Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X8 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc və ipoteka predmetinə tutmanın yönəlməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2019 saylı işi üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 58407 manat əsas, 46029 manat faiz, cəmil 404436 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 57,84 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə sübut kimi:"İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış (3 aylıq 60000 manat kreditin verilməsinə dair) 20.05.2014-cü il tarixli, İKP 01 saylı kredit müqaviləsi (səh.8); 20.05.2014-cü il tarixli 01 saylı kredit müqaviləsinə 20.08.2014-cü il tarixli əlavə (səh.10); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surəti (səh.24); "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2014-cü il tarixli 01 saylı İpoteka müqaviləsi (səh.12); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surəti (səh.26); Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən verilən maliyyə arayışı(səh.19); Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən borcalan və ipoteka qoyan Cavabdeh1 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş (səh.23); Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 21.04.2017-ci il tarixli 1233 saylı ərizə (səh.20); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən ləğv prosesində olan "İddiaçı" ASC-nə ünvanlanmış 28.04.2017-ci il tarixli, **********12 saylı məktub (səh.21); Cavabdeh2 notarial qaydada təsdiq edilmiş 20.05.2014-cü il tarixli ərizəsi (səh.28) təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17190 saylı, 05 fevral 2019-cu il tarixli rəyinə əsasən, 20.05.2014-cü il tarixli KM İPK 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18.07.2017-ci il tarixədək banka olan borcu ümumilikdə 51.873,83 manat məbləğində, o cümlədən əsas borc üzrə 46.454,17 manat, faiz borcu üzrə 5.419,65 manat olaraq müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir (səh.141);“Legal Prime” Law and Consulting Company tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə LP-128/19 saylı, 13.09.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən 26 saylı evin 9 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 82.000 manat təşkil edir (səh.184). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2019 saylı işi üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 20 may 2014-cü il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə 46454,17 manat məbləğində əsas, 5419,65 manat məbləğində faiz borcu olmaqla, cəmi 51873,82 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı və bildirişin qeydiyyatı üçün xidmət naqqı, dövlət rüsumu və komissiya görə ödənilmiş cəmi 31 manat məbləğində vəsait ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 26 saylı evin 9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 26 saylı evin 9 saylı mənzilinin ilkin satış qiyməti 82000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi, mənzil satıldıqda Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar, məcburi qaydada çıxarılması, iddia digər hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 72,5 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 72,5 manat hissəsi isə cavabdehİsmayılov Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(001)-156/2019 saylı qətnaməsinin qismən cavabdehdən 20.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə 46454,17 əsas, 5419,65 manat faiz borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək 58407 manat əsas borc, 46029 manat faiz borcu cəmi 104436 manat məbləğində borcun tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156,'2019 saylı 10 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli, 2(103)- 14974/2019 saylı qərardadı ilə mülki iş üzrə təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04.03.2020-ci il tarixli, 3038 saylı rəyinə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20.09.2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan əsas borc üzrə 59959,97 manat, faiz borcu üzrə 39,97 manat, 24.07.2018-ci il tarixə əsas borc üzrə 46333,74 manat, faiz borcu üzrə 7760,90 manat. (İİ cild, səh.1). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4pellyasiya şikayətini müdafiə edərək, cavabdehlə ilkin müqavilənin 2014-cü il tarixdə bağlandığını, cavabdehə 60000 manat pul məbləği kredit verildiyini, 3 ay ərzində cavabdehin ödəniş etmədiyini, borcun qaytarılması ilə əlaqədar hansı tədbirlərin və hansı zamanda görülməsindən xəbərsiz olduğunu, 3 ay sonra isə müqavilənin müddətinin artırıldığını, sonradan cavabdeh tərəfindən ödənilən borcun cərimələrə hesablandığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, iş üzrə iki dəfə ekspertiza keçirildiyini, lakin ikinci ekspertiza rəyi ilə razı olmadıqlarını, ikinci rəy üzrə əlavə 3000 manat borc hesablandığını, cavabdeh tərəfindən banka 19000 manat borcun qaytarıldığını, 40000 manat borcunun qaldığını, bank tərəfindən isə məbləğin həddən artıq şişirdildiyini bildirmiş və öz apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli Qərarına; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli Qərarına; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4; MM-nin 295, 317.1, 319.1, 319.6, 442, 443.1, 445.7, 449.1, 739;MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılsada borcun yaranması və faizlərin tutulması hissəsində səhvə yol verdiyindən bu hissədə dəyişdirilməli, tələb edilən tarixə əsas borc, müqavilə müddətinə faiz borcu tutulmalıdır. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2019 saylı işi üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi əsas və faiz borcu hissədə dəyişdirilsin- əsas 46333, 74 (qırx altı min üç yüz otuz üç manat yetmiş dörd qəpik) manat, faiz 39,97 (otuz doqquz manat doxsan yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 145 (yüz qırx beş) manat məbləğdə pul vəsaiti İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-810/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-810/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver