Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8043/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçı Bəxtiyar qızının iştirakı ilə, İddiaçı Bəxtiyar qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2709/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2008-ci ıl təvəllüdlü X9 və xx.xx.2011-ci il ttəvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilkdə 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Bəxtiyar qızının cavabdeh Məmmədov Məsim oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Bəxtiyar qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Oguz rayon məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə İddiaçı Bəxtiyar qızının Cavabdeh ilə nikahları ləğv edilmiş, xx.xx.2008-ci təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X17 himayəsində saxlanılmışdır. Cavabdeh xx xxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 120 manat aliment tutulub, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Hazırda maddi vəziyyəti ağırdır və uşağın saxlanmasını lazımı səviyyədə təmin edə bilmir. Cavabdeh isə uşağın saxlanılması üçün aliment verməkdən də yayınmaqdadır. Bununla əlaqədar iddiaçı X4 Rayon Məhkəməsinin xx xxxxxx 2018 ci ıl tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını və Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. CavabdehX17 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Oguz rayon məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, onun ikinci dəfə nikaha daxil olduğunu, onun işləməməsini, başqa gəlirinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X3 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007ci ıl tarixdə Oğuz rayonu Xaçmaz kənd İcra nümayəndəliyində 03 nömrə ilə qeyd edilən nikah pozulmuşdur. Tərəflərın bııgə nikahından xx xxxxxxx 2008-ci il tarixdə anadan olmuş X13 və xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X17 boşanmadan sonra iddiaçı Məmmədova Brilyant qızının yanında qalmışdır. Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxxx 2008-ci il tarixdə anadan olmuş X13 və xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X15 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X6 verilmişdir. Alimentin tutulmasının əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Oğuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X7 arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv etmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 10 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Məmmədov, arvadın isə Əmrahova kimi qeyd edilmişdir. İş materiallarında olan Oğuz rayon İH-nin Padar kənd nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 259683 saylı doğum haqqında şəhadədətnamənın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxxx 2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2009-cu il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Oğuz rayon İH-nin Padar kənd nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 769274 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2011 ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X7 qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vax-ta-şırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia ver-mək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdeh iddiaçı X1 pul məbləğində ödəməyə borcludur. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X16 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X10 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X16» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Birinci instansiya məhkəməsi yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşağa görə 170 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsiniqət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh ikinci dəfə ailə qurması, onun X12 ilə birgə nikahdan olan uşaqların saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Kollegıya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8043/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8043/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver