Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7895/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Yasin oğlu tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. İddiaçının 2-ci dəfə verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən növbəti dəfə verdiyi apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, ilk dəfə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadla qeyri-mümkün hesab edilmişdir. İkinci dəfə verilən apellyasiya şikayəti isə qeyd edilən nöqsan aradan qaldırılmadan, prosessual qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun hər hansı dəyişiklik edilmədən verilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, istinad olunan konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının 2-ci dəfə verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsinə münasibət bildirilməmişdir. Belə ki, «Azemis» elektron informasiya sistemindən görünür ki, iddiaçı ilk dəfə geri qaytarıldıqdan sonra apellyasiya şikayətini 2-ci dəfə isə xx.xx.2022-ci il tarixdə verməsinə baxmayaraq rayon məhkəməsi bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək apellyasiya şikayətlərini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. (Qətnamə iddiaçı tərəfindən rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.) MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Yasin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7895/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7895/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver