Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8013/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən 2.310 (iki min üç yüz on) manat 62 (altmış iki) qəpik əsas, 590 (beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik faiz, 115 (bir yüz on beş) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 3.016 (üç min on altı) manat 38 (otuz səkkiz) qəpik məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən 24 ay müddətində qaytarılmaq üzrə illik 26%-lə 2.532 (iki min beş yüz otuz iki) manat məbləğində kredit vəsaiti almışdır. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər kredit müqaviləsinin 3.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişlər. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən xx.xx.2018-ci il tarixinədək həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə 2.310 (iki min üç yüz on) manat 62 (altmış iki) qəpik əsas, 590 (beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik faiz, 115 (bir yüz on beş) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 3.016 (üç min on altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcu qalmışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X5 xx.xx.2020-ci il tarixdə iddia tələbinin azaldırmasına barədə ərizə verərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2.235 manat 62 qəpik əsas, 647 manat 59 qəpik faiz, 40 manat 49 qəpik cərimə, cəmi 2.923 manat 70 qəpik məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə 2.133,11 manat əsas, 41,60 manat faiz, 40 manat cərimə, cəmi 2.214,71 (iki min iki yüz on dörd manat, yetmiş bir qəpik) həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları pozulduğuna görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən narazıdır və aşağıdakı əsaslara görə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edirlər. Belə ki, məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsi işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/186 nömrəli rəyin nəticə hissəsi ilə əsaslandırılmışdır. Həmin rəyin nəticə hissəsinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları və xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixə (iddia tələbinin həcmi azaldılan tarixə) banka olan borcu 2.174,71 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 2.133,11 manat, faiz borcu üzrə 41,60 manatdır. Məhkəmə iclasında tərəfidən həmin rəyin nəticə hissəsinə etiraz edilmiş və iddia tələbinin dəlillərinə uyğun olaraq iddianın təmin olunması xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarında Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı, habelə hesabdan çıxarış məlumatları və nümayəndənin izahatı əsas götürülməmiş, yeganə əsas kimi ekspert rəyinin nəticə hissəsi əsas götürülmüşdür. Ekspert rəyində qeyd edilir ki, hazırki iş üzrə rəy tərtib olunarkən iş materiallarında olan maliyyə arayışına və hesabdan çıxarış məlumatları əsas götürülmüşdür. Halbuki, Bank tərəfindən təqdim edilən maliyyə arayışı və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 hər bir hesab üzrə faktiki qalıq borcu tam təfsilatı ilə ayrılıqda göstərilmişdir. Eekspert tərəfindən hazırki iş üzrə rəy tərtib edilərkən Bank tərəfindən təqdim edilmiş fakt müəyyən edici sənədlər əsas götürülməmiş, yalnız özünün hesablamaları rəhbər tutulmuşdur. Eyni zamanda ekspert tərəfindən hazırki rəy tərtib edilərkən ödənilmiş ödənişlərin yalnız əsas və faiz borcunun ödənilməsinə yönəldildiyi öz əksini tapmışdır. Halbuki məhkəməyə təqdim edilmiş cari hesab məlumatlarından, habelə maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2018ci il tarixdə 150 manat, xx.xx.2018-ci il tarixdə 150 manat, xx.xx.2018- ci il tarixdə 149,11 manat, xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə isə 150 manat olmaqla ödənilmiş məbləğlərdən 680 manat məbləğində vəsait cərimə borcunun ödənilməsinə yönəldilmişdir. Ekspert tərəfindən bu halın nəzərə alınmaması həmin rəyin əsaslılığını şübhə altına alır. Nəticə etibarı ilə əsassız olaraq bank kredit müqaviləsi üzrə öz əsaslı gəlirləri olan, əsas borca münasibətdə 102,52 manat, faiz borcuna münasibətdə isə 617,30 manat məbləğindən məhrum olmuşdur. Bu isə məhkəmə tərəfindən iş materiallarının kiafyət qədar əsaslı araşdırılmaması ilə xarakterizə olunmaqdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mülki işə baxarkən, mülki işi tam, obyektiv, ədalətlə, tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qanuna müvafiq halda araşdırmamışdır. Nəticədə isə məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işi tam, obyektiv, ədalətlə, tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qanuna müvafiq olaraq araşdırmaqla iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini işdə olan mühasibatlıq ekspertizasının 9/186 saylı, xx xxxxx 2020-ci il tarixli rəyin nəticə hissəsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən iş materiallarında Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı, habelə hesabdan çıxarış məlumatları və nümayəndənin izahatı əsas götürülməmiş, yeganə əsas kimi ekspert rəyinin nəticə hissəsi götürülmüşdür. Ekspert rəyində qeyd edilir ki, hazırki iş üzrə rəy tərtib olunarkən iş materiallarında olan maliyyə arayışına və hesabdan çıxarış məlumatları əsas götürülmüşdür. Halbuki, Bank tərəfindən təqdim edilən maliyyə arayışı və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 hər bir hesab üzrə faktiki qalıq borcu tam təfsilatı ilə ayrılıqda göstərilmişdir. Ekspert rəyinə əsaslanmış qəntamə nəticəsində bank əsassız olaraq kredit müqaviləsi üzrə öz əsaslı gəlirləri olan, əsas borca münasibətdə 102,52 manat, faiz borcuna münasibətdə isə 617,30 manat məbləğindən məhrum olmuşdur. Bu isə məhkəmə tərəfindən iş materiallarının kiafyət qədar əsaslı araşdırılmaması ilə xarakterizə olunur.Odir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Odur ki, məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”. Hazırki halda iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətində qaytarmaq şərti ilə illik faiz dərəcəsi 26% olmaqla 2.532 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsinin 3.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək krediti qaytarmamışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Bu baxımdan məhkəmə kollеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsini əsas götürməklə, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsininin təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 26 % olmaqla 2.532 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı üçtərəfli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan, xx xxx 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx xxx 2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 2.532 manat məbləğində nağd pul götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixinə borc hesabatından görünür ki, borcalan Cavabdeh1 İddiaçı ASC-yə əsas borc üzrə 2.235,62 manat, faiz borcu üzrə 658,90 manat, cərimə borcu üzrə 40,49 manat olmaqla, cəmi 2.935,01 manat ödənilməmiş borc məbləği qalmışdır. İş materillarında olan, xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 yaranmış borcun göstərilən müddətdə banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/186 saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı (c.i.v.-53) məlumatları və xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixə (iddia tələbinin həcmi azaldılan tarixə (c.i.v - 43, 44) banka olan borcu 2.174,71 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 2.133,11 manat, faiz borcu üzrə 41,60 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə 2.532 manat məbləğində krediti illik 26 faiz ödəmək şərti ilə 24 ay müddətinə xx xxx 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 illik faiz dərəcəsi 26 % olmaqla 24 ay müddətinə verilmiş 2.532 manat məbləğində əsas borcu, 741,84 manat məbləğində faizlər olmaqla cəmi 3.273,84 manat məbləğində pulu, xx.xx.2018-ci il tarixdən başlayaraq, aylıq 136,41 manat məbləği həcmində olmaqla xx xxx 2020-ci il tarixə kimi kreditora ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - əsas kredit məbləğ üzrə 2.235,62 manat, faiz məbləği üzrə 658,90 manat, dəbbə pulu 40,49 manat təşkil edir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq iddiaçının nümayəndəsinin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/186 saylı ekspert rəyini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə əsas borcu 2.133,11 manat, faiz borcunu isə 41,60 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndə məhkəmə iclasında iştirak edərkən, belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə apelyasiya şikayətinin formal mülahizələrlə əsaslandırıldığını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisiƏmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apelyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8013/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8013/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver