Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7893/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçıə Əhməd qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıə Əhməd qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlə nikahlarından doğulmuş 29.04.2008-ci il təvəllüdlü uşağının saxlanılması üçün Babək Rayon Məhkəməsinin 08.10.2009-cu il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur. İş üzrə hazırlıq iclası keçirildikdən sonra cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq həm özünün, həm də iddiaçının Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qeydiyyatda olduqlarını, buna görə də işin ərazi aidiyyatı üzrə Babək Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyun 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, həmin qərardaddan cavabdehin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi, tərəflərin hər ikisi Naxçıvan Muxtar Respublikasının Babək rayonunda pasport qeydiyyatında olsalar da, İddiaçıə Əhməd qızı 160 saylı MTK-nın verdiyi 06.05.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, 13 nömrəli evin 150 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3-cü maddəsinə görə isə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunverici, alimentin alınması haqqındakı iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı hər hansı məhdudiyyətlə şərtləndirmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən isə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3141/2021 saylı mülki iş üzrə 09 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7893/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7893/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver