Məhkəmə qərarları › İş №2(103)-7954/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7954/2022

24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7954/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)-1389/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda 2020-ci ilin sentyabrında inşa etdikləri tikinti nəticəsində iddiaçıya vurduqları 4921 manat maddi, 5000 manat mənəvi, cəmi 9921 manat məbləğində zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)- 1389/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus əmlaka dəymiş maddi zərərin əvəzi olaraq 3740 manat dəymiş ziyan və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 11,30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. İş materiallarından görünür ki, iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)-1389/2022 saylı qətnaməsi Cavabdeh1 göndərilmiş və onun qeydiyyat ünvanı üzrə qətnamə 29 aprel 2022-ci il tarixdə qəbul edilmişdir (i.v. 112). Eləcə də iş materiallarından görünür ki, Cavabdeh1 sonradan məhkəməyə müraciət edərək, qətnaməni almadığını bildirmiş və 04 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnamə əldə edərək, apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlamadan apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)-1389/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)- 1389/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar