Məhkəmə qərarları › İş №2(103)-7974/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7974/2020

28.10.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7974/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-5617/2020 saylı qərardadından İddiaçı Rəşad oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X1rşı pensiyasının yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsi və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-5617/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5617/2020 saylı qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Rəşad oğlu şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 iddiaçının şikayətindən imtina etməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, İddiaçı Rəşad oğlunun şikayətindən imtinası qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, İddiaçı Rəşad oğlunun şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Rəşad oğlunun Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-5617/2020 saylı qərardadından verdiyi şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar