Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-806/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı LPO QSC “Bank Standard” KB nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. QSC “Bank Standard” KB ilə X8 arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X7 36 ay müddətinə illik 26 % faiz hesablanmaqla 500 manat kredit verilmişdir.
2. QSC “Bank Standard” KB ilə X8 arasında 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X7 36 ay müddətinə illik 25 % faiz hesablanmaqla 5000 manat kredit verilmişdir.
3. “Elektron Notariat” X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş miras qoyan X5 vərəsəsi Cavabdehdır. Miras əmlak ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO QSC «Bank Standard” KB iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, QSC “Bank Standard” KB ilə X8 arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli 1xx/xx/50132/13 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 330.89 manat məbləğində əsas borc, 235.15 manat məbləğində faiz borcu, 298.11 manat məbləğində cərimə borcu, 128.30 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 992.45 manat məbləğində pulun və QSC “Bank Standard” KB ilə X8 arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 1161.21 manat məbləğində əsas borc, 1413.95 manat məbləğində faiz borcu, 930.47 manat məbləğində cərimə borcu, 319.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3824.67 manat məbləğində məbləğində pulun və 88.25 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə X8 (bundan sonra – Cavabdeh) arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər (iddia ərizəsinə əlavə edilən) tərəflər arasında bağlanmış Kredit Müqaviləsi, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 215 saylı məktubu, Elektron notariat X1 Çıxarış, 17 dekabr 2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 330.89 (üç yüz otuz manat, 89 qəpik) manat məbləğində əsas borc, 235.15 (iki yüz otuz beş manat, 15 qəpik) manat məbləğində faiz borcu, 298.11 (iki yüz doxsan səkkiz manat, 11 qəpik) manat məbləğində cərimə borcu, 128.30 (bir yüz iyirmi səkkiz manat 30 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 992.45 (doqquz yüz doxsan iki manat, 45 qəpik) manat məbləğində borcu qalmışdır. Bildirmişdir ki, cavabdeh X8 xx.xx.2016-cı il tarixində vəfat etmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 215 saylı cavaba əsasən mərhum X7 aid Lənkəran rayon 1 saylı Notariat Ofisində 18 oktyabr 2018-ci il tarixdə 2 V-653 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh adına “Qanun üzrə Vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi qeyd edilmişdir. Həmçinin, məlum olmuşdur ki, X11 18 oktyabr 2018-ci il tarixində mərhum X4 miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etmişdir. Qanuni vərəsə qismində X11 müəyyən edilmişdir.
6. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-665/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair 2(049)- 665/2024 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 330.89 manat məbləğində əsas borc, 235.15 faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 576,04 manat; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə 1161.21 manat əsas borc, 1413.95 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 2595,16 manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı LPO QSC “Bank Standard” KB-nin xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borcalan X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Cavabdeh mərhum borclu X5 vərəsəsi olması və miras əmlakı qəbul etməsi sübuta yetirildiyindən Cavabdeh mərhum borclunun kredit müqaviləsi üzrə borcunun ödənilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə vərəsənin borc müqaviləsi üzrə məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə onu qeyd edir ki, borclu X5 digər vərəsələri, yəni X12, X9 və X17 yetkinlik yaşına çatmayan şəxslər olsa da, onların qanuni nümayəndəsi - anası Cavabdehdır. Halbuki iddia ərizəsinin məzmununda iddiaçı mərhum borcalanın yeganə vərəsəsi kimi Cavabdeh göstərmiş, digər vərəsələri ümumiyyətlə qeyd etməmişdir. Digər vərəsələr yetkinlik yaşına çatmamış şəxslər olmaqla Cavabdeh himayəsində olsalar da, hüquqi nəticə etibarı ilə vərəsəlik payları onlara şəxsən məxsusdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh X5 yeganə vərəsəsi deyil və digər vərəsələrin qanuni nümayəndəsi kimi də iddiaçı tərəfindən işə cəlb edilməli idi. Digər vərəsələr barədə iddiaçı tərəfindən heç bir şifahi və yazılı məlumat verilmədiyi, bununla bağlı sonradan hər hansı vəsatətin olmadığı halda məhkəmənin öz təşəbbüsü ilə Cavabdeh digər vərəsələrin qanuni nümayəndəsi kimi cavabdeh olaraq işə cəlb etmək səlahiyyəti yoxdur. Buna görə də, məhkəmə məhz X5 vərəsəsi kimi Cavabdeh qarşı yönəlmiş olan hazırki iddia tələbinə baxır. Qeyd olunanlara və iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı müqavilə üzrə 330.89 məbləğində əsas borc, 235.15 manat məbləğində faiz borcun; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı müqavilə üzrə 1161.21 manat məbləğində əsas borc və 1413.95 manat məbləğində faiz borcun tutulması hissəsində və həmin borc məbləği Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi 128.30 manat məbləğində, 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə isə 319.04 manat faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarına əsasən iddiaçı Bank müflis elan edilmiş və iflas başlanılması və Əmanətlərin Sığortalanması Fondunun bankı ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı kredit müqaviləsi üzrə isə kredit müddəti xx.xx.2016-cı il tarixdə, 26 may 2014- cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə kredit müddəti bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi tarixlərdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması hissəsində iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği müvafiq olaraq azaldılmalı, 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 10 manat, 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə isə 20 manat məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 449.4, 465.2,558, 739.1, 739.2, 743, 1146, 1151.1, 1159.1, 1160, 1255, 1306.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında, eləcə də, apellyasiya icraatında mülki iş mübahisələndirilən zaman mülki kollegiyaya təqdim edəcəyi yeni sübutlar əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2656/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mərhum borclu X10 ilə LPO QSC«Bank Standard» KB ilə arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə Lənkəran Rayon Məhkəməsində bir dəfə iddia qaldırılmış və 2(049)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə ilə həmin kredit müqaviləsi üzrə tələb olunan iddiaya xitam verilmişdir. İş üzrə narazı qalan LPO QSC«Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2(049)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməli olmağına baxmayaraq, məhkəməni aldatmaq yolu ilə Lənkəran Rayon Məhkəməsinə vəsatət təqdim edərək, mülki işi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini, sonra da, öz məkrli siyasətini yürüdərək, Lənkəran rayon məhkəməsi üzrə xitam olmuş 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsini təkrarən Nərimanov Rayon Məhkəməsinə iddia tələbinə dəqiqləşmə verməklə, iddia tələbinin həcmini artırmışdır. Burdan da aydın görünür ki, vəsatətin əsas məqsədi onun faktiki qeydiyyatda olduğu ünvan üzrə işin göndərilməsi yox, Lənkəran Rayon Məhkəməsində xitam olmuş 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə Nərimanov Rayon Məhkəməsinin xəbərsiz olmasından istifadə edərək, xitam olmuş iş üzrə borc tələbinin yenidən tələb olunması olmuşdur. Halbuki, Lənkəran rayonu, Havzava kəndində yaşadığından e-2(049)-2656/2024 saylı məhkəmə iclasına teleqram vuraraq, cavabdeh kimi cəlb olunduğu, iddia müddəti 3 ildən artıq ötürülmüş borc tələbinə xitam verilməsini məhkəmədən xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Keçirilən məhkəmə iclaslarında tərəf olaraq iştirakının təmin olunması ilə bağlı heç bir mobil telefon nömrəsinə SMS-lə məhkəmə iclasının keçirilməsi barədə bildiriş mesajı göndərilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO QSC “Bank Standard” KB nümayəndəsi X6 çıxış edərək bildirir ki, bu işlə bağlı birinci Lənkəran Rayon Məhkəməsinə müraciət olunub. Tərəf iştirak edə bilməyəcini bildirmişdi. Onlar da işin Nərimanov Rayon Məhkəməsinə verilməsini xahiş etmişdilər. Cavabdehin faktiki yaşayış yeri Nərimanov rayonu olduğu üçün iş oraya göndərildi. Lakin proseslər oldu, cavabdeh iddia müddətin tətbiqi barədə qeyd etmədi. Onlar əslində cavabdehə qarşı iddia qaldırmışdılar. Lakin cavabdeh vəfat etdiyindən işə xitam verilmişdi. Sonradan vərəsəyə qarşı iddia qaldırdılar. Ümumilikdə 2595 manat borc tutublar. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı “....Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır...... Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.”
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən edilir ki, QSC “Bank Standard” KB ilə X8 arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı və 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi imzalanmışdır.
23. İşin halları ilə müəyyən edilir ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və Cavabdeh onun vərəsəsidir.
24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən QSC “Bank Standard” KB ilə X8 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranan əsas borcu 330 manat, faiz borcu 235.15 manat, 298.11 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 128.30 manat, ümumi borcu 992.45 manat təşkil edir, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən QSC “Bank Standard” KB ilə X8 arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranan əsas borcu 1161.21 manat, faiz borcu 1413.95 manat, 930.47 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 319.04 manat, ümumi borcu 3824.67 manat təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, X8 tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi müəyyən edilmir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, “...Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər”
27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 330.89 manat məbləğində əsas borc, 235.15 faiz borcu və 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə 1161.21 manat əsas borc, 1413.95 manat faiz borcunun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.
28. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq iddiaçı tərəfindən tələb edilən cərimə məbləğinin tənasübsüz yüksək olması səbəbindən 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 10 manat cərimə borcu və 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə 20 manat cərimə borcu tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Cavabdehin apellyasiya şikayətinin dəlilləri odur ki, mərhum borclu X8 ilə LPO QSC«Bank Standard» KB ilə arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı X8 və X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin iş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, LPO QSC«Bank Standard» KB-nın 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbinə X7 aid hissədə Lənkəran rayon Məhkəməsinin 2(049)-4035/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərardadına əsasən xitam verilmiş və ona istinad edilmişdir ki, LPO QSC«Bank Standard» KB tərəfindən mərhum borclu X5 borcları üzrə onun vərəsələrinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər.
32. Göründüyü kimi, Lənkəran rayon Məhkəməsi tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır.
33. Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iddia tələbinə yenidən baxılmasna maneə olur. Hazırkı işin materialları ilə belə bir hal müəyyən edilmir.
34. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Lənkəran rayon Məhkəməsi 2(049)- 146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən zamin qismində LPO QSC«Bank Standard» KB ilə müqavilə imzalanmış X13 qarşı iddia tələbi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçməsi əsası ilə təmin edilməmişdir. Lənkəran rayon Məhkəməsi 2(049)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırkı iş üzrə eyni tərəflərlə bağlı qəbul edilmədiyi üçün LPO QSC«Bank Standard» KB-nın hazırkı iddia tələbinə məhkəmədə baxılmasına maneə olmur.
35. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, Lənkəran rayon Məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə ona hər hansı sms xəbərdarlıq göndərilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılır və iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Cavabdeh ünvan 3 ünvanına məhkəmə bildirişi, cavabdehə məxsus 050 *** ** ** mobil nömrəsinə sms xəbərdarlıq göndərilmişdir.
37. Həmçinin iş materiallarının araşdırılması zamanı Cavabdeh ünvan 3 ünvanına məhkəmə bildirişi, cavabdehə məxsus 070 *** ** ** və 051 *** ** ** mobil nömrəsinə sms xəbərdarlıq göndərilmişdir.
38. Apellyasiya şikayətinin dəlili odur ki, cavabdeh məhkəməyə teleqram göndərərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəməyə teleqram ünvanlasa da, teleqramda onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
40. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
41. Göründüyü kimi, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2656/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov