Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7919/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı, xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı, xx.xx.2015ci il tarixli, 0328/15/PB-3 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49.992,50 (qırx doqquz min doqquz yüz doxsan iki manat, əlli qəpik) manat əsas borc, 29.814,04 (iyirmi doqquz min səkkiz yüz on dörd manat, dörd qəpik) manat faiz borcu, cəmi 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat; xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı kredit müqaviləsi üzrə 85.041,04 (səksən beş min qırx bir ABŞ dolları, dörd sent) ABŞ dolları əsas borc, 38.390,93 (otuz səkkiz min üç yüz doxsan ABŞ dolları, doxsan üç sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 128.431,97 (bir yüz iyirmi səkkiz min dörd yüz otuz bir ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı kredit müqaviləsi üzrə 1.004.772,32 (bir milyon dörd min yeddi yüz yetmiş iki ABŞ dolları, otuz iki sent) ABŞ dolları əsas borc, 487.624,91 (dörd yüz səksən yeddi min altı yüz iyirmi dörd ABŞ dolları, doxsan bir sent) ABŞ dolları faiz borcu. 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 1.502.397,23 (bir milyon beş yüz iki min üç yüz doxsan yeddi ABŞ dolları, iyirmi üç sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24.920,37 (iyirmi dörd min doqquz yüz iyirmi ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları əsas borc, 11.250,31 (on bir min iki yüz əlli ABŞ dolları, otuz bir sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 36.670,68 (otuz altı min altı yüz yetmiş ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45.143,72 (qırx beş min bir yüz qırx üç ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları əsas borc, 20.379,98 (iyirmi min üç yüz yetmiş doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu, cəmi 66.523,7 (altmış altı min beş yüz iyirmi üç ABŞ dolları, yetmiş sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9.363,09 (doqquz min üç yüz altmış üç ABŞ dolları, doqquz sent) ABŞ dolları əsas borc, 4.227,04 (dörd min iki yüz iyirmi yeddi ABŞ dolları, dörd sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 14.090,13 (on dörd min doxsan ABŞ dolları, on üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat və 1.748.113,71 (bir milyon yeddi yüz qırx səkkiz min bir yüz on üç ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri-Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş min) manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 650.000 (altı yüz əlli min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296.000 (iki yüz doxsan altı min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin 1.316.000 (bir milyon üç yüz on altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(006)-7853/2017 saylı qətnaməsinin qismən, yəni “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində ləğv edilməsi və iş üzrə iddia tələblərinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə əlavə verərək, ona məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin yoxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 7919/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya – “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188.2 kv.m ümumi, 106.9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində qeyri-mümkün hesab edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətiapellyatora məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mümkün hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 7919/2020 saylı qərardadından hər iki tərəf kassasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-7919/2020 saylı qərardadından İddiaçı BOKT ASC və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verildiyi üçün, hazırki mülki iş qərardaddan verilmiş kassasiya şikayətlərinə baxılması üçün apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-7919/2020 saylı qərardadından İddiaçı BOKT ASC və Cavabdeh2 tərəfindən kassasiya şikayətləri verildiyi üçün, hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və kassasiya şikayətlərinə baxılmasıüçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7919/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7919/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver