Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8073/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə İddiaçı “xxxxxxxxx” ASC-nə və Cavabdeh2 ASC-nə qarşı “kredit müqavilələrinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxxxxxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxxxxxxx” ASC-nə və Cavabdeh2 ASC-nə qarşı “kredit müqavilələrinin ləğv olunması” tələbinə dair iddiası təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatının iddiaçıdan, 100 manatının “xxxxxxxxx” ASC-dən tutularaq 100 manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən “xxxxxxxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – ekspertiza tədqiqatının dəyərinin bankdan tutulması hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin ekspertiza xərcinin bir hissəsinin bankdan tutulmalı olduğunu müəyyənləşdirməklə qanunvericiliyin tələblərini pozduğu arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı, habelə Cavabdeh2 ASC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin yalnız ekspertiza xərcinin bölüşdürülməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnamədən ümumiyyətlə şikayət verməmiş, cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi isə yalnız sözügedən hissəni mübahisələndirmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ekspertiza xərcinin 100 manat hissəsinin “xxxxxxxxx” ASC-dən tutulması hissəsində ləğv olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərini yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş, həmin təyinat əsasında Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2020-ci il tarixdə müvafiq rəy vermiş, məhkəmə də həmin rəyə istinad etməklə iddianı təmin etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin ekspertiza tədqiqatının dəyərinin bir hissəsini cavabdeh bankdan tutmaqda haqlı olmamışdır və ekspertiza xərci bütünlüklə məhz iddiası rədd olunmuş iddiaçıdan tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-28/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ekspertiza xərcinin 100 manat hissəsinin “xxxxxxxxx” ASC-dən tutulması hissəsində ləğv olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22), apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat İddiaçı alınaraq “xxxxxxxxx” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8073/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8073/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver