Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7876/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5569/2023 saylı, 01 dekabr 2023ci il tarixli qərardadından iddiaçı “X1” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5569/2023 saylı, 01 dekabr 2023ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmçinin iddiaçıya izah edilmişdir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan iddiaçı “X1” ASC şikayət verərək ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5569/2023 saylı, 08 dekabr 2023ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-3.5-ci maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən qənaətini bununla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı əvvəllər ünvan 1ti bina olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil. Həmçinin, faktiki yaşadığı ünvanını təsdiqləyən sübut iş materiallarına əlavə edilməmişdir. Cavabdehin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın göstərilməməsi və ya olmaması, ona məhkəmə bildirişinin rəsmi qaydada verilməsini istisna edir və bununla da o, əsaslandırılmış etirazlarını bildirmək hüququndan məhrum olur. Cavabdehin Suraxanı rayonu ərazisində əmlakının olmasına dair də iddia ərizəsinə hansısa sübut əlavə edilməmişdir. Eyni zamanda cavabdehin məlum olan axırıncı yaşayış yeri də Suraxanı rayon Polis İdarəsinin İnzibati binası olmamış və olması da mümkün deyildi. Demək ki, bu maddədə göstərilən əsaslar olmadığına görə də iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməzdi. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Suraxanı Rayon Məhkəməsində baxılmalı olması mübahisəsiz olmalıdır. Cavabdehin hazırda qeydiyyat ünvanı, həmçinin əmlakının olduğu və ya sonuncu yaşayış yeri isə məlum deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçmir. Belə ki, cavabdehin Suraxanı rayon Polis İdarəsinin İnzibati binasından qeydiyyatdan çıxarıldıqdan sonra qeydiyyat yaxud faktiki yaşayış ünvanının hazırda hansı ünvan olmasının məlum olmaması şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, bu hal iddiaçıya ərazi aidiyyəti qaydalarını pozaraq iddia ərizəsi ilə istədiyi məhkəməyə müraciət etməyə əsas vermir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi... aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Suraxanı Rayon Məhkəməsində baxılmalı olması mübahisəsiz olmalıdır. Başqa sözlə qeyd olunan norma məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Polis İdarəsinin inzibati binasının cavabdehin əvvəllər rəsmi qeydə alındığı yer olsa da iddia ərizəsi məhkəməyə verilərkən cavabdeh həmin binada qeydiyyatda olmamışdır. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Lakin cavabdehin Suraxanı rayonu ərazisində əmlakının olmasına dair də iddia ərizəsinə hansısa sübut əlavə edilməmişdir. Eyni zamanda cavabdehin məlum olan axırıncı yaşayış yeri də Suraxanı rayon Polis İdarəsinin İnzibati binası olmamış və olması da mümkün deyildi. Demək ki, bu maddədə göstərilən əsaslar olmadığına görə də iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməzdi. Ona görə də bankın cavabdehin qeydə alındığı ünvanı, faktiki yaxud məlum olan axırıncı yaşayış yerini müəyyən edə bilməməsi şikayətin əsaslı olmasına təsir etmir və bu vəziyyət heç bir halda məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilməməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5569/2023 saylı, 01 dekabr 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5569/2023 saylı, 01 dekabr 2023ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7876/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7876/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver