Məhkəmə qərarları › İş №2(103)-7929/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7929/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7929/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiya” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1285/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə 10-Q1-1-0- 1286-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanaraq ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qızıllarını girov qoyaraq “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə 10-Q1-1-0-1286-15 saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi bağlayaraq bankdan 27.5 % olmaqla, 36 ay müddətinə 2170 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan sonra, o, hər ay ödəniş cədvəlinə uyğun olaraq kreditin məbləğini xx.xx.2018-ci il tarixə kimi tam ödəyib qurtarmışdır və onun Banka heç bir borcu qalmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çıxdıqdan sonra o, “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixdə müraciət edərək həmin Fərmana görə kompensasiya məbləğinin və ya restrukturizasiya, yəni əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi ilə bağlı ona kompensasiya hesablanıb ödənilməsini xahiş etmişdir. X10 X6 Komissiyası tərəfindən ona cavab olaraq bildirilmişdir ki, onun bankda dollar krediti olub, lakin sistemdə əks olunmayıb və xx.xx.2019-cu il tarixli, #31555 saylı qərarı ilə ona məlumat verilərək bildirilmişdir ki, “kredit tarixçəniz barədə kredit təşkilatlan tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Buna görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, onun kreditlərinin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olması məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək müəyyən edilsin və ona Fərmana uyğun olaraq hesablanmış kompensasiya pulu “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsin. Yuxarıda göstərilənlərə əsasən onun cavabdeh “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 10-Q1-1-0-1286-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanaraq ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın “xxxxxxxxx” ASC-yə münasibətdə təmin edilərək, Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10-Q1-1-0-1286-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi barədə məlumatın "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə verilməsi vəzifəsi “xxxxxxxxx” ASC-yə həvalə edilməsi, iddianın Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli 10-Q1 -1-0-1286-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İKB ASC-dən illik 27.5 faizlə 36 ay müddətinə 2170 ABŞ dolları kredit götürmüşdür. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə olmaqla, banka olan borc məbləği İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli lO-Ql-l-O-1286-15 saylı kredit müqaviləsi üzrə banka borcunu xx.xx.2017-ci il tarixdə tam olaraq ödədiyindən Banka ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi qüvvədən düşmüş və kredit müqaviləsi üzrə münasibətlərədə xitam verilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi D.Əliyeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “xxxxxxxxx” ASCtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 10-Q1-1-0-1286-15 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” İKB ASC İddiaçı 36 ay müddətinə illik (nominal) 27,5 faiz dərəcəsi ilə 2170 ABŞ dolları məbləğində kredit verməyi, borc alan İddiaçı isə borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, İddiaçı hər hansı öhdəliyi haqqında məlumat mövcud deyildir. xx.xx.2015-ci il tarixli, 2473 nömrəli qiymətli metallar və onlardan düzəldilmiş məmulatların Bankagirov kimi təhvil-təslimi və qiymətləndirilməsi aktından görünür ki, 2527 manat dəyərində qızıl-zinət əşyaları girov qismində banka təhvil verilmişdir. İddiaçı tərəfindən “xxxxxxxxxxx” İKB ASC-yə ünvanlanmış müraciətdən görünür ki, İddiaçı qeyd olunan bankda dollar krediti olmuş, lakin sistemdə əks olunmamışdır. Ona hesablanmış kompensasiya haqqında olan informasiyanın sistemə yerləşdirilməsini bu haqda ona və əlaqədar banka zəruri məlumat vermələrini xahiş etmişdir. X7 X2 xx.xx.2019-cu il tarixli, 31555 nömrəli qərarında qeyd olunur ki, “Sizin müraciətinizə X8 X3 baxılmışdır. Cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X7 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi mətumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Xahiş edirik nəzərə alasınız.” Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Kollegiya işin hallarına, iddia tələbinə, apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən edir ki, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, 10-Q1-1-0- 1286-15 saylı kredit müqaviləsi əsasında ona 36 ay müddətinə illik (nominal) 27,5 faiz dərəcəsi ilə 2170 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. İddiaçı “xxxxxxxxx” ASCyə olan borcunu tam olaraq ödəmişdir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin iş materiallarında olan X7 X2 xx.xx.2019-cu il tarixli, 31555 nömrəli qərarından (i.v. 17) göründüyü kimi İddiaçı kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyindən sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmış, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda İddiaçı “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 10-Q1-1-0- 1286-15 saylı, xx.xx.2015-ci il kredit müqaviləsi barədə məlumatın "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə verilməsi vəzifəsinin “xxxxxxxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin hallarından müəyyən olunur ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər və tərəflərin arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Cavabdeh tərəf kredit müqaviləsinin mövcudluğuna baxmayaraq müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar, fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bank iddiaçı ilə kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərində olduğu barədə müvafiq təşkilata məlumat verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Beləliklə kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "xxxxxxxxx” ASC "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə mövcud olmuş müqavilə öhdəlikləri barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Kollegiya yuxarıda qeyd edilən normativ-hüquqi aktlara əsasən qeyd edir ki, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə “xxxxxxxxx” ASC olduğundan, Azərbaycan Respublikası Mərkəzi Bankının isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxxx” ASC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar