Məhkəmə qərarları › İş №2(103)-8094/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8094/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8094/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT Aqrarkredit QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 24 184 ABŞ dolları, faiz üzrə 5 299.88 ABŞ dolları olmaqla cəmi 29 483.88 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki **-SN-*** dövlət qeydiyyat nişanlı, "X6 minik” markalı (buraxılış ili 2013, ban-KMHSU81CDDU206488. rəngi - tünd albalı) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "Aqrarkredit” QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; 1296 saylı, 28.10.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 34282 ABŞ dolları məbləğində qiymətləndirilmiş, 2013-cü il buraxılışlı, t.albalı rəngli, ban nömrəsi KMHSU81CDDU206488, mühərrik № G4KEDU134965 olan «X6» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "‘Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1968 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə cavabdehə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 28.10.2013- cü il tarixdə verilmiş AC № 072157 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SN *** dövlət qeydiyyat nişanlı, «X6»-minik markalı avtomobilin sahibi Cavabdehdur. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, 1296 saylı, 28.10.2013-cü il tarixli ipoteka müqaviləsi 28.10.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 106830 saylı çıxarış verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2020-ci il tarixli 9/4080 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışından hesabdan çıxarış məlumatlarından və 28.10.2013-cü il tarixli 01296 saylı kredit müqaviləsinə əsasən 28.10.2018-ci il tarixə Cavabdeh banka 24.184 ABŞ dolları məbləğində əsas, faiz borc üzrə 5299.88 ABŞ dolları müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manatdır. Legal Prime MMC-nin LP- 116/20 saylı hesabatından görünür ki, ** SN *** dövlət qeydiyyat nişanlı, «X6»-minik markalı 2013-cü il buraxılışlı avtomobilin ilkin satış qiyməti 33 000 manat təşkil edir (iş.səh.16, 34,21, 29, 30, 131, 120). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 24184 ABŞ dolları əsas borc, 5299.88 ABŞ dolları faiz borcu, cəmi 29 483.88 ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı BOKT Aqrarkredit QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və 28.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «X6» markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə (mühərrik G4KEDU134965, ban KMHSU81CDDU206488) yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 33000 manat müəyyən edilməklə açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh BOKT Aqrarkredit QSC-yə olan borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 107, 119.1; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 279, 385.1 , 442, 448.1, 439.2, 739.1, 739.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan «X6» markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilərəkən razılaşma olmuş, hazırda isə ipoteka qoyan məhkəmə iclasında iştirak etməklə həmin qiyməti mübahisələndirməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(003)-66/2021 saylı qətnaməsinin ipoteka predmetinə ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu” nun 39.3.3; Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 77.1, 88, 103.1, 384.0.2, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə yalnız Məhkəmə Ekspertiza Mərkəzinin 28.10.2020-ci il tarixli, 9/4080 nömrəli ekspertiza rəyinə əsaslanmaqla kifayətlənmişdir. Lakin ekspertiza keçirilməsilə bağlı 1 aylıq icra müddətində nə ipoteka predmeti olan avtomobilə baxış keçirilmiş nə də cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Ekspert Rəyini tərtib edən ekspert rəydədə qeyd etdiyi kimi, avtomobilə baxış keçirmədən, onun real vəziyyətini görmədən, istismara yararlı olubolmamasını müəyyən etmədən analoqiya üzrə orta bazar dəyəri 33 000 (otuz üç min) manat müəyyən etmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim edilmişdir. Lakin həmin sübutları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Bundan başqa məhkəmənin diqqətinə onu da çatdırmaq istərdik ki, Cavabdeh mülkiyyətində olan **-SN-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU206488, rəngi - tünd albalı) avtomobilin ilkin satış qiymətinin 33000 manat müəyyən olunması həqiqətə uyğun deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, 8-9 il keçdiyini, bu müddət ərzində avtomobilin aşınmasının nəzərə alınmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından əlavə və ya təkrar ekspertizanın keçirilməsinə zərurət müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən tərəfindən irəli sürülən dəlillərin Əsası ipoteka predmetinin ilkin satış qiymətinin yüksək olduğu olsada bunlara dair şübhələrdən kənar sübutlar təqdim edilməmişdir. Ekspertizanın keçirilməsi zamanı avtonəqliyyat vasitəsinə bilavasitə baxış keçirilməməsi dəlilləri isə öz təsdiqini tapmamışdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar