Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8059/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair və iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 1396/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faizlə, 120 ay müddətinə 327400 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 1396/14 nömrəli qeyri-yaşayış sahəsinin alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi çıxış edir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatdan keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 281.239,30 AZN, faiz borcu üzrə 122.876,02 AZN, cərimə borcu üzrə 30.259,57 AZN, cəmi 434.374,89 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faiz olmaqla 120 ay müddətinə 327.400 AZN kredit verilmişdir. İlk öncə kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən vaxtında icra olunmuşdur. Lakin 2016-cı ildən biznes fəaliyyətində müəyyən çətinliklər yaranmış, manatın dollara münasibətdə məzənnəsinin aşağı düşməsi bu çətinlikləri birdaha ağırlaşdırmışdır, aylıq ödənişlərin və faiz ödənişlərinin ödənilməsində müvafiq çətinliklər olmuşdur. Hazırki vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatmamışdır. 2016-cı ildən bu günkü tarixə qədər alınmış kredit üzrə faizlərin şişirdilməsi və faiz borclarının artımı müflisləşmə şəraitində həmin məbləğlərin ödənilməsini imkansız edir. Hazırki çətin vəziyyətdə cavabdeh şəratin dəyişməsini və digər halları nəzərə almaqla həmin dövr ərzində hesablanmış faiz borcu üzrə 77721 AZN, cərimə borcu üzrə 26 312 AZN borcun silinməsini qəbul etməlidir. Eyni zamanda ödənişlərlə bağlı silinmələr düzgün aparılmadığından əsas borc məbləği də, faizlər də, cərimələr də şişirdilmiş formada təqdim olunur. Göstərilənlərə əsasən 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcu üzrə 77721 manat və cərimə borcu üzrə 23.312 manatın silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2089/19 saylı qərardadına əsasən vəsatət təmin olunmuş, hazırda icraatda olan iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair 2(006)-2089/2019 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun icraatında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(006)-803/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi, mülki işlərə 2(006)-803/2019 nömrəsi verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”na dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 281.239,30 (iki yüz səksən bir min iki yüz otuz doqquz manat, otuz qəpik) manat əsas, 122.876,02 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat faiz borcunun, 1000 (bir min) manat cərimə borcunun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 405.145,32 (dörd yüz beş min yüz qırx beş manat, otuz iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsaitin borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh qaytarılması, hərracdan əldə olunacaq vəsait borcunun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edərək, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə təkrar əmtəəşünasıq ekspertizası təyin olunmaqla, ekspertizanın nəticəsindən asılı olaraq ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əmlakın ilkin satış qiymətinə münasibət bildirərkən qətnamədə qeyd edir. “Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 3 A ünvanında 8-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsin hal-hazırda manatla bazar qiymətinin, həmçinin Cavabdeh bütün ödənişləri nəzərə alınmaqla onun xx.xx.2018-ci il tarixə olan əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə ipoteka predmeti 450.000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməlidir.” Halbuki, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, tərəf ilə bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3 A ünvanında 8-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin xx xxxxxxx 2014-cü il tarixli 1396/14 nömrəli X1 təminatı qismində ipotekaya qoyularaq yüklü edilmişdir. Həmin müqaviləyə görə, ipoteka ilə yüklü edilmiş əmlak 377.400 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, mütəxəssislərimiz tərəfindən araşdırmalar nəticəsində ünvan 3 A ünvanında 8-ci mərtəbədə yerləşən ümumi 188.7 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 378.000, likvid qiyməti isə 321.000 müəyyən edilmişdir. Halbuki, ipoteka müqaviləsi tərəflər arasında 2014-cü ilin oktyabr ayında bağlanmışdır. Həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu səbəbdən ipoteka predmeti olan ünvan 3 A ünvanında, 8-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən edilməsi məqsədilə təkrar qiymətləndirmə ekspertizası keçirilməlidir. Məhkəmə qətnamədə əmlakların hərracda ilkin satış qiymətini müəyyən edərkən sözügedən qeyri-yaşayış sahəsinin likvid qiymətini deyil, bazar dəyərini nəzərə almışdır. Bu isə Qanuna zidd və qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması deməkdir. Sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakların ilkin satış qiymətinin likvid qiyməti əks etdirmədiyi üçün icra edilməsi əsassız yerə ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə cavabdehə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 1000 (bir min) manat məbləğində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarını azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlmişdir ki, dünyada baş vermiş iqtisadi böhran, ölkəmizdə baş vermiş manatın devalvasiyası, həmçinin cavabdehin maliyyə vəziyyəti nəzərə alınmalıdır. Halbuki, məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - "tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, cərimə pulunun kredit müqaviləsi üzrə 1000 manat müəyyən edilməsi 30.259.57 manat cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci madcəsini nəzərə almamışdır. Ümumiyyətlə, müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində cərimə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı cərimənin həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin və cərimə borcunun təmin edilməmiş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız iddiaçı qeyd edilən hissədə mübahisələndirir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 ay müddətinə, illik 10% faiz ödəmək şərtilə 327400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1396/14 saylı alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 377400 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən xx.xx.2014-cü il tarixdə bağlanmış 1396/14 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan ünvan 3A, mənzil 1 №-li qeyri-yaşayış sahəsini "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 13180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh məxsus əmlakadair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17497 saylı, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2018-ci il tarixə (iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 358.961,12 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 77.721,82 manat. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/889 saylı, xx xxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu xx xxxxxx 2020-ci il tarixə 404.115,66 manat (əsas borc üzrə - 281.239,30 manat, faiz borcu üzrə - 122.876,36 manat), xx xxx 2020-ci il tarixə 409.349,83 manat (əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 128.110,53 manat) müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətini 450.000 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2020-ci il tarixə 281.239,30 manat əsas kredit borcu, 122.876,02 manat faiz borcu, 30.259,57 manat cərimə borcu, cəmi 434.374,89 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki dövrə olan bazar dəyəri 450.000 manat təşkil etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikaətində ilkin satış qiyməti ilə razı olmadığını və təkrar qiymətləndirmə keçirilməli olduğunu qeyd etsə də, «xxxx» MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikas Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd edilən hüquq normalarından görünür ki, dəbbə pulu tərəflərin azad iradəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi əsasında borclunun kreditora ödənilməli olan pul məbləği olmaqla öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəcədə maneə yaratmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olsa da, borclunun hüquq və mənafelərinə zidd olaraq tənasübsüz surətdə yüksək həddə müəyyənləşdirilə bilməz. Hazırki mülki iş materiallarından müəyyən olunur ki, mövcud iddia tələbi qeyd edilən tələblərə cavab vermir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə almış və haqlı olaraq iddianı cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcunu 1000 (bir min) manat məbləğində müəyyən etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8059/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8059/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver