Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-807/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3096/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq onunla restrukturizasiya müqaviləsi bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında 13.12.2313-cü il tarixində 019699/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 27% olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Sonrdan ailə vəziyyəti ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Ödəmələrində gecikmələr olduğundan borcu Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) aktiv-gecikmədə olan borclar siyahısına düşmüşdür. Sonradan borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona dair tərtib edilmiş Problemli Kreditlərin Kompensasiyası üzrə 29.11.2019-cı il tarixli elektron çıxarışdan göründüyü kimi, onunla "xxxx" ASC arasında - 906.51 manat məbləğində, "xxxx" İKB ASC arasında - 2640.94 manat məbləğində "xxxx" ASC arasında (digər kredit müqaviləsi üzrə) - 3166.57 manat məbləğində, "xxxx" KB ASC arasında -939.72 manat məbləğində və "xxxx" ASC arasında - 1130.49 manat məbləğində resrtukturizasiya müqavilələri bağlanması müəyyən edilmişdir. Həmin çıxarış əsasında "xxxx" ASC-dən başqa yuxarıda adları qeyd olunan bank təşkilatları ilə aralarında məlum Fərmandan irəli gələn tələblər üzrə resrtukturizasiya müqavilələri bağlanmışdır. Həmin çıxarış üzrə "xxxx" ASC-nə olan 1130.49 manat məbləğində kredit qalıq borcunun resrtukturizasiya olunmasına dair "xxxx" ASC-nə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" ASC müraciətini təmin etməyərək, iddiaçıya 25.11.2019cu il tarixli, M/19-10692/1 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilən çıxarış üzrə qalıq 1130.49 manat qalıq borcunun restrukturizasiya olunması təklif edilən kredit qismində göstərilməsi qeyd olunsa da, lakin Azərbaycan Respublikası MBNP tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş siyahıda iddiaçının kredit borcunun restrukturizasiya olunması göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən hazırda qalıq borcunun restrukturizasiya olunmasının qeyri-mümkün olduğu vurğulanmışdır. Bununla bağlı Azərbaycan Respublkikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsə də, həmin qurumun Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə ləğv edilməsi və həmin qurumun hüquqi varisi AR Mərkəzi Bankının 2019-cu ilin sonuna qədər müraciətimə cavab verməməsi hüquqlarımı məhdudlaşdırmışdır. Məlum olduğu kimi, 2020-ci iln əvvələrindən dünyaya bürüyən COVİD 19 pandemiyası ölkəmizə də sirayət etmişdir. Buna görə bir sıra dövlət orqanları fəaliyyətlərini məhdud çərçivədə həyata keçirtdilər. Məhz buna görə də AR Mərkəzi Bank ona olan müraciətlərə lazımı qaydada, vaxtında icra etməmişdir. Nəhayət 25.09.2020-ci il tarixində AR Mərkəzi Bankına yenidən müraciət etmişdir. AR Mərkəzi Bankı 30.09.2020-ci il tarixli məktubla müraciətinin cavablandırılması vəzifəsini "Muğanbank” ASC-nə üzərinə qoymuşdur. "xxxx" ASC əsassız olaraq AR Mərkəzi Bankına və mənə 23 oktyabr 2020-ci il tarixli məktub göndərərərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddətinin 31.12.2019-cu il tarixində bitməsini qeyd etmiş və bununlada qalıq borcumun restrukturizasiya qeyri-mümkün olduğunu bildirmişdir. Məlum Fərmandan irəli gələn tələblər əsasında onunla "xxxx" ASC arasında güzəştli restrukturizasiya müqaviləsi bağlanmaması tamamilə əsassızdır. Belə ki, məlum Fərmanın icra müddətinin ötürülməsi iddiaçının səhvi nəticəsində deyil, AR Mərkəzi Bankı və "xxxx" ASCnin müraciətlərinə etinasız yanaşması, vəzifə öhdəliklərini vaxtında icra etməmələri, onu qanunsuz olaraq get-gələ salmaları səbəbindən olmuşdur. Bu hallar iddiaçının hüquqlarının kobud şəkildə pozulması anlamına gəlir. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-nə "borcun restrukturizasiya olunması" tələbinə dair Bakı İnzibati Məhkməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(112)-2814/2021 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması, İddiaçı "xxxx" ASC-nə qarşı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilməsinə dair qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi sözügedən qərardadında idda tələbinin mümkün hesab edilməməsini bununla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdeh Mərkəzi Bank tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmədiyindən iddia Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə mümkün sayılmamılıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia tələbinə etiraz ərizəsində qeyd edilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) "xxxx" ASC arasında 13.12.2013-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş 1349.71 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına edilmiş, habelə digər kredit habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də, bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 1130.49 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bankı tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da, yerləşdirilmişdir. İddiaçıya münasibətdə X1 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Sonrakı mərhələdə isə yeni kredit müqaviləsi üzrə borclu restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Qeyd edilənlərə əsasən, iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "kredit borcunun restrukturizasiya edilməsinə" dair iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Göründüyü kimi X2 irəli gələn öhdəlikləri lazımınca icra edərək, 1130.49 manat həcmində borcu restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına əlavə etmişdir. "xxxx" ASC isə qanunla qorunan mənafelərinin əksinə, əsassız olaraq həmin məbləğdə Fərmanın tələbinə uyğun olaraq onunla restrukturizasiya müqaviləsi bağlamaqdan imtina edir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi vəzifəsi AR Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısım müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat vermə vəzifəsi Azərbaycan Respublkikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (indiki hüquqi varisi AR Mərkəzi Bankı) üzərinə qoyulmuşdur. 13.12.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat məbləğində qalıq borcun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya edilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)- 3096/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 324.1, 324.2, 324.4, 324.5, 390-cı maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarındakı hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılaraq, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3096/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki işin materiallarında olan və apelyasiya məhkəməsi tərəfindən tədqiq olunan sübutlar: - İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 019699/20131 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; - İş materiallarının 4-cü vərəqində olan problemli kreditlərin kompensasiyası barədə çıxarışdan müəyyən olunur ki, iddiaçının digər banklarla yanaşı Cavabdeh ASC ilə də olan kredit müqaviləsi kompensasiya olunmuş və banka olan kredit borcunun məbləği 1130 manat müəyyən olunmuşdur. - İş materiallarının 12-ci vərəqində olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 17 dekabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh ASC arasında 13.12.2013-cü il tarixində bağlanmış 10000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respubikasında fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 2019- cu il 28 fevral tarixli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. - İş materiallarının 7-ci vərəqəsində olan İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ərizəsində göstərilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında 13.12.2013-cü il tarixində 019699/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 27% olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Sonrdan ailə vəziyyətilə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirə bilməmiş, ödəmələrində gecikmələr olduğundan borcu Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) aktiv-gecikmədə olan borclar siyahısına düşmüşdür. Sonradan borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı Mənərrəm oğluna dair tərtib edilmiş Problemli Kreditlərin Kompensasiyası üzrə 29.11.2019-cı il tarixli elektron çıxarışdan göründüyü kimi, tərəfinizdən mənimlə "xxxx" ASC arasında - 906.51 manat məbləğində, "xxxx" İKB ASC arasında - 2640.94 manat məbləğində, "xxxx" ASC arasında (digər kredit müqaviləsi üzrə) - 3166.57 manat məbləğində, "xxxx" KB ASC arasında - 939.72 manat məbləğində və "xxxx" ASC arasında - 1130.49 manat məbləğində resrtukturizasiya müqavilələri bağlanması təklif olunmuşdur. Həmin çıxarış əsasında "xxxx" ASC-dən başqa yuxarıda adları qeyd olunan bank təşkilatları ilə aramızda məlum Fərmandan irəli gələn tələblər üzrə resrtukturizasiya müqavilələri bağlandı. Həmin təklifin icra olunması məqsədilə "xxxx" ASC-nə olan 1130.49 manat məbləğində kredit qalıq borcunun resrtukturizasiya olunmasına dair həmin təşkilata ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" ASC müraciəti təmin etməyərək, ona 25.11.2019-cu il tarixli, M/19-10692/1 saylı məktub ünvanlamışdır. Həmin məktubda qeyd edilən çıxarış üzrə qalıq 1130.49 manat qalıq borcunun restrukturizasiya olunması təklif edilən krerit qismində göstərilməsi qeyd olunsa da, lakin Azərbaycan Respublikası MBNP tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş siyahıda onun kredim borcunun restrukturizasiya olunması göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən hazırda qalıq borcunun restrukturizasiya olunmasının qeyri-mümkün olduğu vurğulanmışdır. Hesab edir ki, məlum Fərmandan irəli gələn tələblər əsasında onunla "xxxx" ASC arasında güzəştli restrukturizasiya müqaviləsi bağlanmaması tamamilə əsassızdır. Bu hal onunhüquqlarının kobud şəkildə pozulması anlamına gəlir. Qeyd olunanlara əsasən, onunla "xxxx" ASC arasında 1130.49 manat məbləğində yeni restrukturizasiya müqaviləsi bağlanmasına dair "xxxx" ASC-nə göstəriş verilməsinin xahiş olunması qeyd olunmuşdur. - İş materiallarının 9-cu vərəqində olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh ASC-yə ünvanladığı 30 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş Rivan Məmmədovun Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciəti cavablandırılması üçün aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilməklə, müraciətə baxılmasının nəticəsi barədə 5 (beş) iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. - İş materiallarının 6-cı vərəqində olan Cavabdeh ASC-nin 25.11.2019-cu il tarixli, M/19-10692/1 saylı məktubu ilə İddiaçı ərizəsinə cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respubikasında fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019- cu il 28 fevral tarixli Fərmanın icrası məqsədi ilə yaradılmış "Problemli kredit məlumatlarının sorğulanması" sistemindən əldə edilmiş çıxarışa əsasən "xxxx" ASC-yə qalıq borcunuz kimi 1130.49 manat müəyyən edilmişdir və həmin miqdarda məbləğ restrukturizasiya olunması təklif edilən kredit qismində göstərilmişdir. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş siyahıda Sizin kredit borcunuzun restrukturizasiya olunması göstərilməmişdir. Bu səbəbdən də hazırda qalıq borcunuzun restrukturizasiya olunmasına qeyri-mümkündür. - İş materiallarının 10-cu vərəqində olan Cavabdeh ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 23 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ərizəsi Bank tərəfindən araşdırılmış və onun kredit borcunun qalıq məbləğinin restrukturizasiya olunmasını tələb etdiyi məlum olmuş və bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respubikasında fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019- cu il 28 fevral tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitməsi səbəbindən müştərinin tələbinin yerinə yetirilməsi qeyri-mymkündür. - İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh ASC-yə qarşı kredit borcunun restrukturizasiya edilməsi tələbi mümkün sayılmamış və iddiaçının Cavabdeh ASC-yə qarşı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən, iddiaçının apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyası iddiaçının izahatını, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə məcmu halında qiymətləndirib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmir, bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilib, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh ASC arasında 13.12.2013-cü il tarixdə bağlanmış 10000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respubikasında fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının (bundan sonra Fərman) təsir dairəsinə düşmüş, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 1349.71 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, digər kredit müqavilələri üzrə hesablanmış kompensasiya məbləğinin də, bu borca qismən yönəldilərək nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya məbləğ 1130.49 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlılığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portalda yerləşdirilmişdir. Həmçinin işin materialları ilə müəyyən edilir ki, iddiaçı Fərmanda göstərilən güzəştlərdən yararlanmaq üçün vaxtında müraciət etmiş və banka olan borcu kompensasiya edilərkən restrukturizasiya olunması üçün reyestrdə qeydə alınsa da, iddiaçının müraciəti əsasında cavabdeh 25.11.2019-cu il tarixli məktub ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmiş siyahıda iddiaçının kredit borcunun restrukturizasiya olunmasının göstərilməməsi, 23 avqust 2020ci tarixli məktubu ilə Fərmanın icra müddətinin bitməsi səbəbindən iddiaçının tələbinin yerinə yetirilməsinin mümkün olmaması səbəbi ilə kredit borcunun restrukturizasiyasından imtina etmişdir. Məhkəmə kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin kredit borcunun restrukturizasiya edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən cavabdeh bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, cavabdeh bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Məhkəmə kollegiyası göstərilənlərə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hüquqi hallarına uyğun olmadığından, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3096/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq İddiaçı ilə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-807/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-807/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver