Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7938/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-522/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” QSC cavabdehlərdən müştərək qaydada iddiaçı "İddiaçı” QSC-nin xeyrinə 02R000030987 saylı kredit razılaşması üzrə 7488,99 ABŞ dolları məbləğində kredit borcu, 6681,37 ABŞ dolları məbləğində faiz borcu və 5231,14 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19401 ABŞ dolları 50 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı "İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 02L000000477 nömrəli "Kredit xətti” müqaviləsi, xx.xx.2011-ci il "X4 dəyişiklik və əlavələr edilməsi haqqında” 477 nömrəli Saziş, bağlanmış xx.xx.2014-cü il tarixli 02R000030987 nömrəli, "xx.xx.2007-ci il tarixli 02L000000477 nömrəli Kredit Xətti müqaviləsi üzrə” Kredit Razılaşması, xx.xx.2015-ci il tarixli "Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 02R000030987S nömrəli Saziş, xx.xx.2015-ci il tarixli "Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 02R000030987SA nömrəli Saziş, xx.xx.2015-ci il tarixli "Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 02R000030987SB nömrəli Saziş, xx.xx.2016-cı il tarixli "Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 02R000030987SC nömrəli Saziş, xx.xx.2017-ci il tarixli "X4 dəyişiklik və əlavələr edilməsi haqqında” 02L000000477S nömrəli Saziş, xx.xx.2009-cu il tarixdə bağlanmış 02S000009307 nömrəli Zaminlik Müqaviləsi, xx.xx.2011-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 9307 nömrəli Saziş, 02S000014772S nömrəli və İddiaçı QSC ilə cavabdeh X2 arasında bağlanmış 02S000009307S nömrəli xx.xx.2017-ci il tarixli “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Saziş, İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayış, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xəbərdarlıq sübut qismində tədqiq edilmişdir (səh.6-16, 19-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3289 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 iddiaçı ‘İddiaçı” QSC-yə olan borcu: iddia tələbinin tarixinə yəni xx xxxxxxx 2019-cu il tarixə cəmi borc 13.704,92 ABŞ dolları: əsas borc üzrə 7536,58 ABŞ dolları; faiz borcu üzrə 6168,34 ABŞ dolları müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (iş.səh.76). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-522/2020 saylı işi üzrə xx xxxx 2020-ci il il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ödəniş gününə qüvvədə olan məzənnə ilə 7488,99 ABŞ dolları məbləğində əsas borc, 6168,34 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14657,33 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "İddiaçı” QSC-yə ödənilməsi və məhkəmə xərcləri dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək,Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, borc məbləğinin 3600 ABŞ dolları hissəsində, cərimənin 1000 ABŞ dolları hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, faiz məbləğinin və cərimənin çox hesablandığını, xəstə olduğundan borcu ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 63, 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-477, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin sübut əsasları olmayan dəlilləri əsassız olduğundan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən (ekspert rəyi ilə borcun düzgün hesablanmadığına dair) və ya ona dəlalət edən əsaslı sübutlar təqdim edilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-522/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7938/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7938/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver