Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8036/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» barədə qarşılılı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-402/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzilə dair pay hüququna və mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin satış pulunun 1/2 hissədə bölünməsı» tələbinə dair qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 402/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk iddia ərizəsi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh1 ondan apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12916/2019 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş və həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-804/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-402/2019 saylı qərardadı ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qaytarılmışdır. İlk iddia üzrə Cavabdeh1 Yasamal Rayon Məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-402/2019 saylı qərardadı ilə prosessual müddət ötürülməməmiş hesab edilərək şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiyaşikayətininəzərdənkeçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsi ilk iddia üzrə cavabdehin apellyasiya şikayətini geri qaytardıqdan sonra, həmin tərəf yalnız buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinə yeni apellyasiya şikayətini əlavə etməmişdir. Halbuki, MPM-in 133-cü maddəsi müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlərin (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) edilməli olmasını tənzimləyir. Əks halda, müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxıla bilməz. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12916/2019 saylı qərardadı ilə əvvəlki apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsinin əsaslarından biri də, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması ilə bağlı olmuşdur. Bu səbəbdən də, müddətin bərpasına dair ərizəyə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş yeni apellyasiya şikayəti əlavə olunmalı idi. İşdə əvvəlki (qaytarılmış) apellyasiya şikayətinin surətinin qalması isə pozuntunu aradan qaldırmır. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, əsassız olaraq müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmışdır (eyni zamanda, ərizədə buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa olunması xahiş edilsə də, məhkəmə müddəti buraxılmamış hesab etmişdir). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-402/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8036/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8036/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver