Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8100/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Paşayev X5 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Paşayev X5 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-1431/2020 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Paşayev X5 və Cavabdeh3 qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ASC-nin “Bakıxanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01112018/243907 saylı kredit müqaviləsinə, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01112018/243907 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 6850,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2397,62 manat faiz borcu, 428,23 manat cərimə borcu, ümumilikdə 9675,94 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Əli oğlu ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 01112018/243907 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 27 faiz dərəcəsi olmaqla, 7174 manat məbləğində kredit götürmüş, kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə ASC "Bakıxanov" filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2018–ci il tarixli 01112018/243907 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun xx.xx.2018-ci il tarixli 01112018/243907 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1431/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6850,09 manat əsas borc, 2397,62 manat faiz borcu, 50 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9327,71 manatın Cavabdeh1 Əli oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, kredit müqaviləsi üzrə müəyyən edilmiş 2397,62 manat faiz borcunun azaldılması və 50 manat cərimə məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, faiz borcunun məbləği xeyli yüksəkdir, dəbbə pulunun tutulması hissəsində də qətnamə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə uyğun şikayət verərək, faiz borcunun yüksək olduğunu bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, kredit götürdükdən sonra işlətdiyi mağaza yandığı üçün maliyyə sıxıntıları ilə üzləşmiş, buna görə də kredit borcunu vaxtında ödəyə bilməmişdir, hazırda da tələb olunan kredit borcunu birdəfəlik ödəmək imkanı yoxdur, yalnız hissə-hissə ödənişlər edə bilər. Digər cavabdehlər də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh1 Əli oğlu xx.xx.2018-ci il tarixli 01112018/243907 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 27 faiz dərəcəsi olmaqla, 7174 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Əli oğlu kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun banka xx.xx.2020–ci il tarixə 6850,09 manat əsas borc, 2397,62 manat faiz borcu, 428,23 manat cərimə borcu, ümumilikdə 9675,94 manat borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdehlər iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739, 385.1, 386, 442, 445.1, 445.2, 443.1, 462.1, 467-ci maddələrinə əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh1 tərəfindən qətnamə faiz borcu və cərimə məbləğinə aid hissədə mübahisələndirilmişdir. Cavabdeh1 apelyasiya şikayətində qeyd etdiyi faiz məbləğinin düzgün hesablanmaması və şişirdilməsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materialları, həmçinin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış ilə faiz məbləğlərinin düzgün müəyyən olunduğu aşkardır. Cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən Kollegiya qeyd edir ki, cavabdehin faiz borcunun düzgün hesablandığı işdə olan ona aid hesabdan çıxarışla da müəyyən olunur, belə ki, həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmiş və əsas borc məbləğindən ümumilikdə 6850,09 manat qalmışdır. Əsas qalıq borcu olan 6850,09 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 5,13 manat (6850,09x27%/360=5,13), həmin faizlərin hesablandığı müddət sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2020-ci il tarixədək 268 gün və həmin tarixdən də iddia tələbinin həcminin artırılması barədə ərizə verilən xx.xx.2020-ci il tarixədək 178 gün olmaqla, cəmi 446 gün olduğu müəyyən edilir ki, bu da 2291,35 manat təşkil edir, 106,26 manat isə qalıq faiz borcudur, belə ki, cavabdeh kredit borcunu gecikmələrlə ödədiyindən, sonuncu ödənişdən sonra da onun 106,26 manat faiz borcu qalmışdır. Yəni, cavabdehin faiz borcu (2291,35+106,26=2397,62) düzgün hesablanmışdır və bunun üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində ərizə təqdim edərək, əsas və faiz borcu ilə razı olduğunu, lakin cərimə çox şişirdildiyindən silinməsini xahiş etmişdir. Həmçinin apelyasiya şikayətində də cərimənin çox olduğunu qeyd etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, cavabdehin bununla bağlı apelyasiya şikayətinin dəlili əsassızdır. Göründüyü kimi, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq, cərimə məbləğini azaldaraq 50 manat məbləğində müəyyən etmişdir. Kredit borcunu birdəfəlik ödəməyə maddi imkanı olmaması və hissə-hissə ödənişlər edə bilməsi barədə Cavabdeh1 dəlillərinə də qiymət verən Kollegiya qeyd edir ki, həmin məsələyə yalnız qarşılıqlı razılıq və ya qətnamənin icrası qaydasında baxıla bilər. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1431/2020 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8100/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8100/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver