Məhkəmə qərarları › İş №2(103)-8002/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8002/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8002/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulmuş alimentin artırılması və xx xxxx 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün, hər ay 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilərək və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni əsaslandırmamış, iddianı hansı səbəbdən tam təmin etməməsinə, yaşayış minimumu həddindən az aliment tutmasına aydınlıq gətirməmişdir. Əgər 2016-cı ildə yaşayış minumumu uşaqlar üçün 117 manat müəyyən edilmişdisə, hazırda bu rəqəm 170 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, əvvəlki aliment məbləği 117 manat idi. Ondan sonra qalxsa da, o, müraciət etməmişdi. Lakin pandemiyadan da sonra vəziyyət çətinləşdi, aliment məbləğinin artması barədə müraciət etdi. Xahiş edir ki, məhkəmə qətnaməsi ilə məbləğ artsın ki, qanuni formada olsun. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, əvvəllər də təyin olunandan artıq məbləğ ödəmişdir. İndi də özünə desəydi, məhkəməyə gəlməyə ehtiyac yox idi. Uşaqlara baxmaq borcudu, baxar. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından xx xxxx 2009cu il tarix təvəllüdlü X9 və xx xxxx 2012-ci il tarixdə X10 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(001)- 6455/2016 saylı qətnaməsi ilə X3 ilə Cavabdeh arasında xx xxxxxxxx 2006-cı ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X6 anaları - X1 yanında qalmaları, xx xxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh xx xxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, lakin dəyişdirilməsi üçün əsasdır. Əvvəla, cavabdeh uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad edilə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, cavabdeh apellyasiya baxışında iştirak edərək alimentin tələb edilən məbləğdə ödənilməsinə etiraz etmədi və onsuzda əvvələr də artıq məbləğdə aliment ödədiyini bildirdi. Lakin birinci instansiya məhkəməsi uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğun əsas gətirərək alimentin məbləğini qismən, yəni bir uşaq üçün 170 manat deyil, 150 manat məbləğində təmin etmişdir. Ancaq uşağı saxlamaq hər iki valideynin vəzifəsi olsa da uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin yalnız iddiaçının üzərinə düşməsini nəzərə almamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi qətnamənin dəyişdirilərək müəyyən olunmuş alimentin məbləğinin artırılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirlsin və alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar