Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7892/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-902/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra ddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3243,90 manat və 20 manat dövlət rüsumunun, 228 manat icra ödənişinin, cəmi 3521,90 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və əlavə olaraq kredit borcu ilə bağlı 10 manat dövlət rüsumunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına ödənilmiş 115 manat icra ödənişinin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-902/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3021 (üç min iyirmi bir) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxxxx” ASC-dən 3200 manat kredit götürmüş, hazırkı iş üzrə iddiaçı isə həmin pula görə ona zamin durmuş və bu barədə bank ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu günə kimi banka 1550 manat, iddiaçıya isə hissə-hissə olaraq onun əmək haqqından tutulduğu üçün 1750 manat ödəmişdir. Yəni, o, ümumilikdə həm banka, həm də iddiaçıya 3300 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan arayışdan görünür ki, iddiaçının əmək haqqından 3021 manat pul tutulub. O, bununla razılaşmır. Belə ki, yuxarıda qeyd etdiyi kimi banka 1550 manat ödəniş etmişdir. İddiaçının da əmək haqqından 3021 manat pul tutulub. 1550 manat + 3021 manat = 4571 manat edir. İcra sənədinə əsasən isə onlardan müştərək qaydada 3243,90 manat kredit borcu tutulması qərara alınmışdır. Göründüyü kimi, rəqəmlər arasında ziddiyyət var. Onun iddiaçıya borcu yoxdur. Borcunu əmək haqqından tutulan zaman müxtəlif vaxtlarda ona qaytarmışdır. Belə ki, 400 manatı avtovağzalda, N manatı hərbi hissədə, N manatı hərbi hissədə, N manatı Sumqayıt şəhərində “Azpetrol”un yanında, 500 manatı Sumqayıt şəhərində “Azpetrol”un yanında və 150 manatı isə avtovağzalda iddiaçıya vermişdir. Pulu ödədiyi halda ondan yenidən pul tələb edir. Bunu isə bank ilə onun arasında olan zaminlik müqaviləsinə və onun əmək haqqından tutulan pullara əsaslandırır. İşə baxılması yeri və vaxtı haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümükn hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4630/2017 saylı məhkəmə əmri əsasında icra vərəqəsi verilmiş, iddiaçının aylıq əmək haqqından cəmi 3021 manat pul tutulmuşdur. Buna görə də, iddia tələbi həmin hissədə əsaslıdır, qalan hissədə isə təmin edilməməlidir. Çünki, iddiaçı cavabdehin borcuna görə 3521.90 manat pul ödədiyini bildirsə də, məhkəmə araşdırması zamanı onun tərəfindən yalnız əmək haqqından 3021 manat pulun ödənilməsi öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara, yəni iddiaçıya heç bir borcunun olmadığına, borcunu tam qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, göstərdiyi bu halları cavabdeh sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh bu halları sübut edə bilmir. Bu barədə onun yalnız izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Əksinə, iddiaçının cavabdehin əvəzinə banka 3021 manat ödəməsi “N” saylı hərbi hissənin verdiyi rəsmi arayışla öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehapellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-902/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7892/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7892/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver