Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8089/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)- 1762/2016 saylı işi üzrə 18.07.2016-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1762/2016 saylı işi üzrə 18.07.2016-cı il tarixli qətnaməsinin surətini cavabdehə 21.07.2016-cı il tarixində şifarişli xəbərnaməli məktub vasitəsilə göndərilmiş, iş materialına geri qaytarılmış zərf əlavə edilmişdir (iş səh.78-79), qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir (səh.81- 83), cavabdeh 03.06.2021-ci il tarixində ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1762/2016 saylı işi üzrə 18.07.2016-cı il tarixli qətnaməsinin surətinin təqdim edilməsini xahiş etmiş və qətnamənin surəti ona 24.06.2021-ci il tarixində təqdim edilmişdir (səh.89). Cavabdehin nümayəndəsi və vəkili X2 prosessual müddətə dair vəsastəti təqdim etmiş, lakin birinci instansiya tərəfindən müddətin ötürülməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmiş, iş materialı səhifə 90-dan sonra siyahıya alınmayaraq apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qeyd edilməlidir ki, prosessual qanunvericilik yalnız qüvvəsin almamış məhkəmə aktlarından şikayət vermək mümkünlüyün müəyyən etmişdir. qətnamənin icraya yönələməsi artıq onun qanuni qüvvəsinin almasını şərtləndirir. Ona görə müddətin üzrlü səbələrdən ötürülməsinin və müddətin bərpa edilməsi məsələlərinə qiymət verilməsi, mənsub olan səlahiyyətlər həddində birinci instansiya məhkəməsi müvafiq prosessual hərəkətlər etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357,361- 366,372,402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1762/2016 saylı işi üzrə 18.07.2016-cı il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8089/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8089/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver