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Belə ki,işdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, BAKU1- 6000-12103 saylı kredit müqaviləsinə, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığına və xx xxxxxx 2015-ci il tarixli Razılaşmaya əsasən, Bank tərəfindən Cavabdeh1 illik 17 faiz hesablanmaqla 60 ay müddətinə 110000 ABŞ dolları kredit verilmişdir. İşdə olan «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli BAKU1-6000-12103 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında xx xxxx 2016-cı il tarixli Sazişə və ona əlavə edilmiş ödəniş qrafikinə əsasən kreditin əsas və faiz borcunun ödənilməmiş aylarının sayı 120 ay, son ödəniş tarixinin isə xx.xx.2026-cı il tarixi olması və kreditin aylıq 1850 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. İşdə olan xx xxxx 2016-cı il tarixli BAKU1-6000-12103+BAKU-30043 saylı zaminlik müqaviləsinə əsasən «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətiilə X11 arasında, zaminin kredit alanla birgə məsuliyyətini müəyyən edən müqavilə bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək faktiki ödənilmişdir - cəmi 33782,46 ABŞ dolları, ondan ödənilmiş əsas borc məbləği 7926,81 ABŞ dolları, ödənilmiş faiz borcu məbləği 24154,99 ABŞ dolları və ödənilmiş dəbbə borcu 1700,66 ABŞ dolları təşkil etmişdir. Eyni zamanda əsas borc üzrə 102073,19 ABŞ dolları, 38799,09 ABŞ dolları faiz borcu, dəbbə borcu üzrə 49974,48 ABŞ dolları, cəmi borc 190846,77 ABŞ dolları olmuşdur. Eyni zamanda, işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 1062 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı və xx.xx.2015-ci il tarixli BAKU-6000-12103 saylı kredit müqaviləsi və razılaşmanın şərtlərini əsas götürməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə olan borcu, əsas borc üzrə 103324,74 ABŞ dolları, faiz borcu üzrə 14238,57 ABŞ dolları, xx.xx.2018-ci il tarixə olan borcu, əsas borc üzrə 103324,74 ABŞ dolları, faiz borcu üzrə 25411,99 ABŞ dolları müəyyən olunur. Eyni zamanda Cavabdeh1 tərəfindən ödənişlərin tarixi və xx.xx.2015-ci il tarixli BAKU-6000-12103 saylı kredit müqaviləsi və razılaşmanın şərtlərini əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə olan borcu, əsas borc üzrə 102901,58 ABŞ dolları, faiz borcu üzrə 11298,93 ABŞ dolları, xx.xx.2018-ci il tarixə olan borcu, əsas borc üzrə 102901,58 ABŞ dolları, faiz borcu üzrə 22426,59 ABŞ dolları müəyyən olunur. Qeyd edilən ekspertiza rəyi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh1 illik 17 faiz hesablanmaqla 120 ay müddətinə 110000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxxxx 2015-ci il tarixli BAKU1-6000-12103 saylı kredit müqaviləsinin (kreditin müddətinin uzadılmasına dair xx.xx.2017-ci il tarixli Saziş də daxil olmaqla) ləğv edilməsi, «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı X4 xeyrinə 103324,74 ABŞ dolları əsas borcun, 36536,11 ABŞ dolları faiz borcunun və 49974 ABŞ dolları dəbbə borcunun, cəmi 189834,85 ABŞ dolları məbləğində kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1 və Cavabdeh2 alınması, tutmanın Cavabdeh1 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 1415 nömrəli reyestr kitabının 129502 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 120.1 kv.m ümumi, 71.9 kv.m yaşayış və 48.2 kv.m yardımçı sahəsi olan 3 otaqlı 20 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 180000 (yüz səksən min) manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsi, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 120.1 kv.m ümumi, 71.9 kv.m yaşayış və 48.2 kv.m yardımçı sahəsi olan 3 otaqlı 20 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilk tələbində 16819,58 ABŞ dolları faiz tələb etmiş, lakin ekspertiza rəyi ilə faizlərin daha az olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə ekspertiza rəyi daxil olduqdan sonra iddiaçı tərəfindən artırılmış tələb üzrə (kredit borcu xx xxxx 2019-cu il tarixə olan vəziyyətdə tələb olunmuşdur) borcun məbləğini tam, hərtərəfli və obyektiv yoxlamamış, yalnız iddiaçının təqdim etdiyi məlumatlara əsaslanmışdır. Apellyasiya baxışına dəvət olunmuş ekspert Cəlilov Rövşən Ramiz oğlu izahatında göstərmişdir ki, o ekspertiza rəyində kredit borcunu xx xxxx 2018-ci il tarixə və xx xxxxxxx 2018-ci il tarixə olan vəziyyətdə hesablamışdır. Bu səbəbdən də, kredit borcunun xx xxxx 2019-cu il tarixə mövcudluğunu əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunacağı təqdirdə hesablaya bilər. Qeyd edilənlərə əsasən apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, BAKU1-6000-12103 saylı kredit müqaviləsi (həmçinin, həmin müqaviləyə edilmiş əlavə və dəyişikliklər) üzrə həmin müqavilənin şərtləri və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla xx xxxx 2019-cu il tarixə (iddia tələbinin həcminin artırıldığı tarixə) əsas borc və faizlər nə qədər təşkil etmişdir? Daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1615 nömrəli əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, - Maliyyə arayışına əsasən - Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 139812,57 ABŞ dolları (əsas borc üzrə 103324,74 ABŞ dolları, faiz borcu üzrə 36487,83 ABŞ dolları) müəyyən olunmuşdur. - Ödənişlərin tarixi sənədinə əsasən - Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödənişlərin tarixi və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 136358,64 ABŞ dolları (əsas borc üzrə 102901,58 ABŞ dolları, faiz borcu üzrə 33457,07 ABŞ dolları) müəyyən olunmuşdur. Göründüyü kimi, xx xxxx 2019-cu il tarixə (iddiaçının MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq tələb etdiyi tarixə) faiz borcu reallıqda 33457,07 ABŞ dolları təşkil etmiş, lakin birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmişdir. Belə olan halda isə apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı, qətnamə qeyd edilən hissədə qismən ləğv olunmalı, iddiaçının xeyrinə tutulması olan faizlərin məbləği faizləri 33457,07 ABŞ dolları həddində müəyyən olunmalıdır. Bununla yanaşı, ekspertiza rəyindən görünür ki, birinci instansiya məhkəməsi əsas borcu 102901,58 ABŞ dolları həddində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh bunun əksini (əsas borcun daha az olması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işdən görünür ki,birinci instansiya məhkəməsi tələb olunan dəbbə pulunu MM-nin467.1-ci maddəsinə əsasən azaldaraq 10 ABŞ dolları həddində təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq ilkin olaraq qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi,onu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Əksinə,bu hal,iddiaçıya kredit borcunun məhkəmə qaydasında tələb etmək hüququnu vermişdir. Həmçinin, ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində kreditin ona ABŞ dolları ilə deyil,manatla verilməsini göstərsə də,bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan sübutlar (kredit, ipoteka, zaminlik müqavilələri, ödəniş cədvəli və s.) kreditin məhz xarici valyuta (ABŞ dolları) verilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Eyni zamanda,kreditin xarici valyuta ilə verilməsi halı da qanunvericiliyin tələblərinə zidd deyildir. Belə ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir»müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 14may 2015-ci il tarixli qərarı). Cavabdeh apellyasiya şikayətində qətnaməni,həmçinin «cavabdehlərin ipoteka predmeti olan əmlakı bir ay ərzində boşaltması» hissəsində də mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq, qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qo-yan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka mü-qa-vi----ləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla bir-lik----də yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağ-la-nar----kən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə no-ta---riat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağ-lan-dıq-dan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sa-yı-lır--lar. İşdən görünür ki, mənzil ipoteka mü-qa-vi----ləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş, həmçinin cavabdeh tərəf ipoteka müqaviləsi bağ-la-nar----kən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə no-ta---riat qaydasında təsdiq edilmiş öhdəlik (ərizə işə əlavə olunmuşdur) götürmüşdür. Belə olan halda isə iddia mübahisələndirilən hissədə əsaslı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24dekabr 2014-cü il tarixi Qərarı). AzərbaycanRespublikasıMü lki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində qismən ləğv olunmalı, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 33457,07 ABŞ dolları müəyyən olunmalı,qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 200 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-111/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 111/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv olunsun, iddiaçı «xxxxxxxxxx» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 33457,07 (otuz üç min dörd yüz əlli yeddi ABŞ dolları 07sent)AB Ş dolları müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-787/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-787/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver