Məhkəmə qərarları › İş №2(103)-8018/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8018/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8018/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-775/2021 saylı mülki iş üzrə 09.03.2021-ci il tarixli qətnaməsindən cаvаbdеh Cavabdeh nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 09.03.2021-ci il tarixli qətnamənin surəti cаvаbdеh Cavabdeh 19.03.2021-ci il tarixdə qeydiyyatda olduğu ünvana göndərilmiş, məhkəmə qətnamənin çatdırılması üzrə zəruri tədbirləri həyata keçirmiş və qətnamə icraya yönəldilmişdir, cаvаbdеh Cavabdeh ərizə ilə müraciət etmiş, təkrar məktubla qətnamə göndərilmiş (səh.62), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 30.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir (məhkəmə aktı icraya yönəldilirsə-deməli qanuni qüvvəsini almışdır). Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-137,146, 357-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-775/2021 saylı mülki iş üzrə 09.03.2021-ci il tarixli qətnaməsindən cаvаbdеh Cavabdeh nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar