Məhkəmə qərarları › İş №2(103)-8074/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8074/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8074/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-314/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-314/2020) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 12350 (on iki min üç yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Məmmədi qızının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Bu qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)- 314/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti prosessual müddət buraxıldığından geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Mehdiyev, hakimlər Ş.Məmmədova, X.Sarıyev, iş № 2(103)-6465/20) şikayət təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-314/20 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon Məhkəməsi hazırkı iş üzrə xx xxx 2020-ci il tarixli qərardaddan verilən şikayətə yenidən baxmaqla səhvə yol vermişdir. Belə ki, həmin qərardad apelyasiya qaydasında ləğv olunduğundan artıq mövcud deyildir və mövcud olmayan qərardan şikayətə baxıla bilməz. Qeyd edilməlidir ki, xx xxx 2020-ci il tarixli qərardad məhz Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir və birinci instansiya məhkəməsinin hazırkı vəziyyətdə vəzifəsi apelyasiya instansiyası məhkəməsinin qərardadında şərh olunan göstərişləri yerinə yetirmək, apelyasiyanın mümkünlüyü üçün əsasların olub-olmadığını müəyyən etməkdən ibarətdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadında şərh olunan göstərişlər isə xəbərnaməli məhkəmə bildirişindəki imzanın cavabdeh tərəfindən icra edilib edilmədiyini, qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alınıb-alınmadığını müəyyən etməkdən ibarətdir. Beləliklə, birinci instansiya məhkəməsi apelyasiya instansiyasının göstərişini yerinə yetirməli olduğu halda, artıq mövcud olmayan qərardaddan verilmiş şikayətə baxmış və bununla da prosessual qanunvericiliyin, o cümlədən MPM-nin 267, 395-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-314/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar