Məhkəmə qərarları › İş №2(103)-8051/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8051/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8051/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)- 1737/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Ticarət” filalı ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN-00071-04/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.01.2021-ci il tarixinə ödənilməmiş 3788.92 manat əsas borc, 792.98 manat faiz borcu, 180.15 manat dəbbə borcu, ümumilikdə 4762.05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank "xxxx" ASC-nin 'Ticarət” filialı ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN-00071-04/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3788.92 manat əsas borcu, 792.98 manat faiz borcu, 180.15 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 18.01.2021 -ci il tarixinə ümumi borcu 4762.05 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)- 1737/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh FN-00071-04/19A saylı 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3788.92 manat əsas, 792.98 manat faiz, 180 manat cərimə borcu olmaqla, cəmi 4762.05 ( dörd min yeddi yüz altmış iki manat 05 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1737/2021 saylı iş üzrə 21.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021 -ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, ancaq iddia tərəfin dəlillərini, sübutlarını, ifadələrini əsas götürən məhkəmə, onun dəlil-subutlarını nəzərə almamışdır. İşə birtərəfli yanaşan birinci instansiya Məhkəməsi, iş materiallarını tam araşdırmamış və bərabərlik prinsipi qorunmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 10.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 07.01.2021ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Astraxan şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi ev 9, inizbati bina ünvanında qeydiyyatdadır. İş materiallarında olan Asan 1 tərəfindən verilmiş 30.07.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 04.12.2019-cu il tarixli FN-00071-04/19A nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki,borcverən 4800 (dörd min səkkiz yüz man) AZN məbləğində krediti illik 26 (iyirmi altı) faizlə 36 (otuz altı) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və onu 02.09.2022-ci il tarixnədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 28.12.2019-cu il tarixli FN-00162-00/1A saylı kredit müqaviləsinə 1nömrəli əlavə üzrə ödəniş cədvəlindən görünür ki, aylıq kredit ödənişi 194.00 (yüz doxsan dörd manat 00 qəpik) manatdır. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli arayışın surətindən görünür ki, cavabdehin 15.01.2021-ci il tarixə 3788.92 (üç min yeddi yüz səksən səkkiz manat 92 qəpik) manat əsas borcu, 792.98 (yeddi yüz doxsan iki manat 98 qəpik) manat faiz borcu, 180.15 (yüz səksən manat 15 qəpik) cərimə borcu olmaqla 4762.05 (dörd min yeddi yüz altmış iki manat 05 qəpik) manat ümumi borcu vardır. İş materiallarında olan cavabdehə ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli MXD- 2020/6085 nömrəli və 21 yanvar 2021-ci il tarixli SNYF-2021/048 nömrəli bildirişlərin surətindən görünür ki, cavabdehin 04-09-2019 FN-00071-04/19A saylı “kredit müqaviləsi” üzrə banka 21.01.2021-ci il tarixinə ümumi borcu 4762.05 (dörd min yeddi yüz altmış iki manat, 05 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN00071-04/19A saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddəti tətbiq edilməklə illik 26 faiz dərəcəsi ilə 4800 manat kredit verilmişdir. Lakin cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank "xxxx" ASC Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə FN-00071-04/19A saylı kredit müqaviləsinə əsasən 3788.92 manat əsas, 792.92 manat faiz, 180.15 manat cərimə borcu olmaqla cəmi 4762.05 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yalnız qanunvericiliyin normalarını saymış, qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas ola biləcək hər hansı dəlillərə istinad etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)- 1737/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar