Məhkəmə qərarları › İş №2(103)-8071/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8071/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8071/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(011)-419/2020 saylı qətnaməsindən tərəfindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 103.LN.3111.220414.R.00004 saylı kredit müqaviləsi üzrə 104,45 manat məbləğində kredit borcu, 330,32 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 434,77 (dörd yüz otuz dörd manat 77 qəpik) manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli 103.LN.3111.220414.R.00004 saylı kredit müqaviləsinə əsasən 32 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc özdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2019-cu il tarixə borclu Cavabdeh banka 104,45 manat əsas, 330,32 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 434,77 manat məbləğində borcu yaranmışdır. Borclu Cavabdeh kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, borclu Cavabdeh ödənişlər üzrə gecikdirilmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-419/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 60,66 manat məbləğində kredit borcunun, 03 manat məbləğində dövlət rüsumunun alınaraq «İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, keçırılmiş ekspertizanın dəyəri olaraq 125 manat pulun «İddiaçı” ASC-dən, 25 manat pulun isə X1 alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı LPO «İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş üzrə bütün sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda, birinci instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert borcü 60,66 manat müəyyən edərkən hesablanmış əsas və faiz borcunu nəzərə almamış, bununla da işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Məhkəmə iclasında LPO «İddiaçı” ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materialarında olan və məhkəmə tərəfindən araşdırılan sübutlarla müəyyən edilir ki, cavabdeh Ramin Məmmədova xx.xx.2014-cü il tarixdə 32 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Javabdeh tərəfindən həmin məbləğ götürülərək istifadə edilmiş və müqavilənin qərtlərinə görə müəyyən ödənişlər edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə tam əməl etməmiş, nəticədə onun Bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır. İddiaçının qənaətinə görə, cavabdehin 104,45 manat əsas, 330,32 manat faiz borcu olmaqla, cəmi 434,77 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32150 say rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X3 xx xxxx 2019-cu il tarixə Banka olan borcu 60,66 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, iddiaçı əsas və faiz borcunun məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyini bildirmiş, həmin borcun onlar tərəfindən verilmiş maliyyə arayışında və hesabdan çıxarışda dəqiq göstərildiyinə istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə borc məbləğini müəyyən etmişdir. Qeyd edilən rəy isə iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsi və hesabdan çıxarış əsasında tərtib edilmişdir. İddiaçı həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləği ilə razılaşmadığını bildirsə də, bununla bağlı hər hansı əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirərək yekun qərar qəbul edərkən həmin rəylə müəyyən edilmiş borc məbləğinə istinad etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı iddianın predmetinin təşkil edən borc məbləği 2000 manatdan az olduğundan, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Belə ki, MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-419/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar