Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7873/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3089/2022 saylı işi üzrə 21 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 13870 manat, vəkilə xidmət haqqı ilə bağlı ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsai üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verilən şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 268.1, 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli qərardad İddiaçı elektron kabinetinə xx.xx.2022-ci il tarixdə, saat 16:57də yerləşdirilmişdir. Lakin, iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Belə ki, qərardaddan şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir. Qərardad iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdiyindən və müddət axımı həmin gündən başladığından qərardaddan şikayətin verilməsi üçün son gün xx.xx.2022-ci il tarixdə həmin tarixdə qeyri-iş gününə düşdüyü üçün ən geci xx.xx.2022-ci il tarixdə bitir. Həmçinin, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli qərardadı almadıqlarını bildirərək, həmin tarixdə məhkəmə qəbzini imzalayaraq rəsmi qaydada qərardadın surətini qəbul etmişdir. Lakin, şikayətə qərardadı xx.xx.2022-ci il tarixdə almamaları ilə bağlı hər hansı sübut əlavə etməmişdirlər. İddiaçı şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyanın 60-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 268.1, 269, 396.1 maddələrinə istinadən qeyd edilmişdir ki, qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan müddəti ötürmədən şikayət vermişdir. Tərəfindən şikayət elektron kabinetə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır .Qərardad onun nümayəndəsinə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir və müddətin axımı da həmin gündən hesablanmalı olduğu halda araşdırılmamışdır və bu iş üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə tərəfindən qiymət verilməmişdir. xx.xx.2022-ci il tarixli qərardad elektron kabinetə yerləşdirilsə də, ona bu barədə sms getməmişdir, yerləşdirilməsi barədə məlumatı olmamışdır və elektron kabinetdə oxunmamış qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3089/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1 və 396.1-ci maddəsinə əsasən: Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış məhkəmə aktından verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzrlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamışdır. Qeyd edilməlidir ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 268, 269, 357, 360- 366, 395,596, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3089/2022 saylı işi üzrə 21 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7873/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7873/2022
12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver