Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8023/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X6, Cavabdeh X8 iştirakları ilə, İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X11, X9, X1, X12, X14 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-604/2014 nömrəli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” ASC cavabdehlər “xxxx” MMC-yə, X11, X9, X1, X12, X14 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)- 604/2014 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X11, X9, X1, X12, X14 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan “xxxx” MMC kasassiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(102)- 2089/15 qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)- 604/2014 nömrəli qətnaməsindən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti və iddia müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2014 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh X2 ərizəsi təmin edilərək, iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X11, X9, X1, X12, X14 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan LPO “İddiaçı” ASC şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 604/2014 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2014 saylı, xx.xx.2019-cu il tarixli qərardadından iş üzrə iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2299/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2014 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və cavabdeh X2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X3 xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X16 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 357.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 04/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. İş materiallarına əlavə olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, X5 “İddiaçı” ASC, X17 və “xxxx” MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin əsası isə ipoteka qoyan X10 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1626/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduğundan xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-9675/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hazırkı apellyasiya şikayətindən görünür ki, apellyator hazırkı işdə həm borc, həmdə ipoteka müqavilələrini mübahisələndirir. Göründüyü kimi mübahisəli ipoteka müqaviləsinin eyni əsaslarla etibarsız hesab edilməsinə dair mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi mövcuddur. Borc mübahisəsi müqaviləsi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(102)-2089/15 qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda apellyasiya şikayəti əsasında yoxlanılmış hissələrin, cavabdeh X8 apellyasiya şikayəti üzrə təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, A.Əsədzadə ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatına götürülüb və mahiyyəti üzrə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X11, X9, X1, X12, X14 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-604/2014 nömrəli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Şeyda Məhərrəmova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8023/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8023/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver