Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-79/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(004)-2309/2018 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıAçıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçıASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 MMC-dən xx.xx.2014cü il tarixli 029/İCD saylı Kredit müqaviləsi ümumilikdə 449 569.42 (dörd yüz qırx doqquz min beş yüz altmış doqquz. 42) ABŞ dolları borcu, əsas borcu 316 497.42 (üç yüz on altı min dörd yüz doxsan yeddi. 42) ABŞ dolları, faiz borcu 81 862 (səksən bir min səkkiz yüz altmış iki) ABŞ dolları, dəbbə 51 210 (əlli bir min iki yüz on) ABŞ dolları məbləğinin tutularaq İddiaçıASC-yə ödənilməsi; Tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri,Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli binanın zirzəmisində 707.0 kv.m ümumi, 707.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi; göstərilən qeyriyaşayış sahəsinin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 449 569.42 (dörd yüz qırx doqquz min beş yüz altmış doqquz.42) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(004)- 2309/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçıASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 029/İCD saylı kredit müqaviləsi üzrə 316 497.42 (üç yüz on altı min dörd yüz doxsan yeddi. 42) ABŞ dolları əsas borc, faiz borcu 81 862 (səksən bir min səkkiz yüz altmış iki) ABŞ dolları faiz borcu və 5000 ABŞ dolları dəbbə pulu, cəmi 403 359,42 (dörd yüz üç min üç yüz əlli doqquz ABŞ dolları 42 sent) ABŞ dolları məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli binanın zirzəmisində 707.0 kv.m ümumi, 707.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 650 000 (altı yüz əlli min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra yerdə qalan məbləğin mülkiyyətçi Cavabdeh1 ödənilməsi qət edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, X3 tərəfindən İddiaçıASC-yə xx.xx.2016-cı ildə göndərilən 155.000 ABŞ dolları, yəni 234.930 manat vəsaitin Cavabdeh2 MMC-nin hesabından azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə X3 ilə "xxxx" arasında sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə ipoteka ilə yüklü edilmiş əmlaklarını azad etmək üçün, X3 öz qohumu X7 və "xxxx" MMM-in mühasibi X4 ilə banka 155.000 (bir yüz əlli Beş min) ABŞ dolları, yəni 234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsait göndərmişdir. Lakin İddiaçı ASC həmin vəsaiti "xxxx" MMM-in hesabına deyil, Cavabdeh2 MMC-nin hesabına mədaxil etmişdir. Halbuki Cavabdeh2 MMC həmin vəsaitin hesabına daxil olmasına razı deyil və "xxxx" MMM-in hesabına qaytarılmasını istəyir. Belə ki, həmin vəsait X3 tərəfindən banka "xxxx" MMM üçün, ipotekaların girovdan azad edilməsi məqsədilə göndərilmişdir. X7 və X4 pulu bankın kassasına gətirmiş və təhvil vermiş və həmin gün bank tərəfindən heç bir mədaxil qəbzi əldə etməmişlər. Bir gün sonra mühasib banka gedərkən ona, pulun Cavabdeh2 MMC-nin hesabına mədaxil edildiyi barədə qəbz verilmişdir. Mühasib buna etiraz etsə də, bank tərəfindən düzəliş edilməmişdir. Eyni zamanda "xxxx" MMM-in xx.xx.2017-də banka rəsmi müraciəti var ki, vəsait "xxxx" MMM-in xeyrinə mədaxil edilməli və X1 ipotekaları girovdan azad edilməlidir. Göründüyü kimi bank mövcud qanunvericiliyin tələblərini pozaraq 19 iyul 2016-cı il tarixdə, X7 və "xxxx" MMM-in mühasibi X4 vasitəsilə göndərilən vəsait üzrə heç bir qəbz verməmiş, bir gün sonra isə vəsaiti təyinatı üzrə deyil, yəni “X6 Mərkəzi” MMM-in kreditinə deyil, öz mülahizəsi üzrə Cavabdeh2 MMC-nin kreditinə silmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 029/İCDsaylı Kredit müqaviləsinə əsasən X10 Üzrə Korporasiyasının (İCD) vəsaitləri hesabına Bank tərəfindən kredit alana illik 16 % hesablanmaqla Cavabdeh2 MMC-yə 42ay müddətinə (6 ay güzəşt müddəti olmaqla) 500 000 (beş yüz min) ABŞ dolları kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli İpoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli Əlavə olaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli binanın zirzəmisində 707.0 kv.m ümumi, 707.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. 04 may 2017-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 029/İCD saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə Cavabdeh2 MMC-nin xx.xx.2017-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 449 569.42 (dörd yüz qırx doqquz min beş yüz altmış doqquz. 42) ABŞ dolları borcu, 316 497.42 (üç yüz on altı min dörd yüz doxsan yeddi. 42) ABŞ dolları əsas borc, faiz borcu 81 862 (səksən bir min səkkiz yüz altmış iki) ABŞ dolları, dəbbə 51 210 (əlli bir min iki yüz on) ABŞ dolları məbləği təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 394 saylı, 25 dekabr 2017-ci il tarixli Hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyər qiyməti 650 000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 427, 442, 445, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MMC-yə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, xx.xx.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsi ləğv edilməli; Cavabdeh2 MMC-dən xx.xx.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsi üzrə 316 497.42 (üç yüz on altı min dörd yüz doxsan yeddi. 42) ABŞ dolları əsas borc, faiz borcu 81 862 (səksən bir min səkkiz yüz altmış iki) ABŞ dolları, dəbbə 5000 ABŞ dolları, cəmi 403 359,42 ABŞ dolları məbləğinin tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34, 36, 59.3, 59.3.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 650 000 (altı yüz əlli min) manat dəyərində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir. Həmçinin kollegiya qeyd edir ki, Cavabdeh2 MMC-nin nümayəndəsi vəsatət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X2 və X5 cavabdeh İddiaçıASC-yə qarşı “ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil (bərpa) edilməsi” tələbinə dair mülki iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 MMC və "xxxx" MMM-in cavabdeh İddiaçıASC-yə qarşı “155.000 ABŞ dollarının (234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat) düzəliş edilərək Cavabdeh2 MMC-nin hesabından "xxxx" MMM-in hesabına mədaxil edilməsi”nə dair kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(103)-3525/2020 saylı qərardadı ilə Cavabdeh2 MMC-nin vəsatəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X2 və X5 cavabdeh İddiaçıASC-yə qarşı “ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil (bərpa) edilməsi” tələbinə dair mülki iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 MMC və "xxxx" MMM-in cavabdeh İddiaçıASC-yə qarşı “155.000 ABŞ dollarının (234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat) düzəliş edilərək Cavabdeh2 MMC-nin hesabından "xxxx" MMM-in hesabına mədaxil edilməsi” tələbinə dair iş həll edilənədək, yəni həmin işlər üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(103)-79/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 MMC və "xxxx" MMM-in cavabdeh İddiaçıASCyə qarşı “155.000 ABŞ dollarının (234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat) düzəliş edilərək Cavabdeh2 MMC-nin hesabından "xxxx" MMM-in hesabına mədaxil edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-938/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2501/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-2(102)-197/2022 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 938/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1889/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X5 cavabdeh İddiaçıASC-yə qarşı “ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil (bərpa) edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8457/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1889/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(102)-1043/2022 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8457/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(004)- 2309/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2(103)-79/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-79/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver