Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7871/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.03.2021-ci il il tarixli, 2(001)-291/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC BOKT Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2243,62 manat əsas, 354,34 manat faiz borcu olmaqla, cəmi 2597,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.03.2015-ci il tarixli, 071/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka olan əsas borcu 2243,62 manat əsas, 354,34 manat faiz borcu olmaqla, cəmi 2597,96 manat məbləğində təşkil edir. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-291/2021saylı, 09.03.2021-ci il il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2243,62 manat (iki min iki yüz qırx üç manat altmış iki qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-291/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına üçün mülki işin qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-291/2021 saylı 12 iyul 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və onun vəkili X6 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məsələnin həllini məhəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-291/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-291/2021 saylı, 09.03.2021-ci tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7871/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7871/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver