Məhkəmə qərarları › İş №2(103)-803/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-803/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-803/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X7 Təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)-2827/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00288-01 saylı Kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixə yaranmış əsas borc üzrə 14.156,2 ABŞ dolları qalıq borc, ona hesablanmış 840,13 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.635 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17.631,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin, 13 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh2 bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dairiddiası qismən təmin edilərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə müqaviləyə əsasən xx.xx.2018-cı il tarixə yaranmış 14.156,20 ABŞ dolları əsas, 840,13 ABŞ dolları faiz və 53,67 ABŞ dolları cərimə olmaqla, cəmi 15.050 (on beş min əlli) ABŞ dolları məbləğində kredit borcunun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, Cavabdeh1 tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılması, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və Cavabdeh2 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya heç bir borcu yoxdur. Borcun olması barədə isə iddiaçı tərəfindən arayış istisna olmaqla məhkəməyə heç bir sübut təqdim olunmamışdır Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərəkSəbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-6793/19 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxx 2019-cu il tarixli, 2(103)-3471/19 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. O, apellyasiya şikayətində kredit müqaviləsi üzrə heç bir borcunun olmadığını bildirərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunduğu kimi, həm apellyasiya şikayətinin, həm də hazırkı kassasiya şikayətinin əsas dəlilləri kredit müqaviləsi üzrə borcun (əsas, faiz və cərimə) düzgün hesablanmaması, bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsi barədədir. Kassasiya şikayətində həmçinin göstərilir ki, kredit müqaviləsində göstərilən 17 000 ABŞ dolları Bank tərəfindən ona tam şəkildə ödənilməmiş, ona cəmi 11 000 ABŞ dolları kredit verilmiş və bu məbləğ də Banka tam qaytarılmışdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və qətnamə çıxararkən apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamış və münasibət bildirməmişdir. Məhkəmə kollegiyası iş materiallarında 17 000 ABŞ dollarının Cavabdeh1 ödənilməsinə dair kassa məxaric orderi aşkar etmədiyindən müqavilədə göstərilən məbləğin həqiqətən də ona verilib-verilmədiyini müəyyən edə bilmədi. Ona görə də işə apellyasiya qaydasında yenidən baxılarkən 17 000 ABŞ dollarının Cavabdeh1 ödənilməsini təsdiq edən sübutun təqdim olunması iddiaçı Banka təklif edilməlidir. İşdən göründüyü kimi, apellyasiya baxışı zamanı Cavabdeh1 yazılı vəsatət verərək borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmiş, lakin işə baxan məhkəmə heç bir əsaslandırma aparmadan bu vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hərəkətini Azərbaycan Respublikası MPM-nin 377-ci maddəsinin tələbinə zidd sayır. Həmin maddəyə görə işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən apellyasiya baxışının hədləri gözlənilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılması və həmin dəlillərə müfəssəl hüquqi qiymət verilməsi təmin olunmalı, kredit borcunun (əsas, faiz və cərimə) məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması məsələsi müzakirə olunmalı, həmin məbləğlər dəqiq müəyyən olunmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda şərh olunanları nəzərə almaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya baxışının hədləri çərçivəsində yoxlamalı və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, kredit məbləği cavabdehin hesabına bank vasitəsilə köçürülmüşdür. X7 təşkilatı bu prosesdə iştirak etmir. Bununla bağlı sübutları da təqdim etmişlər. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 bildirdi ki, pul tam formada köçürülməyib. Əsas sual budur ki, kassa mədaxil münasibətləri niyə təşkilatda tətbiq olunur. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 724 saylı rəyində qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli köçürmə sifariş vərəqəsində 17 000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 **********21679USD12 nömrəli hesabına köçürülməsi öz əksini tapmışdır. Borcalan Cavabdeh1 tərəfindən İddiaçı X7 Təşkilatı açıq səhmdar cəmiyyətindən alınmış kredit vəsaiti üzrə xx xxx 2018-ci il tarixə banka ödənilməli olan borc ümumilikdə 15.084,45 ABŞ dolları məbləğində müəyyən edilin, o cümlədən: əsas borc üzrə 14.297,03 ABŞ dolları, faiz borcu üzrə 787,42 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız Ali Məhkəmənin 2(102)-6793/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv olunmuş, yəni iddianın təmin olunmuş hissəsində yoxlanmalıdır. Çünki, Ali Məhkəmə kassasiya qaydasında mübahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamənin həmin hissədə ləğv olunması üçün əsaslar müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin (102)-6793/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında şərh olunan məcburi göstərişləri nəzərə alaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında cavabdehə hansı məbləğdə kredit verilməsi və xx xxx 2018-ci il tarixə olan borcun məbləğinin müəyyən edilməsi barədə sual qoymuşdur. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 724 saylı rəyində qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli köçürmə sifariş vərəqəsində 17 000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 **********21679USD12 nömrəli hesabına köçürülməsi öz əksini tapmışdır. Borcalan Cavabdeh1 tərəfindən İddiaçı X7 Təşkilatı açıq səhmdar cəmiyyətindən alınmış kredit vəsaiti üzrə xx xxx 2018-ci il tarixə banka ödənilməli olan borc ümumilikdə 15.084,45 ABŞ dolları məbləğində müəyyən edilin, o cümlədən: əsas borc üzrə 14.297,03 ABŞ dolları, faiz borcu üzrə 787,42 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də şikayət qismən təmin edilməli və faiz borcun məbləği hissəsində qətnamə dəyişdirilməli, digər hissədə dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci - 145 (yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)- 2827/2018 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 787,42 (yeddi yüz səksən yeddi ABŞ dolları, qırx iki sent) ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 14.997,29 (on dörd min doqquz yüz doxsan yeddi ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 145 (yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar