Məhkəmə qərarları › İş №2(103)-8087/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8087/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8087/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu - Cavabdeh qarşı «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi A.Rəsulova poçt qəbzi təqdim edərək qeyd etdi ki, qətnamədən apellyasiya şikayəti vermişlər, bu səbəbdən, mülki işin baxışdan çıxarılaraq Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda, Kollegiya qeyd edir ki, Səbail Rayon Məhkəməsindən xx.xx.2020-ci il tarixli sorğu daxil olmuşdur, həmin sorğuda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar hazırkı işin Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Səbail Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar