Məhkəmə qərarları › İş №2(103)-7977/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7977/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7977/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun, İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 40/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli. 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 206285,79ABŞ dolları əsas borc, 13 368.83 ABŞ dolları faiz borcu, cəmi 219.654.62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın və iddiaçı tərəfindən ipoteka predrnetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manatın Cavabdeh1 alınaraq, iddiaçı «xxxxxxx» KB ASC-nə ödənilməsi; tələbin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən 219.654,62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın və iddiaçı tərəfindən ipoteka predrnetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manatın «xxxxxxx» KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi; ipoteka predmeti olan qeyd olunan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, X5, X7, Datikaşvili (İfraimova) Anna Cumberovna və X3 Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 65"a" saylı evin 13/14 saylı mənzilindən çıxarılmaları; Məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın Cavabdeh1 alınaraq, "X10“ MMC-nə ödənilməsi; iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən X5 və Cavabdeh1 apellyasiya şikayəti vermiş və işə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən Datikaşvili (İfraimova) Anna Cumberovna tərəfindən apellyasiya verildiyi üçün işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni Datikaşvili (İfraimova) Anna Cumberovnatərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X1 və Cavabdeh1 verdiyi apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və Datikaşvili (İfraimova) Anna Cumberovnatərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən X5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Datikaşvili (İfraimova) Anna Cumberovna tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar