Məhkəmə qərarları › İş №2(103)-80/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-80/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-80/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı «X11 Azərbaycan» QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2725/2018 saylı mülki iş üzrə qəbul etdiyi 23 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı «X11 Azərbaycan» QSC, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 və üçüncü şəxs İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7658/2017 saylı mülki iş üzrə qəbul etdiyi 18 dekabr 2017-cı il tarixli qətnaməsindən İddiaçı2, cavabdehlər Cavabdeh3 və “X11 Azərbaycan” QSC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: (Birinci mülki iş) İddiaçı «X11 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh1" MMC-dən, Cavabdeh3 və Cavabdeh4 müştərək (birgə) qaydada ******* manat əsas kredit borcunun, 450177,31 manat əsas məbləğə hesablanmış faiz borcunun, 199821,56 manat hər gecikdirilmiş günə görə cərimə borcunun: cəmi: 2479530,87 manat məbləğində borcun və 90 manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan, 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721.06 kv.m, 2 mərtəbədən ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus olan, 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev pr-ti,68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) məxsus olan ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh2 MMC-yə məxsus olan əmlakın ******* manat (bir milyon üç yüz iyirmi min manat), Cavabdeh3 məxsus olan əmlakın ******* manat və Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) məxsus olan əmlakın 520000 manat (beş yüz iyirmi min manat) olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə qeyri-yaşayış sahələrinin 1 (bir) ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(001)- 2725/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "Cavabdeh1" MMC-dən, Cavabdeh3 və Cavabdeh4 müştərək (birgə) qaydada ******* manat (bir milyon səkkiz yüz iyirmi doqquz min beş yüz otuz iki manat) əsas kredit borcunun, 219880,83 manat (iki yüz on doqquz min səkkiz yüz səksən manat səksən üç qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 4312,50 manat (dörd min üç yüz on iki manat əlli qəpik ) hər gecikdirilmiş günə görə cərimə borcunun: cəmi: 2053725,33 manat (iki milyon əli üç min yeddi yüz iyirmi beş manat otuz üç qəpik) məbləğində borc və 90 manat (doxsan manat) daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərcin iddiaçı “X11 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan, 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721,06 kv.m, 2 mərtəbədən ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus olan, 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) məxsus olan, ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh2 MMC-yə məxsus olan əmlakın ******* manat (bir milyon üç yüz iyirmi min manat), Cavabdeh3 məxsus olan əmlakın 152000 manat (bir yüz əlli iki min manat) və Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) məxsus olan əmlakın 520000 manat ( beş yüz iyirmi min manat) olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borclu və zaminlərdən müştərək qaydada tutulması qət edilmişdir. İddiaçı «X11 Azərbaycan» QSC apelyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni borcun cavabdehlərdən tutulması və faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan, ümumi sahəsi 1721,06 kv.m, olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 da ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, həmin qətnamənin qismən, yəni faiz və cərimə borcu hissəsində, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi xahiş etmişdir. Üçüncü şəxs İddiaçı2 da apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı «X11 Azərbaycan» QSC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tələbin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmamışdır. Həmçinin iddiaçı ilə Cavabdeh2 MMC arasında zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, məhkəmə heç bir əsas olmadan həmin cavabdehə qarşı iddianı təmin etməmişdir. Bundan əlavə məhkəmə cərimə borcunun məbləğini müəyyənləşdirərkən iddiaçının əmlak və digər mənafelərini nəzərə almamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC-nin apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iş üzrə ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi keçirilmiş, lakin məhkəmə qətnamə qəbul edərkən qiymətləndirmə rəyinə istinad etməmiş, ipoteka predmetinin ilkin satış qiymətini bankın iddia ərizəsində qeyd etdiyi qiymətlər üzrə müəyyən etmişdir. Həmçinin bank tərəfindən hesablanmış faizlər süni şəkildə şişirdilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə yenidən hesablanmış faizlər iddiada tələb olunan məbləğdən az qeyd edilsə də, yenə onlara hesablanmalı olan faiz məbləğindən artıqdır. Halbuki, Azərbaycan Respublikası Milli Bankı (Mərkəzi Bankı) tərəfindən təsdiqlənmiş 19 sentyabr 2000-ci il tarixli kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydaların 2.2-ci bəndinə və Milli Bankın kreditlərin təsnifləşdirilməsinin 21 saylı, 14 noyabr 1996-cı il tarixli qaydasının 5-ci maddəsinin 6-cı bəndinə əsasən vaxtı 90 gündən çox gecikdirilmiş kredit üzrə faizlərin hesablanması dayandırılır. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə iclasının vaxtı və yeri hər hansı bir məhkəmə bildirişi ona rəsmi qaydada təqdim olunmadığından birinci instansiya məhkəməsində iştirak edə bilməmiş və hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Vergilər Nazirliyi Kommersiya X6 Reyestri tərəfindən verilmiş 05.04.2016-cı il tarixli, **********8500 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi İsmayılov Anar qeydə alınmışdır. Lakın, iş materiallarına təqdim olunmuş “X11 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 264922/02 saylı 19 may 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsini Cavabdeh2 MMC-nin adından direktor kimi Cavabdeh4 imza etmişdir. Halbuki Cavabdeh2 MMC-nin təsisçiləri tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən MMC-nin adından əqdləri bağlamaq səlahiyyəti yalnız direktor kimi Anar İsmayılova verilmişdir. Cavabdeh4 isə onun tərəfindən Cavabdeh2 MMC-nin adından hər hansı əqdi bağlamaq səlahiyyətinə dair etibarnamə verilməmişdir. Məhkəmə tərəfindən isə ipoteka müqaviləsinin səlahiyyətli şəxs tərəfindən imzalanıb imzalanmaması araşdırılmamışdır. Üçüncü şəxs İddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan əmlaklar onun xəbəri və razılığı olmadan “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ona görə də qətnamə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. (İkinci mülki iş) İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, “X11 Azərbaycan” QSC və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3la birgə mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, b.31 ünvanda yerləşən 643,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, xxxx MMC-nin mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 1721,06 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh M.Qədimova məxsus hissəsinin üzərində 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməklə onların arasında bölünməsi və həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair bağlanmış 19 may 2017-ci il tarixli 264922/01, 264922/02, 264922/03 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli 2(004)- 7658/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 adına qeydə alınmış Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanında yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 payının müəyyən edilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsinə dair Bərdə regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu T.M.Atakişiyeva tərəfindən 19 may 2017-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/11 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka), Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu T.M.Atakişiyeva tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/03 saylı ipoteka müqavilələrinin (sonrakı ipoteka) etibarsız hesab edilməsi, habelə dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh3 və “X11 Azərbaycan” QSC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı2, cavabdehlər Cavabdeh3 və “X11 Azərbaycan” QSC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh3 apellyasiya şikayətinin qismən, “X11 Azərbaycan” QSC-nin apellyasiya şikayətinin isə tam təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7658/2017 saylı iş üzrə 18 dekabr 2017-ci il tarixli qətnaməsi “Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 payları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinə və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinə İddiaçı2 3/5 hissədə, Cavabdeh3 isə 2/5 hissədə payları müəyyən edilməsi, qətnamə “Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu T.M.Atakişiyeva tərəfindən 19 may 2017-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/01 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka) və Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu T.M.Atakişiyeva tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-198 nömrə ilə qeydə alınmış 264922/03 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka) etibarsız hesab edilməsi” və “30 manat dövlət rüsumunun müştərək qaydada həmçinin “X11 Azərbaycan” QSC-dən tutulması” hissələrində ləğv edilmiş və həmin hissədə iddia tələblərinin təmin olunmaması, qətnamə mübahisələndirilən digər hissələrdə, yəni “... Cavabdeh2 MMC-yə məxsus olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 1721,06 m2 olan qeyri-yaşayış binasına payların müəyyən edilərək bölünməsi və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu T.M.Atakişiyeva tərəfindən təsdiq edilmiş, 3M-197 nömrə ilə qeydə alınmış 264922/02 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödənişin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı2, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 həmin qətnamədən ayrıayrılıqda kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli 2(103)-969/2019 saylı qətnaməsi ilə İddiaçı2 və cavabdeh “X11 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(004)-7658/2017 saylı qətnaməsinin “Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı2, 2/5 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi, qətnamənin apellyasiya şikayəti verən şəxslərə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı2 və cavabdeh “X11 Azərbaycan” QSC həmin qətnamədən kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.05.2019-cu il tarixli 2(102)-3799/2019 saylı qərarı ilə cavabdeh “X11 Azərbaycan” QSC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsinin cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni 19 may 2017-ci il tarixli 264922/01 saylı ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı2, 2/5 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması və İddiaçı2 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(103)-10311/2019 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı «X11 Azərbaycan» QSC və cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər, əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı «X11 Azərbaycan» QSC və cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Cavabdeh2 MMC və 3-cü şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(004)-7685/2017 nömrəli qətnaməsindən cavabdeh «X11 Azərbaycan» QSC tərəfindən verilmiş apellyasiya şikayəti tam və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.05.2019-cu il tarixli 2(102)-3799/2019 saylı qərarındakı göstərişləri nəzərə alaraq kollegiya qeyd edir ki, birinci mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin əsaslığı əsas borcun tutulması istisna olmaqla digər hissələrdə, ikinci mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli qətnaməsinin əsaslığı isə yalnız 19 may 2017-ci il tarixli 264922/01 saylı ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsi və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinə payların müəyyən edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh3 09.09.2005-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 15.09.2006-cı il təvəllüdlü X5 və 04.12.2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli 2(004)-16649/16 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaqlar İddiaçı2 yanında saxlanılmışlar. Tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 11.07.2014-cü ildə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, b.31 ünvanda yerləşən 643,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsi və 13.02.2008-ci ildə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 adına rəsmiləşdirilməklə əldə edilmişdir. Həmçinin «X11 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında 19 may 2017-ci il tarixli 264922/01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalan Cavabdeh1 MMC-yə 12 ay müddətinə, illik 17% olmaqla ******* manat (bir milyon səkkiz yüz yetmiş min manat) məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi «X11 Azərbaycan» QSC ilə "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh4 arasında 19 may 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh4 borclu "Cavabdeh1" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Həmçinin kredit müqaviləsinin təminatı kimi «X11 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721,06 kv.m, 2 mərtəbədən ibarət olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası «X11 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi «X11 Azərbaycan» QSC ilə Cavabdeh3 arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus olan, 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi «X11 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi «X11 Azərbaycan» QSC ilə Cavabdeh4 və Cavabdeh3 arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmış və müqaviləyə əsasən Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 Vluna (6/7 hissə) məxsus olan, ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi «X11 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hər üç ipoteka müqaviləsi Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Həmin ipoteka müqavilələri bağlanarkən Cavabdeh3 şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “subay” kimi göstərilmiş, həmçinin Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna ünvanlandığı ərizədə də o, həmin müqavilələri bağlayarkən subay olduğunu, nikahda olmadığını, gələcəkdə bununla bağlı yaranacaq bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Eyni zamanda İddiaçı2 Mingəçevir şəhər 2 saylı notariat kontoruna 08.04.2017-ci il tarixli ərizələr verərək, yuxarıda göstərilən (ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlakların ipotekaya qoyulmasına razılıq vermiş və həmin əmlaklara tələb yönəldiləcəyi təqdirdə onu təhvil verəcəyini öhdəsinə götürmüş, 18.11.2017-ci il tarixdə isə həmin notariat kontoruna müraciət edərək sözügedən ərizələrindən imtina etdiyini bildirmiş və notariat kontorunda saxlanılan sənədlərdə, eləcə də “Elektron notariat” X1 ərizədən imtina edilməsinə dair müvafiq qeydlər aparılmışdır. İddiaçı «X11 Azərbaycan» QSC bildirir ki, cavabdeh "Cavabdeh1" MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu ******* manat, faiz borcu 450177,31 manat, cərimə 199821,56 manat, cəmi borc 2479530,87 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, habelə üçüncü şəxs İddiaçı2 həmin iddiaya etiraz edir və öz etirazlarını apelyasiya şikayətlərində göstərilənlərlə əsaslandırırlar. İddiaçı2 bildirir ki, qeyd olunan əmlaklar onun xəbəri və razılığı olmadan “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, qanunvericiliyə əsasən nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi üçün iddiaçının razılığı tələb olunduğundan ipoteka müqavilələri etibarsız hesab edilməlidir. Həmçinin birgə nikahdan olan uşaqlar onun yanında saxlanılması və onların diqqətəlayiq mənafeyi nəzərə alınmaqla ümumi mülkiyyətlərində olan əmlaklara iddia ərizəsinə əlavədə göstərilən qaydada qeyri-bərabər pay hüququ tanınmalıdır. Cavabdeh3 həmin iddiaya etiraz edir və bildirir ki, ailə qanunvericiliyinə görə uşaqların öz valideynlərinin mülkiyyətində heç bir payları yoxdur. Qanunvericilikdə nəzərə alınıb ki, uşaqların mənafeyini qorumaq niyyəti ilə məhkəmə ayrı-ayrı hallarda ərlə arvadın mülkiyyət bölgüsü zamanı nikah dövründə əldə edilmiş əmlaklarını qeyri-bərabər bölə bilər, lakin belə yanaşma müstəsna hallarda və zərurət yarandıqda tətbiq oluna bilər. Belə ki, o, hər ay vaxtında hər bir uşaq üçün aliment ödəyir, bununla yanaşı uşaqların digər tələbatlarını da ödəyir. Lakin, birgə nikah dövründə əldə edilən əmlakların uşaqların mənafeyini əsas gətirməklə, iddiaçının xeyrinə qeyri-bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsi artıq onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisəli əmlaklar birgə nikah dövründə əldə edilsə də, əmlakların hamısı onun vəsaiti hesabına alınmışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, sözügedən əmlaklar bankda ipoteka ilə yüklü edilmiş və həmin kredit borcları onun tərəfindən ödənilir. Qeyd olunanlara əsasən hesab edir ki, əmlak üzərində payları bərabər hissələrdə bölünməlidir. Cavabdeh «X11 Azərbaycan» QSC həmin iddiaya etiraz edir və bildirir ki, rəsmi qaydada nikah pozulduqdan sonra İddiaçı2 tərəfindən 08 aprel 2017-ci il tarixində Mingəçevir şəhəri 2 saylı notariat kontorunda mübahisələndirilən daşınmaz əmlakların ipoteka qoyulmasına razılıq verməsi barədə 7E-3501, 7E-3502, 7E-3503 reyestr nömrəli razılıq ərizələri rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın ipoteka qoyulmasına dair razılıq veriləndən sonra həmin razılıq nəzərə alınmaqla əmlakın ipoteka ilə yüklü edilməsinə dair müqavilə təsdiq edilmiş və ipoteka müqaviləsi bağlanandan sonra həmin ərizədən imtina edilməsi nə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da, nə də bu münasibətləri tənzimləyən digər qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Daşınmaz əmlakların yüklü edilməsinə dair müqavilələr imzalanan zaman nə Mülki Məcəllənin, nə də ki hər hansı maddi hüquq normasının tələbləri pozulmamış, yəni əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmamışdır. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. (Birinci mülki iş üzrə) Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.3-cü bəndi və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Lakin həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 oktyabr 2018-ci il tarixli 12386 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iddia ərizəsi verilən tarixə, yəni 01.02.2018-ci il tarixə əsas kredit borcu ******* manat, faiz borcu 219880,83 manat, həmçinin 19.03.2018-ci il tarixə, yəni ekspertiza təyin olunan tarixə əsas kredit borcu ******* manat, faiz borcu 262267,50 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyi verildikdən sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, 30.10.2018-ci il tarixə olan ******* manat əsas kredit borcunun, 450177,31 manat əsas məbləğə hesablanmış faiz borcunun, 199821,56 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 2479530,87 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, 19.03.2018-ci il tarixə olan faiz borcunun tutulması nəticəsinə gəlmiş, lakin rəydən sonra verilmiş iddia tələbinin artırılması barədə iddiaçının ərizəsini nəzərə almamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 21 may 2018-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müddətdən də artıq, yəni 30.10.2018-ci il tarixə olan faiz borcunun tutulmasını tələb etmişdir. Halbuki, faiz borcu yalnız kredit müqaviləsi müddətinin sonunadək hesablana bilər. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə məhz müqavilə müddətinin sonuna, yəni 21 may 2018-ci il tarixə olan faiz borcu hesablanmalıdır. Həmin tarixə olan faiz borcu isə aşağıdakı qaydada hesablanmalıdır. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən 19.03.2018-ci il tarixə olan faiz borcu 262267,50 manat və həmin tarixə gündəlik hesablanan faiz borcu 883,06 manat təşkil edir. Belə olan halda isə müəyyən olunur ki, 19.03.2018-ci il tarixdən 21 may 2018-ci il tarixə qədər (cəmi 63 gün) olan faiz borcu 55632,78 manat (63 gün x 883,06 = 55632,78), cəmi faiz borcu isə 317900,28 manat təşkil edir (262267,5 + 55632,78 = 317900,28). Bu baxımdan kollegiya hesab edir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və faiz borcu 317900,28 manat məbləğində müəyyənləşdirilməlidir. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblər də qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə və bitmə tarixlərini, müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 199821,56 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 4312,50 manat deyil, əsas borcun 5 %-i həcmində, yəni 91476,6 manat məbləğində müəyyənləşdirilməlidir. Ona görə həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, borclu "Cavabdeh1" MMC ilə yanaşı zaminlər "xxxx" MMC və Cavabdeh3 aid hissədə də iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdehlər "xxxx" MMC və Cavabdeh3 borclu olan cavabdeh "Cavabdeh1" MMC ilə birgə məsuliyyət daşıyır. Ona görə də kollegiya hesab edir ki, həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 MMC-yə qarşı qaldırılmış iddianın təmin edilməməsi ilə bağlı «X11 Azərbaycan» QSC-nin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilmişdir. Belə ki, qərardadda məhkəmə qeyd etmişdir ki, tutulmalı olan pul məbləğinin digər zamin Cavabdeh2 MMC-dən də tutulmalı olduğu qətnamədə göstərilməlidir. Bu baxımdan kollegiya qeyd edir ki, qətnamənin və düzəliş qərardadının nəticə hissəsində yanlış olaraq Cavabdeh2 MMC-nin borclular sırasında adının qeyd olunmaması, ona qarşı irəli sürülmüş tələblərin rədd edilməsi mənasına gəlmir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721,06 kv.m, 2 mərtəbədən ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının dəyəri ******* manat, Cavabdeh3 mülkiyyətində olan 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 152000 manat, Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) mülkiyyətində olan, ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan Mingəçevr şəhəri, Heydər Əliyev prospekti, bina 31 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 520000 manat məbləğində qiymətləndirilmişdir. Hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC-nin 01 mart 2021-ci il tarixli 0444/21/YKB saylı, 0445/21/YKB saylı və 0446/21/YKB saylı qiymətləndirmə hesabatlarında göstərilmişdir ki, ünvan 1 ünvanında, Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbəli, 1721,06 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının (ticarət və xidmət obyekti) bazar qiyməti 850000 manat, likvid qiyməti 595000 manat; Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 213,9 kv.m ümumi, 213,9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiyməti 150000 manat, likvid qiyməti 105000 manat; Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 31 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən, ümumi birgə mülkiyyətdə olan 643,2 kv.m ümumi, 227,5 kv.m əsas və 415,7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiyməti 600000 manat, likvid qiyməti 420000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf qiymətləndirmə hesabatları ilə razı olduqlarını bildirdilər. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh2 MMC-nin mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721,06 kv.m, 2 mərtəbədən ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 595000 manat, Cavabdeh3 mülkiyyətində olan 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 105000 manat, Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) mülkiyyətində olan, ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 420.000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin ünvanına göndərilmişdir. “X11 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 may 2017-ci il tarixli 264922/02 saylı sonrakı ipoteka müqaviləsinin buna səlahiyyəti olmayan Cavabdeh4 tərəfindən imzalanması barədə dəlillər də əsassızdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 MMC-nin təsisçilərinin 03.04.2017-ci il tarixli 32K nömrəli əmri ilə Cavabdeh4 Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Faiz borcunun şişirdilməsi ilə bağlı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC-nin apellyasiya şikayətlərinin dəlilləri də əsassızdır. Belə ki, həmin dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəlləri, hesabdan çıxarışlar, maliyyə arayışlarında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdehlər isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Cavabdehlərin istinad etdiyi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydaların 1.1-ci bəndində isə göstərilmişdir ki, kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması qaydaları kredit təşkilatlarının maliyyə hesabatlarının hazırlanması üçün müəyyən edilir və müştərilərlə bağlanmış kredit müqavilələri şərtlərinin dəyişdirilməsinə, tənzimlənməsinə, dayandırılmasına və ya müştərilərdən faizlərin alınıb-alınmaması məsələlərinə təsir göstərmir. (İkinci mülki iş üzrə) İddiaçı2 tərəfindən irəli sürülmüş ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 225.6-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı2 Mingəçevir şəhər 2 saylı notariat kontoruna 08.04.2017-ci il tarixli ərizələr verərək, yuxarıda göstərilən (ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlakların ipotekaya qoyulmasına razılıq vermiş və həmin əmlaklara tələb yönəldiləcəyi təqdirdə onu təhvil verəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi İddiaçı2 birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakların ipoteka ilə yüklü edilməsinə razılıq verməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Həmin ərizələrin məhz ipoteka müqavilələrinin təsdiq edildiyi notariat kontoruna deyil, digər notariat kontoruna verilməsinin və İddiaçı2 təxminən 7 ay müddət keçdikdən sonra, yəni 18.11.2017-ci il tarixdə həmin ərizələrdən notariat qaydasında imtina etməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki o, daşınmaz əmlaklar ipoteka ilə yüklü edildiyi vaxt bununla bağlı öz iradə ifadəsini artıq bildirmişdir. Mülki Məcəllənin 225.6-cı maddəsində göstərilən “razılığın” olub-olmaması da məhz əqdin bağlandığı vaxt üçün önəmlidir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin tələblərdən irəli gələn müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə tələblər rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, əmlakın bölünməsi barədə iddia qismən əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. İşin mübahisəsiz halları da ondan ibarətdir ki, mübahisə predmeti olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, b.31 ünvanda yerləşən 643,2 m2 sahəsi olan qeyriyaşayış sahəsinin 6/7 hissəsi və Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 ünvanda yerləşən qeyri-yaşayış sahəsi məhz tərəflərin birgə nikahı müddətində onların qazancları hesabına əldə edilib və tərəflərin ümumi birgə mülkiyyəti hesab edilir. Eyni zamanda Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, tərəflərin mübahisəli mənzil üzərindəki paylarının qeyri-bərabər müəyyən edilməsi üçün əsaslar yoxdur və həmin paylar bərabər hesab edilməlidir. Belə ki, qanunverici ümumi qayda olaraq ər-arvadın birgə əmlakdakı paylarının bərabər bölünəcəyini müəyyən edir. Bölgü zamanı uşaqların mənafeyinin nəzərə alınması isə payların qeyri-bərabər bölünməsinə təsir edən müstəsna hal kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi mənzil üzərindəki payların qeyri-bərabər bölünməsi nəticəsinə gəlsə də, bunu yalnız birgə nikahdan olan uşaqların İddiaçı2 yanında qalması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, uşaqların ana ilə qalması özlüyündə müstəsna hal kimi qəbul edilə bilməz. Bunun üçün uşağın mənafeyinə təsir göstərən halların nədən ibarət olduğu, ümumi əmlakın bölünməsinin həmin mənafe baxımından hansı əhəmiyyət daşıdığı göstərilərək sübutlarla təsdiq olunmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, mənzil üzərindəki payların düzgün müəyyən edilməməsi ilə bağlı Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli və bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı «X11 Azərbaycan» QSC və cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdeh2 MMC və 3-cü şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(001)- 2725/2018 nömrəli qətnaməsi faiz və cərimə borcu hissəsində və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 317900,28 manat və cərimə borcunun məbləği 91476,6 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 MMC-nin mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1721,06 kv.m., 2 mərtəbədən ibarət olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının ilkin satış qiyməti 595000 manat, Cavabdeh3 mülkiyyətində olan 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 105000 manat, Cavabdeh4 (1/7 hissə) və Cavabdeh3 (6/7 hissə) mülkiyyətində olan, ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan Mingəçevr şəhəri, Heydər Əliyev prospekti, bina 31 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 420000 manat məbləğində müəyyən edilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(004)- 7685/2017 nömrəli qətnaməsindən cavabdeh «X11 Azərbaycan» QSC tərəfindən verilmiş apellyasiya şıkayəti tam və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(004)- 7685/2017 nömrəli qətnaməsi 19 may 2017-ci il tarixli 264922/01 saylı və eyni tarixli 264822/03 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 68/18 ünvanında 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m, əsas sahəsi 213,9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 643,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 məxsus 6/7 hissəsi üzərində tərəflərin paylarının müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin əmlaklarda İddiaçı2 ilə Cavabdeh3 payları bərabər hissələrdə (1/2 hissədə) müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar