Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7917/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, X7, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(010)-2993/2021-006 nömrəli qərardadından X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 19 dekabr tarixli kredit müqaviləsi üzrə banka 44.521,01 ABŞ dolları əsas, 10.925,68 ABŞ dolları faiz və 2.726,42 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 58.173,11 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, tutmanın X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki, 2 otaqlı, 50.14 kv.m ümumi, 30.14 kv.m yaşayış sahəsindən ibarət 59 saylı evin 205 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X1, X4 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki, 2 otaqlı, 50.14 kv.m ümumi, 30.14 kv.m yaşayış sahəsindən ibarət 59 saylı evin 205 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1, X4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması zamanı cavabdeh X7 mülki işin aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməsi barədə vəsatəti vermişdir. Həmin vəsatət onunla əsaslandırılmışdır ki, o, (X7) Xətai rayonu ərazisində yaşadığına görə Suraxanı rayon məhkəməsinə gedib-gəlməyə çətinlik çəkir. Bu baxımdan işin Xətai rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdeh X4 mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Cavabdeh X7 həmin məhkəmə qərardadindan şikayət verib adı çəkilən məhkəmə qərardadinin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, həmin qərardaddan cavabdeh X4 verdiyi şikayət də, təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi şikayətin əsassız olduğunu bildirməklə, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaşının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, iş üzrə cavabdehlərdən biri - Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə bir neçə cavabdeh olduğundan iddiaçı öz seçimi ilə cavabdehlərdən birinin, əsas borclunun qeydiyyatda olduğu ünvan üzrə iddia ərizəsi vermişdir. Bu hal isə iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsinə dəlalət etmir. Beləliklə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin işin baxılması üçün Xətai Rayon məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2993/2021-006 saylı, 16.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7917/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7917/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver