Məhkəmə qərarları › İş №2(103)-8004/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8004/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8004/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(007)-1494/2020 saylı qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(007)- 1494/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək X1 avans qismində ödənilmiş 1800 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti imzalanmadığına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə, apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh X3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(007)-1494/2020 nömrəli qətnaməsindən şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 05 may 2021-ci il tarixli, 2(007)-1494/2020 saylı qərardadı ilə 2(007)- 1494/2020 nömrəli mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh X3 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(007)-1494/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 11 iyun 2021-ci il tarixli 2(007)-1494/2020 saylı qərardadı ilə şikayət vermə müddəti keçdiyinə görə cavabdeh X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(007)-1494/2020 nömrəli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Cavabdeh X3 həmin qərardaddan şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(007)-1494/2020 saylı qərardadının ləğv edilməsini, əks halda şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh Kürdəmir şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Buna görə də xəbərnaməyə imza etməklə qətnaməni və sonrakı qərardadları alması qeyri-mümkündür. Xəbərnamədəki imzalar ona məxsus deyil. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(007)-1494/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə sənədləri X2 Kürdəmir şəhərində qeydiyyatda olduğu ünvana sifarişli poçt vasitəsilə göndərilmiş və həmin ünvanda imza edilməklə qəbul edilmişdir. Biinci instansiya məhkəməsi məhkəmə sənədlərini cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərməklə öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(007)- 1494/2020 saylı qərardadı həmin ünvanda 21 may 2021-ci il tarixdə poçt qəbzinin kötüyünə imza edilməklə qəbul edilmiş, qərardaddan şikayət 01 iyun 2021-ci il tarixdə poçta verilmişdir. Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Yenə həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi, qərardaddan şikayət vermə müddəti 22 may 2021-ci il tarixdə başlamış, 31 may 2021-ci il tarixdə gecə saat iyirmi dörddə başa çatmışdır. MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ var. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(007)-1494/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar