Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7966/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Səbail RM-nin 05.04.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilsin, yəni müddət bərpa olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qətnamədən şikayət verilməsi müddəti 1 aydır, bu müddətin axımı qətnamənin surətinin cavabadehə verildiyi tarixdən başlayır. İş materiallarında qətnamənin surətinin Cavabdeh2 verilməsi barədə sənəd yoxdur. Xəbərnamə (iş v. 94, arxa üz) olsa da xəbərnamənin aid olduğu ünvan polis orqanının inzibati binasıdır. Belə ki Cavabdeh2 Səbail RPİ-nin inzibati binasında qeydiyyatda olduğunu görə qətnamə poçt vasitəsilə Pİnə göndərilib. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Səbail RM müddətin bərpası barədə ərizəni təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7966/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7966/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver