Məhkəmə qərarları › İş №2(103)-8082/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8082/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8082/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMCnin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 19.06.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.12.2014-cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətləri apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Yasamal Rayon Məhkəməsindən 13 avqust 2021-ci il tarixdə daxil olmuş məktubda Cavabdeh2 prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etdiyi bildirilmiş, həmin ərizəyə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar