Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7902/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi Cavabdeh2, Tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli, qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ilə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, həmin əmlaklarla bağlı hər hansı hüquqi hərəkətlər cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-175/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, X2 birgə istifadə qaydaları müəyyən edilmişdir. Daha sonra, borclu Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1, Cəfərov Pərvin Zöhrab qızı və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlaklara istifadə hüququ tanınmaqla bərabər qaydada istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair mülki iş olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-175/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 6 saylı mənzilinə, Masallı rayonu, İşi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 birgə istifadə hüquqları tanınsın və həmin əmlaklardan bərabər şəkildə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, X2 birgə istifadə qaydaları müəyyən olunmasını qət etmişdir. Eyni zamanda iddianın təmini tədbiri olaraq mübahisə predmeti olan daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra işi Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Vəlizadənin icraatına verilmişdir. İcra sənədinin icrası ilə bağlı tələbkarlar müxtəlif vaxtlarda şöbəyə dəvət olunsalar da, şöbəyə gəlməmişlər və bu barədə heç bir məlumat verməmişlər. X1 məcburi qaydada gətirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, lakin təmin olunmamışdır. İcra sənədində göstərilmiş daşınmaz əmlaklara istifadə hüquqlarının tanınması və birgə istifadə qaydalarının müəyyən olunması üçün xx.xx.2019-cu il tarixdə akt tərtib edilmiş, lakin iş üzrə tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 heç bir səbəb göstərmədən həmin aktı imzalamaqdan imtina etmişlər. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərara əsasən, icra sənədi Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır.Lakin Suraxanı Rayon Məhkəməsinin 8(010)- 184/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə icra sənədinin geri qaytarılmasına dair qərar ləğv edilmiş və icraata təzələnmişdir. Sonrakı ərəfədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-175/2019 saylı, xx.xx.2019- cu il tarixli qərarın icrası ilə Suraxanı rayonu ərazisində yerləşən ünvanlarda icra təyini ilə bağlı tərəflərə məlumat verilmiş, icra prosesinin xx.xx.2020-ci il tarixə, saat 15:00-a təyin olunduğu bildirirmiş və bu barədə təyin barədə məktubunun tərəflərə çatdırıldığı bildirilsə də öz növbəsində borclu Cavabdeh1 əlbəəl sənəd qəbul etməyəcəyini, həmin sənədin poçt vasitəsilə göndərilməsini xahiş etmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən təyin məktubu poçt vasitəsilə borclu Cavabdeh1 və digər şəxslərə göndərilmiş və məktubun çatdırılması ilə bağlı poçt bildirişi şöbəyə geri qaytarılmışdır. Lakin müvafiq qaydada tərəflərin məlumatlı olmasına baxmayaraq, icra zamanı o, yəni Cavabdeh2 iştirak etmişdir, Cavabdeh1 isə icra prosesində iştirak etməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli qərarla icra sənədi yenidən geri qaytarılmışdır. Eyni zamanda DƏDRX-nin 1 saylı X7 rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli **********00 saylı cavabında qeyd edilmişdir ki, müvafiq mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qanuniqüvvəyə minmiş məhkəmə qərardadı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 475/2018 saylı icra vərəqəsinə əsasən qanunamüvafiq qaydada baxılacaqdır. Hesab edir ki, əmlakların üzərində həbsin qalması zərurəti qalmadığından və iddia təmin olunduğundan mübahisəli əmlakların üzərindən həbs götürülməlidir. Belə ki, əmlakın üzərində həbsin olması Konstitusiya ilə qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. Əmlaklar üzərində formal olaraq həbsin qalmasının məntiqi əsası da yoxdur. Belə ki, əmlaklar üzərinə həbsin qoyulması zərurəti ondan ibarət olmuşdur ki, məhkəmə çəkişməsi zamanı daşınmaz əmlaklar özgəninkiləşdirilməsin. İddiaçıların iddia tələbi təmin edilmişdir və daşınmaz əmlaklar üzərində həbsin qalması əsassızdır.İş materiallarından görünür ki, iş üzrə iddiaçılar İddiaçı1, Cəfərov Pərvin Zöhrab qızı və X9 məhkəməyə ərizə ilə müraciət edərək mübahisə predmeti olan əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. İddiaçıların ərizəsi təmin edilmiş və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur. Sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 175/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların iddiası təmin edilmiş, mübahisə predmetl olan əmlaklara iddiaçıların bərabər istifadə hüququ tanınmışdır. Bununla yanaşı tələbkarlar icra sənədində göstərilmiş əmlaklara istifadə hüquqlarının tanınması və birgə istifadə qaydalarının müəyyən olunması üçün xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il akt tərtib edilmiş, lakin iş üzrə tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 heç bir səbəb göstərmədən həmin aktı imzalamaqdan imtina etmişlər və bundan əlavə icra hərəkətlərinin həyata keçirilməsi üçün gəlməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli, qərardadınə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən şikayət verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, borclu ərizəsini icra məmurunun icra sənədini geri qaytarması barədə qərarda yazılanları köçürməklə belə əsaslandırır ki, (ərizədə yazılanları ixtisarla göstəririk) “icra sənədinin icrası ilə bağlı tələbkarlar şöbəyə dəvət olunsalarda gəlməmiş və gəlməmələri barədə heç bir məlumat verməmişlər. Daha sonra icra işi təyin edilmiş, lakin tələbkarlar tərtib olunmuş aktı heç bir səbəb göstərmədən imza etməkdən imtina etmişlər. Bu səbəbdən də icra sənədi məhkəməyə geri qaytarılmış, lakin Suraxanı rayon Məhkəməsi qərarı ləğv edərək icraatı təzələmişdir. Sonrakı ərəfədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-175/2019 saylı, xx.xx.2019cu il tarixli qərarının icrası ilə Suraxanı rayonu ərazisində yerləşən ünvanlarda icra təyini ilə bağlı tərəflərə məlumat verilmiş, icra prosesinin xx.xx.2020-ci il tarixə saat 15:00-a təyin olunduğu bildirilmiş və bu barədə borclu Şəfaqət Sərdarova bildirişləri əlbəəl almayacağını, bu səbəbdən də akt tərtib edilərək poçt vasitəsilə bildirişlər göndərilmiş və çatdırılma sənədi məhkəməyə geri qaytarılmışdır. Borclu qeyd edir ki, məhz tələbkarların icranı yubatması səbəbindən onun həmin əmlaklar üzərində mülkiyyət hüquqları pozulur, eyni zamanda qeyd edir ki, artıq qətnamə qüvvəyə mindiyindən həbsin saxlanılmasına heç bir zərurət qalmır. Ona görə də borclu məhkəmədən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi hazırkı qərardadı ilə borclunun ərizəsində əsalandığı əsassız arqumentləri təsdiqləməklə qanunsuz olaraq əmlakların üzərindən həbsin götürülməsi qənaətinə gəlmişdir. İcra məmuru geri qaytarılma qərarını dərhal borclu Cavabdeh2 təqdim etmiş, lakin tələbkarlara həmin qərarın göndərilməsi barədə məktubu xx xxxxxx 2020- ci il tarixdə tərtib edib rabitə poçtuna isə xx.xx.2020-ci il tarixdə təqdim etmiş, poçtdan isə onlara xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. İşdə icra məmurunun bilavasitə qərəzli olmasını təsdiq edən hallardan biri də elə bu faktın özüdür. Digər tərəfdən məhkəmə borclunun ərizəsinə baxmaq üçün xx.xx.2020-ci il tarixə, sat 09:10-a təyin olunan məhkəmə iclası barədə bildiriş vərəqəsi; onlara poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə, yəni məhkəmə iclası bitdikdən sonra təqdim olunmuşdur. Bu səbəbdən də məhkəmə iclasından xəbərsiz olmuşlar və onların iştirakları olmadan işə baxılaraq qərardad çıxarılmışdır. Məhkəmə borcluya haqq verərək ərizədə göstərilən əsassız xüsusatlara dayanaraq nəticə etibarı ilə qərardadı onunla əsaslandırır ki, - bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR MPM-nin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi ücün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaxır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilik iddianı təmin etmə tədbirinin qüvvəsini məhkəmə aktının icrası ilə əlaqələndirmişdir. Əlavə olaraq məhkəmə göstərir ki, lakin hazırkı işdə vəziyyət bir qədər fərqlidir. Belə ki, qətnamənin icrasına mane olan , bununlada qətnamənin icrasını yubadan borclu deyil, tələbkarlardır. Belə olan halda məlikəmə hesab edir ki, borclunun mülkiyyəthüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran və iki ildən uzun müddətdir ki, qüvvədə olan iddianı təmen etmə tədbirinin qüvvəsini tələbkarların təqsirinə görə bir ildən çoxdur ki, icra edilə bilməyən məhkəmə aktının icrasından asılı etmək, bu səbəbdən müvafiq əmlakların üzərinə qoyulmuş həbsi götürməmək ədalətli hesab edilə və iddianı təmin etmə tədbiri institutunun məqsədinə xidmət edə bilməz. Həmçinin məhkəmə Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad edərək qeyd edir ki, mübahisələndirilən qərardad Konstitusiya Məhkəməsinin qərarında göstərilən meyarlara cavab vermir, artıq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşımır. Əksinə, əsassız yerə borclunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İlk öncə məhkəmənin təkrar təkrar borclu Cavabdeh2 mülkiyyət hüquqlarının pozulmasına istinad etməsinə münasibət bildirərək qeyd edirlər ki, mübahisələndirilən qərardadla üzərinə həbs qoyulmuş əmlakların hər birinin hazırda xüsusi mülkiyyətçisi hələ ki, digər borclu Şəfaqət Sərdarovadır. Borclu Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından onun bu qərardadda mülkiyyətçi kimi təqdim etməyi və məhkəmənin onun mülkiyyət hüquqlarının pozulmasına istinad etməsi qanuni deyil. Mülki Qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət reyestrində hüquqi qeydiyyata alındıqdan sonra yaranır. Bu qanunvericiliyin birmənalı tələbidir. Belə olan halda indiki mərhələdə borclunun mülkiyyət hüququndan və bu hüququn pozulmasından söhbət gedə bilməz. Məhkəmənin bu hissədə qənaətini qanunauyğun hesab etmirlər. Digər tərəfdən məhkəmənin hazırkı qərardadı ilə həbsin əmlakların üzərindən götürülməsi qənaəti bilavasitə tələbkar olaraq qüvvədə olan məhkəmə aktının onların təqsiri üzündən icra edilməməsi ilə əlaqələndirilərək əsaslandırılmışdır. Bu hissədə də məhkəmənin qənaətini düzgün hesab etmirlər. Belə ki, bir ildən artıq müddətdir ki, icra məmuru icra sənədində məcburi icra olunmalı tələbləri ardıcıllığı ilə İcra haqqında Qanunun tələblərinə uyğun icra etməkdən açıq-aşkar imtina etmişdir. Baxmayaraq ki, dəfələrlə vəkilləri icra şöbəsində olmuş və qərarın icra olunmasını tələb etmişdir. Bundan başqa, icra məmurunun hərəkət və hərəkətsizliyindən Ədliyyə Nazirliyinə, İcra qurumunun rəhbərinə və icra məmurunun özünə etiraz tipli müraciətləri də olmuş, lakin həmin müraciətləri ilə bağlı icra məmuru icra sənədinin geri qaytarılması barədə qərarlarında bir kəlmə də olsa göstərməmiş, borclu ərizəçi də icra məmurunun qanunsuz hərəkətlərini gizlətməyə çalışmışdır. Borclu məhkəməyə sübut olaraq icra məmurunun geri qaytarma qərarını təqdim etmiş və məhkəmə həmin qərarda yazılanları əsas götürmüşdür. Həmin qərarda əks olunan icra məmurunun mövqeyi ilə bağlı bildiririk ki, icra məmuru və onunla birlikdə digər şəxslər xx.xx.2020-ci il tarixdə heç kimə rəsmi bildiriş göndərmədən, məlumatları olmadan borclu İsa Allahverdiyevlə birlikdə Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “D” Y/S, ev 28, mənzil 6 ünvanına gəlmiş, onların xəbərsiz gəlmələrinə tərəflərindən etiraz edilmiş, həmin gün vəkillərilə icra məmuru evdən telefonla danışmış, vəkil məlumatsız gəlmələrinə etiraz etmiş, icra sənədinin ardıcıllığı ilə tam icra olunmasını tələb edərək, rəsmi icra prosesini təyin etməklə bildiriş göndərilməsini bildirmişdir, Bundan sonra icra məmurları evi tərk etmiş, bir neçə gündən sonra Nicat Vəlizadə telefonla onlarla deyil, borclu Şəfaqət Sərdarova ilə əlaqə saxlayaraq bildirişləri əlbəəl evə göndərəcəklərini demiş, borclu Şəfaqət Sərdarova bildirişləri rəsmi təqdim etmələrini xahiş etmişdir. Borclu onlara bu bildirişlər barədə məlumat verdikdə, onlar dərhal vəkilin icra şöbəsinə gedib icra sənədinin tam şəkildə icra olunmasını tələb etməsini xahiş etmişdir. Vəkil icra şöbəsinə getmiş, rəsmi olaraq icra sənədinin Qanunun tələblərinə uyğun icra olunmasını xahiş etmiş və eyni zamanda icra şöbəsinə rəsmi ərizə təqdim etmişdir. Həmin ərizədə icra sənədinin icra olunması qaydaları Qanuna uyğun şəkildə sadalanmışdır. Həmin ərizədəgöstərilmişdir ki, əgər icra sənədi icra prosessi təyin olunan günədək qanunauyğun şəkildə ardıcıllığı ilə tam icra olunmazsa o halda icra məmuruna etiraz edirlər. Lakin işdən də göründüyü kimi icra məmuru rəsmi ərizədə göstərilən tələbləri nəzərə almadan, yenə əvvəlki qaydada borclu Cavabdeh2la birlikdə eyni prosessual hərəkətləri yerinə yetirmək üçün sözügedən ünvanda yerləşən 6 saylı mənzilə gəlmiş, həmin gün digər borclu Şəfaqət İsmayılova müəyyən səbəblərdən evdə olmamış, tələbkar olaraq onlara məlumat verildikdə isə, icra məmurunun rəsmi ərizələrinə əhəmiyyət verməməsi, müraciətlərin kağız üzərində saxlanaraq nəzərə alınmaması və hazırkı işdə qərəzli olması səbəbindən, ona rəsmi etiraz etdiklərindən icra prosessində iştirak etməkdən imtina etmişlər. Buna səbəb xx.xx.2019-cu ildən bu günə qədər, yəni düz 17 ay müddətində icra məmurunun tələbkar olaraq onların hüquqlarımızı pozaraq müraciətlərini nəzərə almaması, qanunla deyil, istədiyi kimi hərəkət etməsi, hər dəfə borclu Cavabdeh2la birgə icra yerinə gəlməsi, yalnız icra sənədinin “istifadə qaydalarının müəyyən edilməsi” hissəsini icra etməkdə maraqlı olması olmuşdur. İcra məmuru Masallıda yerləşən fərdi yaşayış evinə aid hissədə bu bir il yarım müddətində icra sənədini özündə saxlayaraq həmin hissədə nə icra sənədini aidiyyatı üzrə özü Masallıya göndərməmiş, nə də məhkəməyə həmin hissədə geri qaytarmaqla icrasının Suraxanı rayon İcra və probasiya şöbəsinə aid olmadığını bildirməmişdir. Digər tərəfdən, icra məmuru qanuni qüvvəsini almış, məcburi icra olunmalı olan icra sənədinin ilk olan əsas hissəsi-tələbkar olaraq onların istifadə hüquqlarınən tanınmasını ümumiyyətlə icra etməkdən imtina etmişdir və bu hərəkətini icra məmuru bu müddət ərzində açıq-aşkar bu günə qədər davam etdirmişdir. Halbu ki, işdən də görünür ki, icra məmuru məcburi ardıcıllığı ilə tam şəkildə icra olunmalı olan məhkəmə aktını icra etmədən əsassız arqumentlərlə məhkəməyə geri qaytarmışdır. Hesab edir ki, icra məmurunun qanuni qüvvəsini almış icra sənədini icra etmək niyyətində olmaması, bu günə qədər hərəkətsizlik nümayiş etdirməsi tələbkar olaraq onların qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, icra məmurunun icraatına verilmiş icra sənədi iki hissədən ibarətdir. Birinci hissə, sözügedən əmlaklara onların istifadə hüquqlarının tanınmasıdır ki, icra məmuru bu hissədə bu günə qədər hər hansı bir icra hərəkətlərini həyata keçirməyib. Halbu ki, bu hissədə icra sənədi icra olunması üçün bilavasitə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə hüquqi qeydiyyata alınması üçün göndərilməlidir. AR.Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Bu normanın təsdiqi eyni zamanda Mənzil Məcəlləsinin 16-cı maddəsində də təsbit olunur. Həmin maddi normaya görə, yaşayış sahələri üzərində mülkiyyət və djgär əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik faktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi Qanunverici, mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının da dövlət qeydiyyatına alınmasını məcburi hesab etmiş və istifadə hüququnun dövlət qeydiyyatına alınmasını da mülkiyyət hüququnun katiqoriyasına daxil etmişdir. Qanunverici eyni zamanda sahiblik və istifadə hüquqlarını da mülkiyyət hüququnun mühüm elementləri kimi təsbit edir. Belə olan halda icra sənədinin ilk tələb hissəsi olan “birgə istifadə hüquqlarının tanınması ” birmənalı şəkildə icra olunması üçün DƏDRX-nə göndərilməli və icra edilməlidir. Daha sonra ilkin tələblə yanaşı icra sənədində göstərilən “birgə istifadə qaydalarının müəyyən edilməsi” hissəsi icra olunmalıdır və bu hissədə icra məmuru tərəfləri lazimi qaydada xəbərdar etməklə icra yerində hər bir əmlakabaxış keçirməklə yerində icra sənədini elan edib birgə istifadə qaydalarının müəyyən edilməsi barədə tərəflərin iştirakı ilə akt tərtib etməli və təsdiq olunmuş aktın bir surətini tərəflərə təqdim etməlidir. Lakin icra məmuru tərtib etdiyi aktların surətlərini belə tələbkarlara nə rəsmi, nə də qeyri rəsmi bu günə qədər təqdim etməmişdir. Digər tərəfdən icra məmuru icra sənədinin ilkin tələb hissəsini icra etməkdən əsassız olaraq imtina edir. İşdən də göründüyü kimi icra məmuru bir tələbkar olaraq bu günə qədər onları heçə saymış, hüquqlarını pozmaqla, yalnız səlahiyyət imkanlarından istifadə edərək məhkəmə qərarını öz istəyinə uyğun icra etmək istəmiş, onların heç bir rəsmi müraciətlərinə rəsmi cavab verməmişdir. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, icra məmurunun əsaslanmaq istədiyi arqumentlər həqiqətə uyğun deyil. Onlar tələbkar olaraq dövlətin adından çıxarılan, icrası məcburi olan məhkəmə aktının icra məmurunun şəxsi istəyinə uyğun deyil, qanuna uyğun şəkildə icra olunmasını tələb edirlər. Hər üç əmlak üzərində onların birgə istifadə hüquqlarının tanınmasının rəsmi qeydə alınması təmin edilməli və digər hissədə də birgə istifadə qaydalarının müəyyən edilməsi yerində hər üç əmlak üzərində icra edilməlidir. Yalnız bu halda məhkəmə qərarının qanuni icra olunmasından söhbət gedə bilər. Məhkəmə haqlı olaraq AR.MPM-nin 162.2-ci maddəsini işə tətbiq etsə də, nəticə etibarı ilə mahiyyətə uyğun olmayan şəkildə heç bir sübuta söykənməyən formal arqumentlərlə təqsiri tələbkarların üzərinə qoymaqla qanunsuz olaraq məhkəmə aktı icra olunmadığı halda əmlakların üzərindən həbsi götürmək qərarına gəlmişdir. Halbu ki, AR. MPM-nin 162.4-cü maddəsinə əsasən, iddia təmin/edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıda göstərilən hallardan və iş materiallarından da görünür ki, tələbkarlar olaraq bu bir ildən artıq müddət ərzində rəsmi müraciətlərinə icra məmurundan qanuni qüvvədə olan məhkəmə aktım tam şəkildə icra etməyi tələb etmişik. Bu illər ərzində icra məmuru Qanunun tələblərini kobud şəkildə pozaraq məhkəmə aktının yalnız istifadə qaydalarının müəyyən edilməsi hissəsinə çalışmışdır. Açıq şəkildə qeyd edirlər ki, yalnız birgə istifadə qaydalarının müəyyən edilməsi hissəsinin icrasının təmin edilməsi, məhkəmə aktının onların istifadə hüquqlarının tanınması hissəsinin isə təmin edilməməsi borclu Cavabdeh2 istəyidir və bu günə qədər yalnız onun istəkləri icra şöbəsində həyata keçirilmişdir. Bütün bu sadalananlar yuxarıda göstərilən faktlarla da təsdiq olunur. Hesab edirlər ki, Bakı şəhəri Suraxani rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 175/2019 saylı qətnaməsi tam şəkildə icra olunduqdan soma həbsin götürülməsi qanuni hesab olunur. Hazırkı vəziyyətdə isə icra məmuru tərəfindən əsassız arqumentlərlə icra sənədinin icra edilməmiş geri qaytarılması artıq sübut edir ki, icra sənədi icra edilməmişdir. Bu halda borclunun deyil, tələbkar olaraq onların qanunla qorunan hüquqları pozulmuşdur. Onlar heç bir halda icra sənədinin icrasına mane olmamışlar, əksinə qüvvədə olan qətnamənin tam şəkildə icra olunmasını tələb etmişlər və bu gün də tələb edirlər. Onların bu tələblərini təsdiq edən müraciətləri ərizəçi və icra məmurunun haqlı olmadığını tam sübut edir. Qeyd edirlər ki, bu günə qədər qüvvədə olan məhkəmə aktının icrasına səbəbsiz ərizə və şikayətlərlə, eyni zamanda müxtəlif qanunsuz hərəkətləri ilə borclu Cavabdeh2 maneçilik törətmiş və bu gün də qətnamənin tam icra olunmasına imkan vermir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X6 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi isə şikayətə etiraz edərək ərizəsinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçıların şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında iddiaçıların məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onların iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.2-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verdikdə və tərəflər məhkəmə iclasına gəlmədikdə, iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəyə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə aydın olur ki, məhkəmə iclasın xx.xx.2020-ci il tarixə təyin olunmuş, bununla belə məktubların göndərilməsi barədə reystr isə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi 2 gün ərzində bildirişin poçt vasitəsilə tərəflərə çatdırılması mümkün deyildir və buna görə də kollegiya hesab edir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışlar. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə işdə iştirak edən şəxsləri lazımi qaydada məlumatlandırmadan ərizəyə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan prosessual hüquq norması pozuntusunu və aşağıda göstərilənləri nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, Cavabdeh2 ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-175/2019 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qətnamənin icrası məqsədilə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən müvafiq icra prosedurunun həyata keçirilməsi xx.xx.2020-ci il tarixə, saat 15:00-a təyin edilmiş, borclulara və tələbkarlara icra prosesinin vaxtı barədə məlumat verilmiş, bu barədə poçt xəbərnamələrinin surətləri iş materilallarına əlavə edilmiş, müvafiq akt tərtib edilmişdir. İş materiallarında həmçinin görünür ki, icra prosesinin vaxtı barədə bildirişin borclu və tələbkarların ünvanına çatması barədə poçt xəbərnaməsinin surətləri və Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş, məlumat verilməsinə baxmayaraq, tələbkarların icra prosesində iştirak etməməsini göstərən müvafiq aktın surəti iş materiallarında mövcuddur. Hazırda ərizəçi tələbkarların qətnamənin icrasından qəsdən yayındığını, bu səbəbdən qətnamənin icra edilə bilmədiyini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar üzərində həbsin qalmaqda davam etdiyini, bu halın onun mülkiyyət hüquqlarını pozduğunu bildirdirmişdir. Kollegiya qeyd edir ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmək, icra məmurunun çağırışlarına əsasən icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlmək təkcə icra sənədi üzrə borclunun deyil, icra prosesinin bütün iştirakçılarının, eləcə də tələbkarların borcudur. Təsadüfi deyil ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsində də icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuş, hətta Qanunun 84.4-cü maddəsində qeyd edilmişdir ki, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göründüyü kimi icra məmurunun qanuni tələblərini yerinə yetirmək, məhkəmə qətnaməsinin icrası ilə bağlı onun təyin etdiyi vaxtda icra hərəkətlərinin aparılacağı yerə getmək həm icra sənədi üzrə borcluların, həm də tələbkarların vəzifəsidir. Əks davranış icra sənədinin icrasından qəsdən yayınmaq kimi qiymətləndirilməlidir ki, bunun nəticəsinə görə məsuliyyəti də şəxs özü daşımalıdır. Yəni hazırkı iş üzrə tələbkarlar əgər icra sənədinin icrasından qəsdən yayınırlarsa və bu səbəbdən qətnamənin icrası uzanırsa buna görə məsuliyyəti tələbkarlar özləri daşımalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddianı təmin etmə tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ilə tətbiq edilmişdir və həmin qərardadın qəbulundan iki ildən çox vaxt keçmişdir. Həmçinin, müvafiq mülki işə baxılaraq yekunlaşmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-175/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi qanunvericilik iddianı təmin etmə tədbirinin qüvvəsini məhkəmə aktının icrası ilə əlaqələndirmişdir. Hazırki işdə, qətnamənin icrasına mane olan, bununla da qətnamənin icrasını yubadan borclu deyil, tələbkarlardır. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borclunun əmlak üzərində mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran və iki ildən uzun müddətdir ki, qüvvədə olan iddianın təmin etmə tədbirinin qüvvəsini tələbkarların təqsirinə görə bir ildən çoxdur ki, icra edilə bilməyən məhkəmə aktının icrasından asılı etmək, bu səbəbdən müvafiq əmlaklar üzərinə qoyulmuş həbsi götürməmək ədalətli hesab edilə və iddianı təmin etmə tədbiri institutunun məqsədinə xidmət edə bilməz. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ilə tətbiq edilən və iki ildən uzun müddətdir qüvvədə olan iddianı təmin etmə tədbiri artıq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşımır. Əksinə, əsassız yerə borclunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4585/2018 saylı qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş üzrə yeni qərardad qəbul edilsin. Ərizəçi Cavabdeh2 ərizəsi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 6 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28 ünvanında yerləşən 49 saylı mənzilin, Masallı rayonu, İsi kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 82.99 m2 yaşayış, 45.68 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7902/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7902/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver