Məhkəmə qərarları › İş №2(103)-8030/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8030/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8030/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal RM-nin 01.04.2021ci il tarixli qərardadından cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti verilməsi müddəti keçib. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, cavabdeh apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edib, lakin ərizəyə baxılmayıb. Şikayət təmin edilə bilməz. Belə ki, apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edilməyib, apellyasiya şikayətinin qoşmasında da belə ərizə qeyd olunmayıb. Qətnamədən apellyasiya şikayəti verilməsi müddəti keçib. İşi bu halı Yasamal RM-nin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Mülki-Prosessual Məcəllənin 363.1.3-ci maddəsinə görə belə haıda apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar