Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8032/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-322/2020 saylı, 31 avqust 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinə əsasən Cavabdeh 204 000 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120 000 ABŞ dolları) əsas borcun, 5100 (beş min yüz) manat məbləğində faiz borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-322/2020 saylı, 31 avqust 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 204000 (iki yüz dörd min) manat əsas borc, 5100 (beş min yüz) manat faiz borcu olmaqla, cəmi 209100 (iki yüz doqquz min yüz) manat məbləğində borc pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7898/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 322/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2299/2021 saylı, 03.06.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7898/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili S.Allahverdiyev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin Azərbaycan dilini və qanunlarını bilməməyindən istifadə edib həmin məbləğdə notarial borc müqaviləsinə imza atdırmışdır. Cavabdeh iddiaçıdan sözü gedən pulu şəxsən götürməmişdir. Borc müqaviləsi MMC ilə bağlanmalı idi, MMC ilə ilə bağlanmış başqa iki müqavilə də bunu təsdiq edir ki, bu müqavilə də MMC üçün bağlanıb, o müqavilə ilə verilən pul MMC-dəki 25% payın alqı-satqısı üçün ödənilmişdir. Bundan başqa iddiaçıdan götürülən pullar da tam qaytarılmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili F.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, şikayət tam əsassızdır, tərəflər arasında notariat qaydada fiziki şəxs olaraq müqavilə bağlanıb, o pulun sonradan hansı məqsəd üçün xərclənməsinin əhəmiyyəti yoxdur, müəssisədəki pay başqa adamdan satın alınıb, 8 ay keçdikdən sonra həmin müqaviləni pərdlənmiş əqd olması ilə bağlı mübahisləndirib, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir, 120.000 ABŞ dollarının ödənilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Üzərində tarix, imza olmayan hər hansı kagız parçası borcun ödənilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Bundan əlavə, payın alqı-satqısı barədə 14.12.2018-ci il tarixli müqavilədən də görünür ki, iddiaçı “İsgəndər ASA X7” MMC-dəki 25% payını X3 almışdır. Hazırda tələb edilən borc məbləğinin payla da əlaqəsi yoxdur. Ona görə də, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 04.12.2018-ci il tarixdə İddiaçı Cavabdeh 30.05.2019-cu il tarixədək qaytarmaq şərti ilə 204.000 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120.000 ABŞ dolları) pul borc vermişdir. Müqavilə şərtlərinə görə borc faizsiz verilmişdir. “İsgəndər ASA X7” MMC Cavabdeh tərəfindən təsis edilmişdir. Həmin şirkətlə Rusiya Federasiyasının “X2” arasında 29.11.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin ümumi dəyəri ******* ABŞ dolları təşkil etmiş və müqavilənin ümumi dəyərinin 10% hissəsinin müqavilə imzalandığı tarixdən sonra 5 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. “İsgəndər ASA X7” MMC ilə Cavabdeh arasında 30 noyabr 2018-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 31 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh “İsgəndər ASA X7” MMC-yə 120500 ABŞ dolları borc vermişdir. Mülki iş materiallarında olan 30 noyabr 2018-ci ildə “İsgəndər ASA X7” MMC tərəfindən 120000 ABŞ dolları Rusiya Federasiyasının “X2”nın hesabına köçürülmüşdür. İddiaçı 04.12.2018-ci il tarixindən “İsgəndər ASA X7” MMC-nin vitse prezidenti vəzifəsinə təyin edilmişdir. İddiaçı “İsgəndər ASA X7” MMC-də 25 % paya malikdir. İddiaçı ilə “İsgəndər ASA X7” MMC arasında 12 fevral 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı “İsgəndər ASA X7” MMC-yə 31 dekabr 2019-cu il tarixinədək qaytarmaq şərti ilə 141.110 ABŞ doları borc vermişdir. “İsgəndər ASA X7” MMC tərəfindən İddiaçı 02.04.2019-cu il tarixli, 003 nömrəli ödəniş tapşığı ilə 68000 manat, 10.04.2019-cu il tarixli, 005 nömrəli ödəniş tapşığı ilə 171869 manat, 10.04.2019-cu il tarixli, 007 nömrəli ödəniş tapşığı ilə 45200 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi H.Məmmədov tərəfindən cavabdehə ünvanlanmış 13.02.2020-ci il tarixli məkdundan görünür ki, Cəmiyətin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını talama cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə CM-nin 308.1-ci və 178.3.2-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmış, Cavabdeh müraciətində göstərdiyi xüsusatlarla əlaqədar cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən 30.01.2021-ci il tarixdə cinayət işi üzrə icraata CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Payın alqı-satqısı barədə 14.12.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, X5 “İsgəndər ASA X7” MMC-dəki 25% payını İddiaçı 25 manata satmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və 12 saylı Notariat ofisinə qarşı “04.12.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 739cu maddəsi təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1- ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı bildirir ki, Cavabdeh 204.000 (iki yüz dörd min) manat (ABŞ dolları ekvivalenti ilə 120.000 ABŞ dolları) məbləğində borc pul vermiş və Bakı şəhəri 12 saylı notariat kontorunda 04 dekabr 2018-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsinin ikinci bəndinə əsasən, borc alan krediti 30.05.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh aldığı borc məbləğini qaytarmamış, icra müddəti başa çatdıqdan altı ay sonra məhkəməyə müraciət etmiş və həmin altı aylıq gecikmə üçün illik beş faiz də tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edərək, bildirir ki, iddiaçı cavabdehin Azərbaycan dilini və qanunlarını bilməməyindən istifadə edib, həmin məbləğdə notarial borc müqaviləsinə fiziki şəxs kimi imza atdırmış, cavabdeh iddiaçıdan sözü gedən pulu şəxsən götürməmişdir. Borc müqaviləsi MMC ilə bağlanmalı idi, MMC ilə ilə bağlanmış başqa iki müqavilə də bunu təsdiq edir ki, bu müqavilə də MMC üçün bağlanıb, o müqavilə ilə verilən pul MMC-dəki 25% payın alqı-satqısı üçün ödənilmişdir, bundan başqa, iddiaçıdan götürülən pullar da tam olaraq qaytarılmışdır. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Ali Məhkəmə 2(102)- 2299/2021 saylı, 03.06.2021-ci il tarixli qərarının 38-ci bəndində göstərmişdir ki, iş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı yazılı sübutları (iş vərəq 99-122) apelyasiya instansiyası məhkəməsinə təqdim etsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Qərarının 41-ci bəndində göstərilmişdir ki, işin mahiyyətinə aid olduğu üçün işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü dəlillər ilə bağlı məhkəməyə təqdim etdiyi sübutları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Kollegiya həmin göstərişlərə uyğun araşdırma apararaq aşağıdakıları müəyyən etmişdir:
1. İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 120.000 ABŞ dolları məbləğində borc müqaviləsi;
2. İddiaçı (borc verən) ilə “İsgəndər ASA X7” MMC (borc alan) arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli 26.600 ABŞ dolları məbləğində borc müqaviləsi;
3. İddiaçı (borc verən) ilə “İsgəndər ASA X7” MMC (borc alan) arasında bağlanmış 12 fevral 2019-cu il tarixli 141.110 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmışdır; Beləliklə, müəyyən olunur ki, həmin müqavilələr üzrə iddiaçıdan alınan cəmi borc məbləği 287.710 ABŞ dolları təşkil edir. Mülki iş materiallarında olan ödəmə tapşırıqlarından görünür ki, iddiaçıya aşağıdakı məbləğlərdə ödənş edilmişdir: 1) 02.04.2019 003 ödəmə tapşırığı ilə 68.000 manat ödənilib (i/v 122) 2) 10.04.2019 005 ödəmə tapşırığı ilə 171.869 manat ödənilib (i/v 121) 3) 10.04.2019 007 ödəmə tapşırığı ilə 45.200 manat ödənilib (i/v 120) Beləliklə, müəyyən olunur ki, iddiaçıya cəmi qaytarılan məbləğ: 285.069 manat x1,7 =167.687 ABŞ dolları təşkil edir. Belə olan halda məlum olur ki, üç müqavilə üzrə cəmi verilən 287.710 ABŞ dollarından iddiaçıya qaytarılan məbləğ 167.687 ABŞ dolları (287.710-167.687=120.000) olmaqla, qalıq borc 120.000 ABŞ dolları təşkil edir. Bundan başqa, cavabdeh pulun digər hissəsinin qaytarılmasının təsdiqi kimi mülki işinin 118-ci vərəqində olan yazılı vərəqə istinad edir. Kollegiya həmin sübut-yazılı vərəqlə bağlı aşağıdakıları qeyd edir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mddəsi). MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur(maddə76.1.).Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2.).Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir(maddə 76.3.). Qanunun tələbinə görə, məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərinin müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80). Həmin yazılı vərəqin cavabdehin istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur (maddə 89.1.), həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (maddə 89.2.). Cavabdehin borcun qaytarılmasını təsdiq edən sübut kimi təqdim etdiyi həmin yazılı vərəq prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə qətiyyən cavab vermir. Belə ki, mülki işin 118-ci vərəqindəki həmin yazılı vərəqdən bəlli olur ki, onun üzərində hər hansı tarix və imza yoxdur, vərəqdən onun kimə məxsus olması və haradan əldə olunduğu müəyyən olunmur, həmçinin həmin yazılı vərəq əsl deyil, kserosurətdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin vərəqin sübut kimi qəbul edilməsi mümkünsüzdür, çünki həmin sənədin hansı tarixə aid olduğu məlum deyildir, bundan başqa, tarixin göstərilməsi halında da həmin vərəqin sübut kimi əhəmiyyəti olmayacaqdı, çünki həmin vərəqdəki məlumatların həqiqiliyi üçün iddiaçı və cavabdehin onu təsdiq etməsi, başqa sözlə, onu imzalaması zəruri şərtdir. Demək ki, cavabdehin sübut kimi təqdim etdiyi yazılı sənəd yazılı sübuta dair sənədin əslinin olması, onun tarixinin göstərilməsi, imzalanmalı olmasına dair tələblərə cavab vermədiyindən o, sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin öhdəliyin icra edilməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh borcun ödənildiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ali Məhkəmə 2(102)-2299/2021 saylı, 03.06.2021-ci il tarixli qərarının 40-cı bəndində göstərilmişdir ki, cavabdehin irəli sürdüyü etirazlar təsdiq olunduğu halda onu təsbit edir ki, tərəflər arasında borc münasibəti olmamış, iddiaçı 204000 (iki yüz dörd min) manat məbləğində pulu onunla şərikli iş birliyinə girmək üçün vermişdir. Ona görə də cavabdeh 204000 (iki yüz dörd min) manat pulun əvəzinə iddiaçını şərikli iş fəaliyyətinə cəlb etməklə yanaşı sonuncunun təsis etdiyi şirkətdə 25 faiz paya sahib etmiş və onu şirkətin idarə edicisi vəzifəsinə təyin etmişdir. Bununla bağlı Kollegiya bildirir ki, payın alqı-satqısı barədə 14.12.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, həmin müqaviləyə əsasən X5 “İsgəndər ASA X7” MMC-dəki 25% payını İddiaçı 25 manata satmışdır. Demək, MMC-dəki 25 % payın alqı-satqısı cavabdehlə deyil, üçüncü şəxslə, yəni X5 ilə iddiaçı arasında bağlandığından, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Eyni zamanda, cavabdehin qeyd edilən kredit müqaviləsinin etibarsız olması barədə dəlilinə münasibətdə kollegiya bildirir ki, cavabdeh həmin kredit müqaviləsinin etibarsız olması barədə iddia tələbi ilə Yasamal Rayon məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və 12 saylı Notariat ofisinə qarşı “04.12.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bununla da məlum olur ki, apellyasiya şikayətinin həmin kredit müqaviləsinin pərdələnmiş-etibarsız əqd olması ilə bağlı dəlili də əsassızdır. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-322/2020 saylı, 31 avqust 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev